İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   43   44   45   46   47   48   49   50   51

 
192 
ALİMLƏRİN SÖZLƏRİ 
1- Muris Moterlinq 
O,  tanınmış  yazıçılardan  və  Avropanın  böyük 
alimlərindən  biridir.  Onun  ilk  kitabı  Nobel  mükafatına 
layiq  görülmüşdür.  Məşhur  Filosof  Breksul  onun 
barəsində  deyir:  "Əgər  biz  Moterlinqə  əsrimizin 
Sokratıdır  desək,  Sokratı  yüksəltmiş  və  Moterlinqi 
kiçiltmiş  olarıq".  O,  20-yə  yaxın  fəlsəfi  kitab  və  elmi 
məqalələr yazmışdır. Kitabların hər biri orta hesabla 150 
dəfə çap olunub və dünyanın müxtəlif dillərində tərcümə 
olumuşdur.  Moterlinq  deyir:  "Mən  nə  qədər  təkrar 
etməliyəm ki, heç nə bilmirəm və nə qədər deməliyəm ki, 
heç  kim  heç  nə  bilmir.  Əgər  kimsə  nə  isə  bilsəydi, 
bildiklərini  indiyədək  hamıya  demişdi.  Hamı  da 
dünyanın  sirrindən  xəbərdar  olardı.  Elə  buna  görə  də, 
xilqət,  dünyanın  sirləri  və  onun  sonu  haqqında  nə 
deyiriksə,  fikrimizə  gələn  düşüncələrdir.  Öz  fikrimizə 
əsasən  də  bu  məsələlər  haqqında  nəzər  veririk.  Bir 
gündən  sonra  dediklərimiz  zehnimizdə  süstləşərək 
dəyərsizləşir".
1
 
 2- Abeyburinin sözləri
 
O,  deyir:  "Çevrənin  radiusu  artdıqca  sahəsi  dəfələrlə 
böyüdüyü  kimi,  bizim  də  məlumatımız  artdıqca 
məchullarımız  qat-qat  çoxalır.  Çox  təəssüflər  olsun  ki, 
qürurlu  və  özümüzdən  razı  olmağımıza  baxmayaraq 
dizlərimizi yerə qoyaraq bu barədə heç nə bilmədiyimiz 
                                                 
1

Günahın cəzası", c.2, səh.5 və 6. 


 
193 
və  varlığın  sirrindən  xəbərimizin  olmadığını  etiraf 
etməyə məcburuq. Həyatla ölüm, xilqətin fəlsəfəsi və bir 
çox  başqa  işlər  hələ  bizim  üçün  müəmmalı  olaraq  qalır. 
Ola  bilsin  bu  tezliklə  kəşf  olunmasın.  Nə  üçün  uzağa 
gedirik.  Biz  hələ  özümüzü  tanımırıq.  Bilmirik  kimik, 
təbiətlə  nə  əlaqəmiz  var,  hardan  gəlmişik  və  sonda 
əjdaha kimi bütün insanları özünə tərəf çəkən o qorxulu 
zindanın qəbr qapısından hara gedəcəyik? 
Bəli  biz  heç  nə  bilmirik  və  bütün  bu  işlərin  üzərinə 
sual işarəsi qoymağa məcburuq.
1
 
3- Aleksis Karlın sözləri
 
 Nobel  mükafatına  layiq  görülmüş  bu  fıransalı  bioloq 
öz 
"İbadət" 
kitabında 
deyir: 
“Bəzən 
ibadətin 
heyrətləndirici  təsiri  olur.  Elə  xəstələr  olub  ki,  təxminən 
bir  anlığa  cüzam,  xərçng,  böyrək  çürüməsi,  xroniki 
yaralar, ağ ciyər və sümük vərəmindən şəfa tapılar. Belə 
şəfa  tapanlar  təxminən  həmişə  birdir.  Şiddətli  ağrıdan 
sonra  bir  neçə  dəqiqə  ərzində  şəfa  tapır  və  ən  çoxu  bir 
neçə  saatdan  sonra  xəstəliyin  təsiri  məhv  olur.  Onun 
cismi və anatomik yaraları da sağalır. Bu möcüzə o qədər 
sürətlə  xəstəyə  öz  sağalmağını  qaytarır  ki,  hətta  bu  gün 
cərrahlar  və  fizioloqlar  təcrübə  boyu  müşahidə 
etməyiblər...”
2
 
Həmin yazıçı "İnsan naməlum varlıqdır" kitabında bir 
sıra məsələlərdən sonra deyir: "Ola bilsin bizim üçün bu 
                                                 
1
 "Günahın cəzası", c.2, səh.7. 
2
 "Günahın cəzası", c.2, səh.21. 


 
194 
xariqüladə  məsələlərin  səbəblərini  öz  elmi  axtarışımızla 
dərk edək".
1
  
Böyük  alimlərin  yaradılış  və  dünyada  baş  verən 
hadisələr  qarşınızda  öz  acizliklərini  etiraf  etmələrindən 
əlavə  özümüz  də  əyani  surətdə  müşahidə  edirik  ki, 
dünyada adi insan dərki ilə izah oluna bilməyən bir çox 
fövqəltəbii  hadisələr  baş  verir.  Ona  görə  də  bir  şeyin 
səbəbini  ağılla  dərk  edə  bilmədikdə  onu  inkar 
etməməliyik  (necə  ki,  bu  kitabda  qeyd  olunmuş  bir  çox 
rəvayətləri  əvvl  başa  düşmək  olmur.  Amma  elmi 
tədqiqatlardan sonra müəyyən qədər dərk olunur). Onun 
səbəbini  dərk  etmədiyimizi  deməliyik.  İndisə  minlərlə 
dərk olunmayan qeyri adi işlərdən ikisinə işarə edirik. 
1- Şeyx Həsənəli Noxudəki və su quyusu  
Bizim  evimizə  yaxın  bağı  olan  Tehranın  hörmətli 
tacirindən bir nəfər, bizim üçün belə bir əhvalat danışıb: 
"Biz bu bağı alarkən su sarıdan çətinlik çəkirdik. Su xətti 
də  yox  idi.  Bu  səbəbdən  də  məcbur  olduq  ki,  bağda  çox 
da  dərin  olmayan  bir  su  quyusu  qazaraq  su  matorunun 
köməyilə  bağı  suvaraq.  Amma  haranı  qazırdıqsa,  su 
çıxmırdı. Bu iş üçün xeyli xərc çəkməyimizə baxmayaraq 
yenə də bir nəticə əldə edə bilmədik. 
Bu müddət ərzində 8-ci imam həzrət Rzanı (ə) ziyarət 
etmək  qəsdilə  Məşhədə  getdim.  Mərhum  hacı  şeyx 
Həsənəli  Noxudəki  ilə  çoxdankı  tanışlığımıza  görə  onu 
görməyə  getdim.  Sohbət  əsnasında  Şəmiran  bağında 
çoxlu  su  quyuları  qazmağımız  və  heç  bir  nəticə  ala 
                                                 
1
 "Günahın cəzası", c.2, səh.23. 


 
195 
bilməyərək  ziyana  düşməyimiz  barəsində  o  mərhuma 
danışdıb,  ondan  kömək  istədim.  O  mənə  dedi:  "Mənim 
sənə tapşıracağım işi Tehrana qayıdandan sonra etsən bu 
tapşırığa  əsasən  bağın  harasını  qazsan  ordan  su  çıxacaq 
və  bir  də  heç  vaxt  qurumayacaq.  Nə  qədər  istəsəniz  o 
sudan istifadə edin. Sizə kifayət edər. 
Bu şərtlə ki, camaatın, yoldan keçənlərin və qonşuların 
da  o  sudan  istifadə  etmələri  üçün  bağın  kənarında  bir 
kran  qoyasan.  Şərti  qəbul  etdim.  O,  balaca  bir  kağız 
götürüb  onun  üzərinə  dua  yazdı.  Mənə  verərək  dedi: 
"Haranı  istəsəniz  qazın.  Əvvəlcə  bu  kağızı  qazmaq 
istədiyiniz  yerə  qoyun,  daha  sonra  qazıntıya  başlayın. 
Suya yetişdikdə, bu kağızı quyuya atın. 
Mən  Tehrana  qayıtdıqdan  sonra  onun  tapşırıqlarını 
yerinə  yetirdim.  İndi  neçə  illərdir  ki,  il  boyu  o  quyunun 
suyundan  istifadə  edirik.  Bəzən  də  yayda  hər  gün 
saatlarla  su  matoru  ilə  o  quyudan  su  çəkməyimizə 
baxmayaraq  heç  bir  damcı  da  o  sudan  azalmır.  O 
mərhumun  göstərişinə  əsasən  bağ  divarının  arxasında 
kran qoymuşuq ki, bütün camaat o sudan istifadə etsin.
1
 
2- Asketlə qatarın hekayəsi
 
Misir  jurnallarından  biri  materialist  alimlərindən 
birinə  xitab  edərək  deyir:  "Ey  alimlər,  neçə  il  bundan 
qabaq  baş  vermiş  hadisə,  hansı  elm  və  qanunla  uyğun 
gəlir?  Bunu  necə  dərk  edirsiniz?"  Daha  sonra  aşağıdakı 
hekayəni nəql edir: 
                                                 
1
 "Günahın cəzası", c.2, səh.25. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə