İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

 
171 
surətdə  sübut  edir  ki,  gülüş,  bütün  bədənin  istirahətinə, 
(həyəcan  zamanı  çırpınan)  ürəyin  sakitləşməsinə  və  qan 
təzyiqinin  düşməsinə  kömək  edir.  Gülüş  eləcə  də  mədə 
şirəsinin  ifrazını  təhrik  edir  və  stressin  səviyyəsində 
təsirli  rolu  olaraq  bədənin  təhlükəsizlik  sistemini 
qüvvətləndirir". Bu tədqiqatçılar əlavə edirdlər ki: "Bir az 
gülüş zehnin işıqlanmasına, yaradıcı qüvvənin inkişafına 
və fərdin iş qabiliyyətinə kömək edə bilər".  
Korman  Kazniz  "Bir  xəstəliyin  izahı"  kitabında  qeyd 
edir  ki,  sağlam  və  təbii  həyatı  yenidən  başlamaq  üçün 
iflic  xəstəliyilə  necə  mübarizə  edib.  O,  inanır  ki,  onun 
əsas dərmanı gülüş olub. 
"Mənfi  kitab"  əsərinin  müəllifi  Con  Racer  deyir: 
"Ağrının  şiddətindən  gözlərinə  yuxu  getməyən  Kuzins 
adlı bir şəxs təcrübə yolu ilə bu nəticəyə gəlib ki, bir neçə 
dəqiqəlik  gülüşlə  ağrılarını  bir  neçə  saat  sakitləşdirərək 
rahat yata bilər. O, bu yolla öz sağlamlığını  geri qaytara 
bilib. Elə buna görə də deyirlər ki, qadınlarda infarktın az 
olmasına səbəb onların çox gülüb çox ağlamasıdır. Insan 
gülərkən  bütün  əzələləri  və  əsəbləri  genişlənərək 
sakitləşir. Gülüş üz alın və sair əzələlərin hərəkəti olduğu 
üçün  bir  növ  idmandır.  Gülüş  ağciyərin  açılmasına  və 
nəfəsin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə daha 
çox hava və oksigen bədənə daxil olur. Bir çox həkimlər 
inanırlar  ki,  gülüş  ömrü  uzadır.  Şadlıq  və  gülüş 
dözülməz  xəstəliklərin  qarşısını  almaqdan  əlavə, 
böyüməkdə  olan  xərçəng  xəstəliyinin  də  qarşısını  alır. 
Rəvayətlərdə  gülüşün  insan  sağlamlığında  müsbət 
rolundan söz açılır. Burada onlardan birinə işarə edirik:  


 
172 
Bir nəfər İmam Sadiqin (ə) yanına gələrək  "bəlğəm" 
xəstəliyindən  şikayətlənir.  İmam  Sadiq  (ə)  buyurur: 
"Səni güldürə biləcək kənizin yoxdurmu? Xəstə kənizin 
olmadığını bildirir. O, həzrət buyurur: "Özünə belə bir 
kəniz  seç!  Çünki,  gülüş  bəlğəmin  yox  olmasına  səbəb 
olur.
1
 
Qəhqəhəylə gülməyin tibbi ziyanları 
İslamda  təbəssümlə  gülmək  bəyənilir,  qəhqəhəylə 
gülməksə  bəyənilmir.  İmam  Əli  (ə)  gülümsəmək 
barəsində  buyurur:  "Ən  gözəl  gülüş  təbəssümdür".
2
 
Imam  Sadiq  (ə)  qəhqəhə  barəsində  belə  buyurur: 
"Qəhqəhə şeytan əməlidir". 
Rəvayətlərdə  qəhqəhədən  çəkinməyin  səbəbi  olaraq 
insan vüqarının aradan getməsi, daş ürəkli olması və sair 
kimi  işlər göstərilsə də, bəlkə  də onun tibbi səbəbləri də 
şəriətdə nəzərə alınıb. 
Qəhqəhə  tibbi  cəhətdən  də  ziyanlıdır.  Belə  ki,  çoxlu 
həyəcan  keçirir.  Biz  bu  kitabın  amillərin  əvvəliki 
fəsillərində  "Həyəcan  ürək  narahatlıqlarına,  mədə 
yarasına  və  sair  xəstəliklərə  bais  olur"-  dediklərini  qeyd 
etmişdik.  
Doktor  Pak  Nejad  bu  barədə  yazır:  "Qəhqəhə  bütün 
insanlara  zərərlidir.  Ürək  damarları  xəstəliklərinə 
tutulmuş insanlara isə qorxuludur". 
                                                 
1
 "Məsumların (ə) həyatında kədər və sevinc", səh. 144. 
2
 "Mizan əl-Hikmə", c.5, səh.481. 


 
173 
Bu günlərdə aydın oldu ki, dünyada bir neçə tanınmış 
şəxsin  gülməkdən  ölmələrinin  səbəbi  güman  ki,  ürək 
damarlarındakı narahatlıqlar olub. Həmin şəxslərdən biri 
də  Sipakusun  zalım  padşahı  Venisdir  ki,  onun  bir 
qəhqəhəsi xalqı onun zülmündən qurtardı. 
Papa  X  Leon  Fransanın  padşahı  I  Fransuanın 
italyanlara  məğlub  olduğunu  eşidəndə  qısa,  amma  şövq 
və fərəhlə güldüyü üçün dünyasını dəyişib.
1
 
İNTİQAM ALMAQ  (DÜŞMƏNÇİLİK) 
Məzəmmətlənmiş  xislətlərdən  biri  də  düşmənçilikdir. 
Kimdə bu sifət olarsa, onun rahatlığı olmaz və sonda bu 
rahatsızlıq  çoxlu  xəstəliklərə  səbəb  olacaq.  İmam  Həsən 
Əsgəri (ə) buyurub: "Ən narahat insan, intiqam hissiylə 
yaşayan 
insanlardır". 
Başqa 
bir 
rəvayətdə 
Əmirəlmöminin  Əli  (ə)  buyurub:  "Düşmənçilik  edən 
şəxsin  canı  əzabda,  qəmi  isə  ikiqat  olar".
2
  
Tədqiqatçıların ürək arteriyası  xəstəliyinə  tutulmuş  1300 
kişi  və  qadın  üzərində  apardıqları  araşdırmada  məlun 
olub ki, düşmənçilik ruhiyyəsi olan cavanlar 14 il ərzində 
mülayim  xasiyyətli  digər  yaşıdlarına  nisbətən  daha  çox 
ölüm təhlükəsi qarşısında olmuşlar.
3
 
 
 
                                                 
1
 "İlk universitet, son peyğəmbər", c.6, səh. 294. 
2
 "Mizan əl-Hikmənin müntəxəbi", c.1, səh. 281. 
3
 “Səlamət” jurnalı, 30-cu sayı, 1384 (h.ş), səh.11. 


 
174 
DİŞ FIRÇASI 
İslamda  təkid  olunmuş  müstəhəb  işlərdən  biri  də 
dişlərin  fırçalanmasıdır.  Onun  üçün  bir  çox  gigiyenik 
faydalar qeyd olunub. Bu iş çox əhəmiyyətli olduğu üçün 
Peyğəmbər  (s)  buyurub:  "Cəbrail  (ə)  həmişə  mənə 
dişlərimi fırçalamağı tövsiyə edirdi, belə ki, tezliklə bu 
işin  vacib  olacağını  fikirləşirdim".  İndi  isə  bu  işin  bəzi 
tibbi faydalarına işarə edəcəyik. 
Rəvayətlər və dişlərin fırçalanmasının faydaları  
Hədislərdə  dişlərin  fırçalanması  üçün  26  fayda  zikr 
olunmuşdur.  Biz  onlardan  bir  neçəsini  qeyd  etməklə 
kifayətlənirik.  Daha  sonra  həkimlərin  bu  barədə 
dedikləri  sözlərə  işarə  edəcəyik  ki,  İslam  dininin  14  əsr 
bundan  əvvəl  buyurduğu  elmi  möcüzələr  haqqında 
düşünəsiniz. 
İmam  Sadiq  (ə)  buyurub:  "Fırçada  Peyğəmbərin 
sünnəsi  olan  12  xislət  var.  Ağızı  ətirli  edir,  gözü 
işıqlandırır, Allah taalanın razılığına səbəb olur, dişləri 
ağardır  və  çürüməyin  qarşısını  alır,  diş  ətini  bərkidir, 
yeməklərə  qarşı  iştah  yaradır,  bəlğəmə  son  qoyur, 
yaddaşı gücləndirir, edilən yaxşılıqları 70 dəfə çoxaldır, 
mələkləri sevindirir".
1
  
Başqa  bir  rəvayətdə  buyurulur:  "Dişləri  fırçalamq 
qəm-qüssəni yox edir".  
                                                 
1
 "Mizan əl-Hikmənin müntəxəbi", c.1, səh.520. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə