İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

 
180 
məruz  qalır,  öz  işlərində  çox  səhvə  yol  verir  və  təhsildə 
az  müvəffəq  olurlar.  Diqqət  etməli  məsələlərdən  biri  də 
budur  ki,  dietologiya  üzrə  mütəxəssislər  yetərincə 
istirahətdən sonra yeyilən yeməyi çox faydalı bilirlər.
1
 
2- Münasib ayaqqabı
 
Görəsən  ideal  ayaqqabı  seçməyin  şad  və  uzun  ömür 
yaratmaqda  nə  kimi  təsiri  var  ki,  İmam  onun  qida 
maddələrindən  sonra  son  dərəcə  əhəmiyyətli  olduğunu 
bildirib? 
Bu  sualın  cavabında  demək  lazımdır  ki,  bədənin 
müvazinətini  qoruyan  onurğa  sütunudur.  Onurğa 
sütununun 
əyilməsi 
bağırsaqların 
pozulması 
və 
narahatlıqlarına gətirib çıxarır. Bunların hamısı ayaqqabı 
seçimindən irəli gəlir. Bu halda yaxşı ayaqqabının təsirini 
biləcəksiniz.
2
 Başqa 
məsələlərdə, 

cümlədən: 
ayaqqabının  şadlığa  səbəb  olacaq  rənginə,  çəkisinə, 
havasını 
dəyişmək 
üçün 
ayaqqabının 
açıqlığına, 
dabanına,  pəncəsinə  və  sair  kimi  işlərə  diqqət  etmək 
lazımdır.  Narahat  ayaqqabıların  törətdiyi  zərərlərlə 
yaxından  tanış  olmaq  üçün,  onlardan  bəzisinə  işarə 
edirik. 
Dar uclu ayaqqabılar 
İndiki  zamanda  kişilərin  saçları  nə  qədər  çox 
pırtlaşırsa  (mod  üçün)  qadınların  ayaqqabılarının  ucları 
bir  o  qədər  daralır.  Səbəbini  soruşanda,  bütün  təqsirləri 
"mod"  adlı  sözün  üzərinə  atırlar.  Bunuda  qeyd  etmək 
                                                 
1
 "İlk universitet, son peyğəmbər", c.3, səh.288. 
2
 "İlk universitet, son peyğəmbər", c.18, səh.251. 


 
181 
lazımdır  ki,  kişilərin  ayaqqabıları  heç  də  qadınların 
ayaqqabılarından geri qalmır. Get-gedə də ayaqqabıların 
ucu,  quşların  dimdiklərinə  bənzəyir.  Sanki,  kişilərlə 
qadınların  geyim  tərzini  müəyyənləşdirmək  "dəbin" 
üzərinə  qoyulmuşdur.  Tərslikdən  modelyerlər  heç  də 
insanların sağlamlıqları barəsində düşünmürlər. Beləliklə 
bunların zərərini çəkmək, belə geyimlərdən istifadə edən 
insanların üzərinə düşür. 
Bu  cür  ayaqqabılardan  istifadə  edən  bəzi  insanların 
dəlilləri budur: "Bəs necə ola bilər, bu qədər insanlar belə 
ayaqqabıları  geyinirlər,  amma  xəstələnmirlər"?  Hansı  ki, 
bu  cür  insanların  özlərindən  soruşsanız,  çoxlu  acı 
xatirələr  danışa  bilərlər.  Misal  üçün,  həmin  xatirələrdən 
biri  belədir:  "Burunu  dar  ayaqqabılar  yeni  moda 
düşmüşdü.  Mən  də  gedib  onlardan  birini  alaraq  bütün 
günü  geyib  gəzdim  və  özümü  göstərdim.  Sabahsı  gün 
yenidən  ayaqqabımı  geymək  istəyəndə  baş  barmağımda 
güclü  ağrı  hiss  etdim.  İlk  önsə  çoxda  əhəmiyyət 
vermədim.  Amma  gördüm  dözə  bilmirəm.  Ayağıma 
baxanda  qızardığını  gördüm.  Ev  ayaqqabısıyla  həkimə 
getməyə məcbur oldum. Həkim, dırnağımın ətin arasına 
girdiyini və onu hökmən çıxarmaq lazım olduğunu dedi".  
Dar uclu ayaqqabıların zərərləri 
1- Dırnağın ətin arasına girməsi  
Bu  dar  ayaqqabıların  geyilməsindən  irəli  gəlir.  Bu  da 
baş  barmaqda  yayılmış  zərərlərdəndir.  Bu  xəstəlik  də 
fiziki  sıxıntılar  səbəbindən  adətən  dırnaqkənarı  toxuma 
sıxılır  və  dırnaq,  toxumalara  daxil  olur.  Adətən  bu  ağrı 


 
182 
şiddətli  olur  və  get-gedə  infeksiya  edir.  Bunun  qarşısını 
almaq  üçün  dırnaqları  düzgün  tərzdə  kəsmək  və  dar 
ayaqqabılardan çəkimək lazımdır. 
2-  Baş  barmağı  həmişəlik  ikinci  barmağa  tərəf 
əyilməsi  
Bu çatışmazlıq "Elqus" və "Halus" adlanır. 
Səudiyyə  Ərəbistanı  alimləri  tərəfindən  aparılmış 
axtarışlar  göstərib  ki,  qadınlar  arasında  Halus  və  Elqus 
xəstəliyi həmişə ucu dar ayaqqabı geyinmək nəticəsində 
yaranır.  
Beləliklə də deyəcəksiniz ki, uclu ayaqqabı geyinənlər 
məgər  neçə  nəfər  Halus  və  Elqus  xəstəliyinə  tutulub  ki, 
bu qədər onun barəsində səs-küy qalxıb? 
Bu  sualın  cavabında  Səudiyyə  Ərəbistanı  ər-Riyaz 
şəhərinin 
"Məlik 
Səud" 
unversitetinin 
müəllimi 
Əbdülvəhhab  deyir:  "Uzun  müddət  ucu  dar  ayaqqabı 
geyinən  insanların  təxminən  81  faizi  sonda  Elqus  və 
Halus xəstəliyinə tutulurlar.  
3- Ayaq döynəyi, qabar və barmaqların əyilməsi belə 
ayaqqabıların ziyanlarındandır.
1
 
Hündürdaban ayaqqabıların zərərləri 
Bu  ayaqqabılarda  burnu  dar  ayaqqabılar  kimi 
ziyanlarla dolu dur. Onlardan bəzilərinə işarə edirik. 
A- Topuqun burxulması və sınması 
Bəlkə  də  bəzi  qadınlar  fikirləşirlər  ki,  10  santimetirlik 
daban üstündən yıxılmamaq üçün bacarıq lazımdır və bir 
                                                 
1
 “Səlamət” həftəlik jurnalı. 


 
183 
çox qadınlarda bu bacarıq olmadığı üçün yıxılırlar. Lakin 
yadda saxlamaq lazımdır ki, hündürdaban ayaqqabıların 
ziyanları təkcə topuğun burxulması və ya sınması deyil, 
çünki,  hətta  bütün  ömür  boyu  10-15  santimetir 
hündürlükdə  olan  ayaqqabıların  üzərində  gəzsəniz  və 
heç  vaxt  yıxılmasanız  yenə  də  onun  başqa  ziyanları  ilə 
üzləşəcəksəniz . 
B- Baldır əzələlərinin gödəlməsi 
Qadınların  6  aydan  çox  ardıcıl  olaraq  hündürdaban 
ayaqqabılarda  gəzməsi  baldır  əzələlərinin  gödəlməsinə 
səbəb olar. 
Bu  hadisənin  nəticəsi  ayağın  əyri-üyrü  olması  və 
boyun  balacalaşması  deyil  ki,  bəzi  hündürdaban 
ayaqqabı  geyinən  qadınlar  desinlər:  "Heç  bizim 
ayağımızın  əzələsi  balacalaşmadı".  Əksinə  bu  işin 
nəticəsi,  pəncə  qövsünün  xarab  olmasıyla  qurtarır. 
Demək  lazımdır  ki,  adətən  insanlar  ayaqlarının  altının 
düzləşməsini  hiss  etmirlər.  Amma  mütləq  sonralar 
ayağın  altının  düzlüyündən  yaranan  bel  ağrıları  onu 
incidəcək. 
C- Dizlərin gücə düşməsi 
Harvard  universitetinin  alimləri  tərəfindən  aparılan 
tədqiqatların  nəticəsinə  əsasən,  enli  və  dikdaban 
ayaqqabılar dizlərə düşən gücün miqdarını 26 faiz artırır. 
Eləcədə  dar  və  dikdaban  ayaqqabılar  dizlərə  düşən 
gücün təsirini 22 faiz artırır. 
Q- Diz oynağının artrorz  
Diz  oynağının  sümükləri  arasındakı,  qığırdaq  diz 
oynağı  mayesinə  bağlıdır.  Belə  ki,  bu  qığırdağın  qidası, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə