İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

 
184 
həmin  maye  vasitəsilə  əmələ  gəlir.  Oynaqlara  çox  güc 
düşdükdə həm qığırdağa artıq təzyiq olur, həm də onun 
oynaq  suyundan  aldığı  qidası  çətinləşir.  Zaman  kedikcə 
bu  hadisə  diz  oynağında  artrorzun  yaranmasına  səbəb 
olur. 
D- Bel ağrısı 
Dabanın  hündürlüyü  2  sm-ə  qədər  standarddır.  Bu 
miqdardan  hündür  olarsa,  yol  gedərkən  bədənin  çox 
çəkisi  ayağın  qabaq  hissəsinə  düşdüyündən,  bel 
əzələlərinin  və  ya  dizin  arxa  nahiyəsi  çəkildiyi  üçün  bel 
ağrısına və diz oynağının ağrılarına səbəb olar. 
3- Borclu olmamaq 
 
Ömrün az olmasının səbəblərindən biri də borcun çox 
olmasıdır. Ona görə ki, əsəb gərgintiləri insana güc gəlir. 
Bu  əsəb  gərginlikləri  özü  bir  çox  ölümün  amilidir.  Çox 
zamanlar  borclu  insan  öz  borcunu  vaxtında  qaytara 
bilmir. Bunun özüdə müxtəlif xəstəliklərə səbəb olur.  
"İslam  və  müasir  tibb"  kitabının  yazarı  doktor 
Əbdüləziz  yazır:  "Əsəb  gərginliklərinin  təsiri,  borcunu 
qaytarmağa qüvvəsi olmayan zaman baş verir".  
Belə  vəziyyətdə  olan  insanların  sonunun  şəkər 
xəstəliyi,  qan  təzyiqinin  artması,  mikroinfarkt  və  hətta 
dəlilik gətirən qan azlığı ilə bitməsini müşahidə etmişik. 
Çünki,  əsəb  gərginliyi  bu  vaxt  cisimdə  "adranalin" 
maddəsini  artırır.  Bu  isə  qan  təzyiqinə  və  "Bankryas" 
sızmasına bais olur. 
4- Cinsi əlaqədə az olmaq
 


 
185 
Məkruh  işlərdən  biri  də  həyat  yoldaşı  ilə  çoxlu 
əlaqədə  olmaqdır.  Bu  iş  müxtəlif  xəstəliklərə  və  tez 
qocalmağa səbəb olur. 
Aristoteldən soruşurlar: "Nə vaxt yaxınlıq edək?"  
Deyir: "Nə vaxt zəif olmaq istəsən". 
"Yaz  çiçəyi"
1
 kitabında  bir  nəfər  müdrik  insandan 
soruşurlar:  "İnsan  nə  qədər  yaxınlıq  edə  bilər?"  Deyir: 
"İldə  bir  dəfə"  Deyirlər:  Əgər  səbr  edə  bilməsə?  Deyir: 
Ayda  bir  dəfə  Deyirlər:  Əgər  özünü  saxlaya  bilməsə? 
Deyir:  Həftədə  bir  dəfə  Deyirlər:  Əgər  qarşısını  ala 
bilməsə?  Deyir:  sperma  insanın  canıdır,  nə  vaxt  ürəyi 
istəsə onu bədəndən çıxarsın. 
5- Daim dəstamazlı olmaq
 
Allahın Rəsulu buyurub: "Həmişə dəstamazlı olun ki, 
Allah-taala ömrünüzü uzatsın".
2
 
Bu  məsələdə  insan  düçüncəsinin  dərk  etməyə  qadir 
olmadığı  mənəvi  bir  sirrin  gizlənməsindən  əlavə, 
sağlamlış  gətirən  və  nəticədə  ömürün  uzun  olmasına 
səbəb olan gigiyenik faydaları var. 
"İslam  və  müasir  tibb"  kitabının  müəllifi  doktor 
Əbdüləziz bu barədə deyir: "Dəstəmazın tibbi baxımdan 
da  faydaları  var.  Bu  mənada  ki,  gün  ərzində  ağızın  bir 
neçə  dəfə  təmizlənməsi  diş  və  damağ  xəstəliklərinin 
qarşısını olmaq üçün mühüm vasitədir. Eləcə də bururun 
soyuq  suyla  yuyulması
3
 dəfələrlə  qrip  olmağın  qarşısını 
                                                 
1
"
 Zəhr ər-Rəbi". 
2
 "Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh.734 
3
 Ağız və burunun yuyulması ilə dəstəmaz arasında nə kimi əlaqənin 
olması soruşularsa deməliyəm ki, dəstəmazdan öncə üç dəfə ağız və 


 
186 
almaq  üçün  ən  yaxşı  üslubdur.  Digər  tərəfdənsə  bu  iş 
(suyla burunun yuyulması) vaksenlə peyvənd etmə kimi 
təsirli  və  faydalıdır.  Son  zamanlar  bu  barədə  burun 
mütəxəssisləri elmi tədqiqat aparıblar.  
Əl-üzün  yuyulmasının  faydaları  aydındır.  Çünki,  üz 
və  bədənin  başqa  üzvülərini  adətən  dəri  və  iltihab 
xəstəliklərinə  tutularkən  gün  ərzində  bir  neçə  dəfə 
yumaq sağlamlığı təmin etmək üçün ən yaxşı vasitədir. 
Son  zamanlar  aşkar  surətdə  məlum  olub  ki,  əksər 
mikroblar dəridə yaranan çatların vasitəsilə bədənə daxil 
olur.  Parazitlərin  də  həmin  yolla  bədənə  daxil  olması 
sübut  olub.  Şübhəsiz  ki,  ardıcıl  yuyulma  bu  növ 
xəstəliklərin  qarşısını  almaq  üçün  ən  təsirli  və  sadə 
yoldur. Çünki, dərinin üst qatı mikrobların bədənə daxil 
olmasının  qarşısını  alır.  Yalnız  dəridə  çat  olarsa  mikrob 
bədənə  girir.  Bu  zaman  dəri  öhdəsinə  düşən  işi  əldən 
veriri və mikroblar bədənə rahat daxil olur. Bir məsələni 
də  nəzərdən  qaçırmaq  olmaz  ki,  dəri  çatının  ən  mühüm 
amili  onun  cod  və  xarab  olmasıdır.  Bunun  da  səbəbi 
natəmizlikdir.  
Amma  ağız  yolu  ilə  bədənə  daxil  olan  mikroblar 
yalnız əllərin bulaşıq olmasından irəli gəlir. Əllər həmişə 
yuyulmuş  və  təmiz  olarsa,  təbiiki,  xəstəliklərin  qarşısını 
almaq üçün ən yaxşı vasitə olar.
1
 
                                                                                                        
buruna su alaraq yaxalamaq müstəhəbdir. Burunu su ilə yaxalamaq, 
buruna  daxil  olan  bir  növ  qurdun  aradan  getməsinə  səbəb  olur. 
Eləcə  də  soyuq  su  ilə  dəstəmaz  almaq  da  şəriətdə  müstəhəb  hesab 
edilir. 
1
 "İslam və müasir tibb", səh. 


 
187 
6-  Yaxınlarla  (ata,  ana,  bacı,  qardaş  və  s.) 
ünsiyyət yaratmaq 
 
İmam  Sadiq  (ə)  bir  neçə  vasitəylə  Peyğəmbərdən  (s) 
nəql  edir:  "Yaxınlarla  ünsiyyət  evləri  abad  və  ömürləri 
uzun  edər.  Hətta  bu  işi  görənlər  yaxşı  adam  olmasa 
belə".  Başqa  rəvayətdə  buyurur:  "Yaxınlarla  ünsiyyət 
qiyamət gününün sorğusunu asan edər və pis ölümdən 
qoruyar".  
İmam Sadiqin (ə) səhabələrindən biri olan Hənnan ibn 
Sədir  deyir:  "Mən  bir  neçə  nəfərlə  İmam  Sadiqin  (ə) 
yanında  idim.  Bizim  aramızda  Meysər  adlı  bir  nəfər 
yaxınlarla  ünsiyyətdən  söz  saldı.  Imam  Sadiq  (ə)  ona 
dedi:  "Ey  Meysər,  bu  vaxta  qədər  neçə  dəfə  sənin 
ölümün  çatıb.  Amma  hər  dəfə  yaxınlarla  ünsiyyəti 
kəsmədiyinə  görə  Allah-taala  sənin  ölümünü  təxirə 
salıb.  Ömrünün  uzun  olmasını  istəyirsənsə  ata-anana 
yaxşılıq et".
1
 
Bu  işin  ömrün  uzun  olmasındakı  rolunun  elmi 
dəlillərindən biri, cəmiyyətin insana qoyduğu təsirdir. Bu 
kitabın  bir  neçə  yerində  ona  işarə  olunub.  Bütün 
bunlardan  əlavə,  İsveçdə  29  yaşdan  74  yaşadək  17000 
insanın  üzərində  aparılan  6  illik  tədqiqata  əsasən,  bu 
insanların 
arasında 
daha 
çox 
təklik 
sevənlər, 
digərlərindən dörd dəfə çox vaxtsız ölümə məruz qalırlar. 
Habelə  Pensilvaniyada  Karenci  Lun  universitetinin 
müəllimi  Şeldun  Kuhən  tərəfindən  aparılmış  axtarış 
                                                 
1
 "Günahın cəzası", c.2, səh.12.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə