İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   43   44   45   46   47   48   49   50   51

 
188 
göstərib  ki,  ailə  və  dostlarla  ictimai  bağlılıq,  insanı 
infeksiyalı xəstəliklərdən qoruyur.
1
 
7-  Gözəl  davranış  və  yaxşılıq  (xüsusilə  də 
valideynə) 
 
 İmam  Sadiq  (ə)  buyurub:  "Dünyada  xalqla  gözəl 
darvranışla həyat sürən insanların ömrü təbii ömürlərilə 
yaşayanlardan çoxdur."
2
 Eləcə də buyurub: "Kim ailəsilə 
yaxşı davranarsa ömrü uzanar". 
8- Sədəqə vermək
 
Başqa  bir  rəvayətdə  Allahın  rəsulu  buyurub:  "Sədəqə 
verin və öz xəstəliklərinizi sədəqə ilə sağaldın. Çünki, acı 
hadisələrin  və  xəstəliklərin  qarşısını  alaraq  sizin 
ömrünüzü və yaxşılıqlarınızı artırar". 
9- İmam Hüseynin (ə) məzarını ziyarət etmək
 
İmam Baqir (ə) buyurub: "Bizim ardıcıllarımıza İmam 
Hüseynin (ə) qəbrini ziyarət etmələrini tapşırın. Çünki, o 
həzrəti  ziyarət  etmək  ruzini  artırar,  ömrü  uzadar  və 
pislikləri uzaqlaşdırar".
3
 
10- Yaxşı niyyət
 
İmam Sadiq (ə) buyurub: "Kim yaxşı niyyətdə olarsa, 
ömrü uzanar".
4
 
Axırıncı qeyd olunan bir neçə məsələ ən üstün mənəvi 
təsirlərdən əlavə ruhi təsirlərə də malikdir. Bu da insanın 
ruhi aləminin dəyişilməsinə səbəb olur. Nəticə etibarı ilə, 
                                                 
1
 "Ailə sağlamlığı", birinci il, 3-cü sayı, qış 1381 (h.ş). 
2
 "Günahın cəzası", c.2, səh.12. 
3
 "Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh.735. 
4
 Həmin qaynaq. 


 
189 
ruhla  cisim  qarşılıqlı  əlaqədə  olduğu  üçün  insan  bədəni 
sağlam qalaraq ömrü uzanır. 
11- Əfv Etmək
 
 İslam  Peyğəmbəri  buyurur:  "Əfvi,  güzəşti  çox  olan 
şəxsin ömrü uzun olar".
1
 
Əfv etmək və müasir elm 
Tədqiqatlar  güzəşt  etməyin  ən  azı  iki  işdə  təsiri 
olduğunu 
gəstərirlər. 
Birincisi: 
intiqam 
almaq 
vəziyyətinin  stressini  azaldır.  Belə  ki,  bu  stress  töhmət, 
qəzəb,  düşmənçilik,  nifrət,  inciklik  və  qorxunun 
(inciməkdən  ya  yenidən  təhqir  olmaq  qorxusunun) 
nəticəsidir.  Bu  hisslər  qan  təzyiqinin  artması  və 
hormonların dəyişməsi kimi fizioloji nəticələrə səbəb olur. 
Bu  da  ürək,  damar  xəstəliklərinə,  bədənin  təhlükəsizlik 
sisteminin  korlanmasına,  yaddaş  və  əsəb  sisteminin 
pozulmasına  gətirib  çıxarır.  Tədqiqat  fondunun  icraçı 
müdiri  Ort  Vortinqton,  bağışlamaq  barəsində  deyir:  "Siz 
hər  dəfə  intiqam  hissi  keçirəndə,  öz  sağlamlığınız  üçün 
bir çətinlik yaradırsınız".
2
 
Güzəştin  digər  faydaları  olduqca  incədir.  Tədqiqatlar 
dostları,  qonşuları  və  ailəsi  ilə  güclü  ictimai  əlaqə 
yaradanların  tənha  yaşayan  insanlardan  daha  sağlam 
olduqlarını  göstərir.  Əfv  etməyən  insanlarsa  öz  yaşayış 
əlaqələrinin əldən çıxmasına görə qibtə edirlər. 
 
                                                 
1
 "Məcalis əl-Muhibbin", c.1, səh.435. 
2
 “Səlamət” həftəlik jurnalı. 


 
190 
QISA ÖMÜRLÜLÜYÜN AMİLLƏRİ 
1- Qohumlarla əlaqəni kəsmək  
2- Yalandan and içmək,  
3- Yalan danışmaq  
4- Zina (bu haqda elmi bəhs bəyan edildi)  
5- Müsəlmanların yolunu bağlamaq  
6- Haqsız rəhbərlik etmək 
İmam  Səccad  (ə)  buyurub:  "İnsanı  məhv  etməyə 
tələsən  günahlar  əlaqəni  kəsmək,  yalan  and,  yalan 
danışmaq,  zina,  müsəlmanların  yolunu  bağlamaq  və 
haqsız rəhbərlik etməkdir". 
7- Leş (cəmdək) yemək  
İmam  Sadiq  (ə)  buyurub:  "Leşə  yaxınlaşaraq  onu 
yemək  bədənin  zəifləməsi,  cismin  arıqlaması,  gücün 
süstləşməsinə  səbəb  olar.  Leş  yeyən  insan,  qəfildən 
ölər"
1
 (“Cəmdək”  mövzusunda  bu  barədə  elmi  söhbət 
edildi). 
8- Yaşlı insanlarla cinsi əlaqədə olmaq 
Əmirəlmöminin  Əli  (ə)  buyurub:  "Qocalarla  yaxınlıq 
etmək  insanların  ömrünü  məhv  edir  və  sağlam 
insanları xəstələndirir".
2
 
Sədəqə, 
ziyarət 
və 
digər 
işlərin 
uzun 
və 
qısaömürlülüklə əlaqəsi 
                                                 
1
 "Böyük  günahlar",  c.2,  səh.  156  –  Leşin  cismi  zərərləri  haqda  daha 
artıq məlumat üçün, həmin kitabın “Cəmdək” haqqındakı bölməsinə 
müraciət edin. 
2
 "Həkim tibbi", səh.125 


 
191 
Sağlamlığın  və  ömrün  az  ya  çox  olmasının,  İmam 
Hüseynin ziyarəti, yalandan and içmək, daim dəstamazlı 
olmaq, sədəqə və buna bənzər işlərlə nə əlaqəsi ola bilər? 
Dünyanın  bir  çox  müasir  alimləri  gördüklərini 
maddiyyat  eynəyi  ilə  müşahidə  edirlər.  Təsəvvür  edə 
bilmirlər  ki,  bu  dünyada  gözlə  görünməyən,  hiss 
edilməyən  və  dərk  olunmayan  həqiqətlər  də  var  ki,  öz 
növbəsində bu işlərdə təsirli rolu var. Doğrudur ki, bizim 
üçün  də  adi  yollarla  dərk  olunan  deyil,  amma  bizimlə 
onlar  (müasir  alimlər)  arasında  fərq  var.  O da  budur  ki, 
biz 
dinin 
böyük 
rəhbərlərindən 
və 
hörmətli 
İmamlarımızdan bir şey eşitdikdə başa düşürük ki, onlar 
bu  mətləbi  ilahi  yolla  əldə  ediblər  və  şübhəsiz  bunların 
hamısı  danılmazdır.  Bunu  da  qeyd  etmək  lazımdır  ki, 
dünyanın  bir  çox  alimləri  Allaha  və  bu  dünyanın  digər 
gizli həqiətlərinə inanaraq ən çox bu dünyanın mürəkkəb 
sirrləri  qarşısında  öz  acizliklərinə  etiraf  edirlər.  Bunun 
üçün alimlərdən bir neçə sözü müddəamıza sitat gətiririk.  
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə