F
H
-
da
obyektlərin
işinin
dayanıqlılığı
O
caqov H.O.
Nağıyev
N.T.
Muxtarov
R.M
11
F
H
-
da
obyektlərin
işinin dayanıqlılığı
FH şəraitində obyektlərin iş dayanıqlılığının
əsasları, mahiyyəti və onlara təsir edən amillər
MM mühəndis
-
texniki tədbirlərinin
layihələndirmə normalarının təyinatı
FH zamanı obyektin dayanıqlı işinin
qiymətləndirilməsinin tədqiq olunması və təşkili.
FH zamanı obyektin dayanıqlılıq dərəcəsinin
qiymətləndirilməsi metodikası
FH
-
da obyektlərin iş sabitliyini yüksəltmə yolları və
üsulları
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş
dayanıqlılığının əsasları, mahiyyəti və onlara
təsir edən amillər
Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii
hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin
təsir dairəsinə düşə bilər. Yalnız onu qeyd edək ki, ölkəmizin
ümumən hər yeri 8 baladək, ərazinin ¼ -i qədəri də 9 baladək zəlzələ
ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel
təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır. Şəhər və
rayonlarımızdakı bir çox kimyəvi, yanğın, partlayış qorxulu
istehsalatlarda qəza ehtimalı da mövcuddur.
Burada biz yaranmış FV-dən asılı olaraq ölkənin müxtəlif
sahələrinin və iqtisadiyyat obyektlərinin dayanıqlılığı işini təmin
etməyə çalışmalıyıq.
İşin dayanıqlılığının yüksəldilməsi, obyektlərin bu qabiliyyətinin
və imkanlarının artırılıb müvafiq normativ sənədlərin tələbləri
səviyyəsinə çatdırılmasından ibarətdir. İşin dayanıqlılığının
artırılması üçün obyektlərdə hələ əvvəlcədən mühəndis-texniki,
texnoloji və təşkilati tədbirlər kompleksi işlənib hazırlanır və
vaxtında həyata keçirilir. Belə tədbirlərin görülməsində əsas konkret
məqsədlər aşağıdakılardır:
istehsalat qəzalarının qarşısını almaq;
fövqəladə hadisələr zamanı baş verə biləcək itki və zərəri
azaltmaq;
fəlakətlərin, qəzaların, eləcə də düşmən hücumu nəticələrinin tez
aradan qaldırılmasına şərait yaratmaq;
pozulmuş istehsal prosesinin qısa müddətdə bərpa edilməsi
imkanı əldə etmək;
böhran şəraitində işçilərin, onların ailə üzvlərinin normal həyat
şəraitini təmin etmək.
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş
dayanıqlılığının əsasları, mahiyyəti və onlara
təsir edən amillər
Fövqəladə hallarda sənaye obyektlərində və sahələrində işin
dayanıqlılığının artırılması çox vacib olduğu qədər, həm də geniş
sahəli və mürəkkəb bir problemdir. Buraya istehsalatların ərazidə
düzgün yerləşdirilməsi, əvəzedici istehsalat və müəssisələrin
yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin
təmin olunması, əlavə yanacaq növünə, digər xammal və
texnologiyalara keçmək üçün hazırlıq tədbirlərindən başlamış,
obyektlərdə fəhlə və qulluqçuların mühafizə edilməsinə, fəlakət
nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir.
FH zamanı həm sülh vaxtı, həm də müharibə vaxtı iqtisadiyyat
obyektlərinin dayanıqlı işinin təmini ölkə mülki müdafiəsi qarşısında
qoyulan əsas və mürəkkəb məsələlərdən biridir.
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş
dayanıqlılığının əsasları, mahiyyəti və onlara
təsir edən amillər
Obyektdə işin dayanıqlılığı
– müəssisənin qəzalara, kortəbii
hadisələrə və müasir silahların zədələyici təsirinə davam gətirməsi,
bunların təsiri şəraitində belə, planda nəzərdə tutulmuş həcmdə
məhsul buraxması, mühəndis-texniki avadanlığın zəif, yaxud orta
dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması
qabiliyyətinə deyilir.
Maddi nemətlər istehsal etməyən obyektlərin (nəqliyyat, rabitə,
səhiyyə, tədris müəssisələri və b.) işinin dayanıqlılığı deyildikdə isə
onların fövqəladə hallarda öz funksiyasını yerinə yetirməsi bacarığı
nəzərdə tutulur.
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş
dayanıqlılığının əsasları, mahiyyəti və onlara təsir edən
amillər
Təsərrüfat sahələrinin işinin dayanıqlılığı
– mümkün dağıntı
şəraitində obyektlərin bəzi hissələrinin sıradan çıxması və bu zaman
sənaye əlaqələrinin pozulması hallarında, ölkə əhəmiyyətli məhsulun
istehsalını davam etdirmək və təmin etmək qabiliyyəti nəzərdə tutulur.
Respublika təsərrüfatının fəaliyyətinin dayanıqlılığı
– dedikdə
isə ümumiyyətlə onun müdafiə və təsərrüfat üçün tələb olunan
səviyyəni saxlamaq qabiliyyəti nəzərdə tutulur.
Təsərrüfat sahələrinin və obyektlərin dayanıqlılıq anlayışı birinci
növbədə onların FH zamanı, planlaşdırılmış məhsuldarlığı saxlamaq
qabiliyyətini təmin etməkdir. Lakin nəzərə almaq lazımdır ki, bu cür
dayanıqlılığın əsas tərkib hissəsi, təbii fəlakət, sənaye qəzaları və
müasir silahların zədələyici amillərin təsirinə qarşı hər bir obyekt və
sənaye kompleksinin fiziki dayanıqlılığıdır.
Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirmə
normalarının əsas vəzifəsi, əvvəlcədən ən vacib şəhərlərin həyat tərzini
yüksəltməkdən və obyektlərin, təsərrüfat sahələrinin sülh və müharibə
dövründəki fövqəladə hadisələrdə işinin dayanıqlılığının artırmaqdan
ibarətdir.
•
MM-in mühəndis–texniki tədbirlərinin layihələndirilməsi
normaları aşağıdakıları əhatə etməlidir:
•
əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsini;
•
mümkün itki və dağıntıların azaldılmasını;
•
obyektlər və xalq təsərrüfatı sahələrinin dayanıqlı işinin təmin
edilməsini;
•
dağılmış sənaye mərkəzlərində xilasetmə işlərinin tez və keyfiyyətli
yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasını.
Mühəndis–texniki tədbirlərin hazırlanması üçün verilən məsələlər,
şəhər və obyektlərin layihələşdirilməsi və rekonstruksiyası üçün
qoyulan məsələlərin əsas tərkib hissəsi olmaqla, uyğun MM
qərargahları ilə razılaşdırılır. İri şəhərlər və mühüm əhəmiyyətli
obyektlər üçün, düşmən tərəfindən müharibə vaxtı nüvə zərbəsi
gözlənilən ərazidə dağılma zonası müəyyənləşdirilir. Bu zona nüvə
zərbəsinin, zərbə dalğasının izafi təzyiqinin qiyməti 10 kPa və daha
çox olan ərazidir.
Bütün mümkün dağılma zonası iki zonaya ayrılır:
Mümkün güclü dağıntı zonası
izafi təzyiqin qiyməti 30 kPa və
daha çox olan;
Mümkün zəif dağıntı zonası
izafi təzyiqin 10 kPa – 30 kPa qədər
olan halda baş verir.
Mümkün dağıntı zonasının sərhəddi uyğun olaraq hesabat yolu ilə
və MM mühəndis–texniki tədbirlərini planlı surətdə nəzərə almaqla,
seçilən tikinti sənaye müəssisələri və xalq təsərrüfatının digər
sahələrində yeni kommunikasiya xəttləri, eneji, su-qaz təchizatı,
nəqliyyat və rabitə hesaba alınmaqla müəyyənləşdirilir.
Fəaliyyətdə olan normativ sənədlərlə əsas mühəndis–texniki
tədbirlər müəyyən edilir və burada aşağıdakı ardıcıllıq nəzərə alınır və
yerinə yetirilir:
o
Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan
tələbat;
o
Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların
layihələşməsi və tikilməsi planlaşmasına olan tələbat;
o
Enerji-su və qaz təchizatının layihələşdirilməsi və tikilməsinə olan
tələbat;
o
MM-nin mühafizə qurğularının tikilməsinə olan tələbat.
Müasir şəraitdə mümkün dağıntılar və itkilərin qarşısını almaq
və azaltmaq üçün ən effektli və real tədbir, respublikanın məhsuldar
gücünü maksimal seyrəkləşdirməkdən və iri şəhərlərin əhalisinin
artmasının qarşısını almaqdan ibarətdir. Bundan irəli gələn normativ
sənədlərdə xalq təsərrüfatı obyektlərinin yerləşməsinə aşağıdakı
tələbatlar müəyyən edilmişdir:
1.
Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektləri bütün
respublika ərazisi üzrə bərabər yerləşməli və paylanmalı;
2.
Mümkün güclü dağıntı zonalarında olan iri şəhərlərdə əhalini
cari təmin edən ərzaq anbarları, sərnişin və yük daşıyan dəmir yol
stansiyaları şəhər ətrafında bərabər qaydada yerləşdirilməlidir;
3.
Mümkün zəif dağıntı zonalarında, az əhəmiyyətli müssisələr,
anbarlar və dəmir yol stansiyaları yerləşə bilər;
4.
Çox əhəmiyyətli müəssisələr, bazalar, anbarlar, düşərgə və ruhi
xəstəxanalar, istirahət evləri, sanatoriyalar, düşərgə və sağlamlıq
mərkəzləri mümkün dağıntı zonalarından kənarda yerləşdirilməlidir;
5.
Su basmasına məruz qala bilən fəlakət zonalarında, mühüm
əhəmiyyətli xalq təsərrüfatı obyektlərinin və sağlamlıq
düşərgələrinin yerləşdirilməsi qadağandır;
6.
Xüsusi əhəmiyyətli obyektlərin, təbii və süni yeraltı boşluqlarda
yerləşdirilməsi məsləhətdir;
7.
Uçucu, tez alışan maddələr və güclü təsirli mayelər istehsal edən
müəssisələr, suyun axarı istiqamətində, yaşayış məntəqələrindən
mümkün qədər aşağı ərazidə yerləşdirilməlidir.
5.
Küçələrin dəmir yol xətti ilə və həmçinin öz aralarında kəsişmə
yerləri eyni səviyyədə ehtiyat keçidlərilə əsas yoldan 50 m-dən az
olmayan məsafədə təmin olunmalı;
6.
Şəhərdaxili nəqliyyat yolu yaşayış məntəqələri və sənaye
müəssisələri arasında sıx əlaqə yaratmaqla şəhər kənarına sərbəst çıxmaq
üçün magistral xətlə əlaqələnməli;
7.
Tərtibat və texniki dəmir yol stansiyalarını, mümkün güclü dağıntı
zonasından kənarda yerləşdirilməli;
8.
Tramvay və trolleybus parkları iri şəhərlərdə hissə-hissə şəhər ətrafı
yerlərdə yerləşdirilməli;
9.
Parklarda, bağlarda, bağçalarda və tam tikilməmiş meydançalarda,
yanğın söndürmək üçün süni su tutumları yaratmalı;
10.
Mümkün dağıntı zonalarında sənaye binalarını maksimum dərəcədə
az mərtəbəli və yüngül materiallardan istifadə etməklə tikməli; 11.
Binaları yanmayan və çətin yanan materiallardan hazırlamalı;
12.
Texnoloji avadanlıqları mümkün qədər açıq
meydançalarda
yerləşdirməli;
13.
Mümkün dağıntı zonasında yerləşən yeyinti sənaye binaları və
qurğuların ərzaq anbarlarına, radioaktiv tozların və güclü təsirli zəhərli
maddələrin keçməsinə qarşı tədbirlərin görülməli;
14.
Şəhərlərdə olan hamam və avtomobil yuma məntəqələri elə
qurulmalıdır ki, fövqəladə vəziyyət zamanı onlardan istifadə oluna bilsin;
15.
Anbar otaqları zirzəmi və yarım zirzəmilərdə tikilməli və onların qapı
və pəncərələri minimum qədər az olmalıdır.
Məlumdur ki, bu göstərilən kommunal enerji sistemindən biri
kəsilərsə, bu müəssisənin öz işini dayandırmağa məcbur edir və
nəticədə planlaşdırılmış məhsuldarlıq pozulur. Bununla yanaşı şəhərlər
və yaşayış məntəqələrində insanların həyat fəaliyyəti pozulur. Buna
görə də göstərilən sistemlərin təchizatının yüksək səviyyədə olması
üçün onlara olan tələbat da artıq olmalıdır. Bu tələbatlardan
aşağıdakıları göstərmək olar:
1.
hökmən
azı
iki
mənbədən
götürülməli;
2.
bu mənbələr bir-birindən kənar yerləşdirilməlidir ki, onlar eyni
vaxtda dağılmasınlar. (Burada su mənbələrindən biri yaxşı olar ki,
yeraltı torpaq sularından istifadə etməklə yaradılsın, bu həm də
radioaktiv, kimyəvi və bioloji zəhərlənməyə davamlı olur;
3.
bu mənbələr öz aralarında elə birləşdirilməlidir ki, lazım olan
vaxt ehtiyat mənbə sistemə rahat qoşula bilsin;
4.
mümkün dağıntı zonalarında bu mənbələr yeraltı qoruyucu
çuxurlarda yerləşdirilməlidir;
5.
hər bir mühüm
əhəmiyyətli obyektin özünün bu
təchizat
sistemlərinin ehtiyat mənbələri olmalıdır;
6.
obyektlərdə yanğınısöndürmək üçün ehtiyat su mənbələri
yaradılmalıdır;
7.
təchizat sisteminin mühüm əhəmiyyətli elementləri mümkün
dağıntı zonasından kənarda yerləşdirilməlidir. Bu cür elementlərə
aşağıdakılar aiddir:
a.
enerji təchizat sistemində - elektrik stansiyaları, idarəetmə
mərkəzləri, yüksək gərginlikli elektrik ötürücü xəttləri;
b.
su təchizatı sistemində - nasos stansiyaları və təmizləyici
qurğular;
c.
qaz təchizatı sistemində - qaz paylayıcı stansiyaları və magistral
qaz kəmərləri.
8.
təchizat xətlərində avtomat və yarım avtomat ayrıcı və bağlayıcı
qurğular qoyulmalıdır.
9.
yeni təchizat sistemi hazırlanarkən köhnəsini ehtiyat mənbəyi
kimi saxlamaq məsləhətdir.
10.
Obyektlərin başqa yanğın növünə keçirilməsinə baxılmalıdır. Bu
zaman su təchizatından texnoloji proseslərdə maksimum istifadə
etmək üçün o dövr etdirilməlidir. Suyun zəhərlənməsinin qarşısı
maksimum alınmalıdır, obyektlərdə yanğını söndürmək üçün
ehtiyat su mənbələri yaradılmalıdır. Həmçinin qəza ehtiyat
boruları olmalıdır ki, bundan lazım gəldikdə magistral boru
kəmərlərində və obyektin özündə istifadə olunmalıdır.
Fövqəladə hallarda işin dayanıqlılığını yüksəldən konkret
tədbirləri müəyyən etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə
araşdırmalar (tədqiqatlar) aparılır.
Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən
bütün əsas elementlərinin mövcud vəziyyəti müasir silahların
bütün zədələyici amillərinə, ikinci amillərə, habelə ehtimal edilən
kortəbii
hadisələrin
təsirinə
davamlılıq
baxımından
qiymətləndirilib, təyin edilir. Bunda məqsəd – obyektin istehsal
fəaliyyətində ən zəif sahələri aşkara çıxarmaq və onların
etibarlığını, eləcə də bütünlüklə müəssisənin dayanıqlı işini təmin
etmək üçün tələb olunan mühəndis-texniki, texnoloji və təşkilati
tədbirləri müəyyənləşdirməkdir.
Mühəndis-texniki tədbirlər
obyektdəki binaların, qurğuların,
avadanlığın və kommunikasiyaların zədələyici təsirlərə fiziki
davamlılığını artırmaq üçün görülən tədbirlərdir.
Texnoloji tədbirlər
dedikdə ikinci zədələyici amillər yaranması
ehtimalının qarşısını almaq məqsədilə obyektdə texnoloji rejimin
dəyişdirilməsi nəzərdə tutulur.
Təşkilati tədbirlər
isə, fövqəladə hallar yaranan şəraitdə
obyektdə mülki müdafiə qərargahının, dəstələrinin, habelə fəhlə və
qulluqçuların ən səmərəli fəaliyyət qaydalarını müəyyən etməkdən
ibarətdir.
Fövqəladə vəziyyət şəraitində obyektin dayanıqlığının
qiymətləndirilməsi hər bir zədələyici amilə qarşı aşağıdakı
ardıcıllıqla aparılır:
1)
obyektdə yerləşən sexlərin, sahələrin və b. qurğuların sayı,
həmçinin elementləri və onların mümkün zədələyici amillərə
qarşı həssaslığı;
2)
obyekt elementlərinin dayanıqlı işi pozulmayan hal üçün
parametrlərin maksimal qiymətinin təyini;
3)
obyektin dayanıqlı işinə təsir edə bilən ən zəif (zərif) elementinin
təyini;
4)
zəif elementin dayanıqlığının artırılaraq, əsas elementlərin
dayanıqlıq həddinə çatması;
5)
zəif elementin dayanıqlığını yüksəltmək üçün hesabat və
tədbirlərin aparılması və işlənməsi.
Obyektin ən vacib elementlərinin, bina və qurğularının
möhkəmliyinin artırılması
– buradakı avadanlığı, dəzgahları,
texnoloji xətləri mühafizə üçün vacibdir. Məlum olduğu kimi tikilən
sənaye binaları və qurğularının ümumi dayanıqlılığı hissələrin
ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır. Bu
zaman tutaq ki, zərbə dalğasının, yaxud zəlzələnin törədə biləcəyi hər
cür təsiri dəqiq nəzərə almaq heç də həmişə mümkün olmur. Bununla
belə, sonradan konstruksiyalarda əsaslı dəyişiklik aparmaqla binaların
möhkəmliyini artırmaq adətən lazımı nəticə vermir, həm də böyük
xərclər tələb edir. Buna görə də bina və qurğuların dayanıqlılığını
artıran əlavə tədbirlər yalnız elə hallarda məqsədəuyğun sayılır ki,
onların bütün istehsal prosesini təmin edən ayrı-ayrı vacib elementləri
digər elementlərə nisbətən az davamlıdır. Onda belə hissələrin,
həmçinin əlahiddə fəaliyyət göstərməklə dərhal işlədilə bilən məhsul
buraxmaq qabiliyyətinə malik sahələrin dayanıqlılığını artırmaq
lazımdır.
Maddi-texniki təchizatın dayanıqlılığının artırılması
– obyektdə
təchizatın sabitliyi xammal, material, avadanlıq və yanacaq ehtiyatları
yaratmaqla artırılır.
Ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlılığının
yüksəldilməsi
– rəhbər heyətin fəaliyyətində əsas və ən məsuliyyətli
işdir.
Müəssisələrdə istehsalat qəzalarını və
ikinci zədələyici amillər
törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlərin işlənib
hazırlanması
adətən birgə hazırlanır. Yanacaq, güclü təsirli kimyəvi
maddələr istehsal edən və digər yüksək təhlükəli zavodlarda bu
tədbirlər sülh dövrü üçün obyektin mülki müdafiə planında nəzərdə
tutulur.
Obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi
–
yuxarıda deyildiyi kimi, obyektin məhsul buraxmağa qısa müddətdə
hazırlanması imkanı onun işinin dayanıqlılığının vacib göstəricisidir.
Beləliklə, sülh və müharibə dövürlərindəki ekstremal şəraitdə
sənaye obyektlərində işin dayanıqlılığının yüksəldilməsi üzrə tədbirlər
– işçilərin etibarlı mühafizəsinə, xilasetmə işlərinin qısa müddətdə
icrası, istehsalın bərpa olunmasına yönəldilməklə bərabər, həmçinin
sülh dövründə də istehsalat qəzaları ehtimalının azaldılması və qəza
nəticələrinin məhdudlaşdırılması üçün böyük əhamiyyətə malikdir.
Dostları ilə paylaş: |