HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
22
•
Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta
ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta
ödənişi aşağıdakı hallarda verilir:
- sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti
göstərilmədən təyin edildikdə;
sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda.
•
Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərçəkmişin sığorta olunan
müalicəsinə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının
qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə
edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə
görə verilən pul təzminatıdır.
Belə ödənişlər sığorta hadisəsi müəyyən edildikdən və qanunvericilikdən nəzərdə tutulan
müvafiq hərəkətlər həyata keçirildikdən sonra verilir.
Bu qanunun tətbiqinin üstün cəhətlərindən biri də odur ki, iş yerlərində əməyin mühafizəsi
qaydalarına riayət olunmasında maraqlı olan daha bir tərəf – sığortaçı, yəni həyat
sığortasını həyata keçirən təsisat da vardır.
Qanunun tətbiqindən keçən 1,5 il ərzində istehsalatda baş verən bədbəxt hadisə və ya
peşə xəstəlikləri üzrə sığorta ödənişləri həyata keçirilməkdədir. Ödənişlər yalnız qanunun
tətbiq olunduğu dövrdən sonra baş verən bədbəxt hadisə və ya peşə xəstəliklərinə görə
həyata keçirilir. Qanunun tətbiqindən əvvəl baş vermiş belə hallara görə müəyyən edilən
ödənişləri işəgötürən və ya qanunvericiliyin müəyyən etdiyi orqanlar həyata keçirir.
Ötən dövr ərzində 2011-ci il üzrə verilmiş sığorta haqları
267 384,77 manat
və 2012-ci ilin
6 ayı ərzində
212 148,35 manat təşkil etmişdir.
1.9. Qeyri Formal əmək sektoru üzrə vəziyyətin ümumi təhlili
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında Qanunun 3.1.1. maddəsinə əsasən icbari
sığorta olunanlar “hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək
müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə
yetirən şəxslər” dir. Bu da o deməkdir ki, qeyri formal əmək sektorunun iştirakçılarının
hamısı istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalanmırlar. Yuxarıda
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
23
göstərilən rəqəmlərə nəzər salsaq onda icbari sığorta olunmadan kənarda qalan və faktiki
əmək fəaliyyəti həyata keçirən işçilərin sayının çox böyük olmasını müəyyən etmək olar.
Biz yuxarıda formal əmək sektorunda sığorta olunanların göstəriciləri ilə tanış olduq.
Burada illər üzrə artım tendensiyası olsa da əhatəlilik təmin olunmamışdır.
Qeyri formal əmək sektorunda isə vəziyyət daha mürəkkəbdir. Əmək münasibətlərinin
rəsmiləşdirilmədiyi halda işçinin icbari sığorta olunması mümkün deyildir. Bununla belə
işəgötürənin işçini icbari sığortaya cəlb etməməyi (icbari sığorta etməməyi) onu məsuliyyətdən
azad etmir. Yuxarıda göstərildiyi kimi işəgötürən hətta faktiki əmək münasibətində olduğu işçi
qarşısında onun sağlamlığına vurduğu zərərə görə tam maddi məsuliyyət daşıyır.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında Qanununun 7.3. maddəsinə görə “Bu
Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə
və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə
sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş
verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər
qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır”.
Lakin, əmək müqaviləsi bağlanmadan muzdlu işə cəlb edilən, həmçinin qeyri-rəsmi
qaydada əmək haqqı alan şəxslə bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi halı baş verdikdə
bir neçə ciddi problem ortaya çıxır. Bunlar:
● Belə hal mövcuddursa deməli işçi icbari sığorta olunmamışdır və maddi məsuliyyət
işəgötürənin üzərinə düşür;
● rəsmi əmək münasibətləri olmadığı üçün işəgötürənlər işçi ilə əmək münasibətində
olmadıqlarını bildirir və könüllü olaraq hər hansı maddi ödənişlər həyata keçirmək
istəmirlər;
● Məhkəməyə müraciət edərkən sağlamlığına zərər dəyən şəxs (və ya onun vərəsələri)
bir neçə halı sübut etməlidir. Əvvəla o həmin müəssisədə işləməsini, yəni faktiki olaraq
əmək münasibətlərində olmasını, daha sonra əmək haqqının miqdarını və ümumiyyətlə
hadisənin və ya xəstəliyin həmin iş yeri ilə bağlı olmasını.
Göründüyü kimi kifayət qədər mürəkkəb proseslərdən keçmək tələb olunur. Məhkəmə
praktikasına nəzər saldıqda nadir hallarda məsələ sağlamlığına zərər dəyən şəxsin və ya
onun vərəsələrinin xeyrinə həll olunur.
Hətta bu prosesləri uğurla başa çatdırdıqda, yəni məhkəmə zərərin əvəzinin ödənilməsi
ilə bağlı işəgötürən üzərində vəzifə qoyduqda belə bir çox hallarda zərərçəkən şəxs və
ya onun vərəsələri bu vəsaiti ala bilmirlər. Bunun da əsas səbəbi belə müəssisələrin bir
qayda olaraq müvəqqəti (Məsələn, bir bina tikmək üçün yaradılmış MMC) yaradılması,
iflas və ya süni iflas vəziyyətdə olması zərərin əvəzinin ödənilməsinə imkan vermir.
1.10. İkili (qara) mühasibat sistemi və işçilərin icbari sığortası ilə bağlı olan problem
Sığorta hadisəsi baş verdikdə sığorta olunana və ya digər faydalananlara verilən aylıq,
birdəfəlik kompensasiyalar işçinin aldığı orta aylıq əmək haqqına uyğun olaraq onun itirdiyi
peşə əmək qabiliyyətinə mütənasib olaraq verilir. Peşə əmək qabiliyyəti tam itirildikdə
ödəniş orta aylıq əmək haqqına mütənasib olur. Bu baxımdan əmək haqqı bədbəxt hadisə
və ya peşə xəstəlikləri hallarından sığorta edilən işçi üçün əsas göstəricilərdəndir.
İcbari sığorta sisteminə keçiddən əvvəlki dövrdə praktikada mövcud olan ən ciddi
problemlərdən biri sağlamlığına zərər dəymiş işçi ilə əmək münasibətlərinin