İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

 
167 
hüsnü-zənn  etsəniz  başınıza  bir  bəla  gəlsə  özünüzdən 
başqasını məzəmmət etməyin. 
Diqqət  etmək  lazımdır  ki,  insana  dünya  və  axirət 
sağlamlığını  qazandıan  kamil  hüsnü-zənn  Allah-taalaya 
olan hüsnü-zənndir. 
Hüsnü zənn və yaxşı əhval-ruhiyyəli məhbus 
Musa peyğəmbərin (ə) vaxtında 2 nəfər zindana düşür. 
Bir  müddətdən  sonra  onları  azad  edirlər.  Onlardan  biri 
yaxşı əhval-ruhiyyədə idi, digərisə arıq zəifləmişdi. Musa 
peyğəmbər (ə) kök kişidən soruşdu: "Sənin kökəlməyinə 
səbəb  nə  olub?"  Kişi  deyir:  "Allaha  qarşı  olan  gümanım 
xoş idi, və ona (Allaha) hüsnü zənn edirdim"  
Həzrəti Musa (ə) arıq kişidən soruşdu: "Sənin bəd hal 
və  arıq  olmağına  səbəb  nə  idi?  "Deyir:  "Allahın  qorxusu 
məni  bu  hala  salıb".  Həzrət  Musa  (ə)  əllərini  qaldıraraq 
dedi: "İlahi! Bu iki nəfərin dediklərini eşitdim. Mənə agah 
et görüm bunların hansı üstündür. "Allah taala buyurur: 
"Mənə xoş güman və hüsnü-zənn edən şəxs üstündür."
1
 
QƏZƏB VƏ ƏSBİLİK 
İmamlarımız  (ə)  müxtəlif  söhbətlərində  bizi  qəzəb  və 
əsəbilikdən uzaqlaşdırıblar. O cümlədən: İmam Baqir (ə) 
buyurub:  "Kim  öz  qəzəbini  büruzə  verə  bildiyi  halda 
onu  boğarsa  Allah  taala  qiyamət  günü  onun  ürəyini 
aramlıq  və  imanla  doldurar".  Eyni  zamanda  İmam 
Sadiqdən  (ə)  nəql  edilmiş  kəlamda  buyurulur:  "Qəzəb 
                                                 
1
 "Yüz mövzu, yüz dastan". 


 
168 
hər  bir  pisliyin  (mənfi  xüsusiyyətin,  o  cümlədən 
xəstəliyin) açarıdır."
1
 
Qəzəb və mədə yarası 
Doktor şəhid Pak Nijad qəzəblənməyi, əsəbləşməyi və 
ruhi  narahatlıqları  mədədə  yara  əmələ  gəlməsinin 
amillərindən  biri  bilir.  O,  deyir:  "qəzəb  zamanı  mədə 
cəngavərcəsinə  coşaraq  qırmızı  alov  rənginə  düşür.  Bu 
vaxt  turşu  ifraz  olunur.  Deyilənə  görə  elə  həmin  turşu 
mədə yarası əmələ gətirir.
2
 
Amerkalı  həkim  Uilyam  Biyumant  apardığı  təcrübə 
əsasında  belə  bir  nəticəyə  çatıb  ki,  əsəbilik  və  ruh 
düşgünlüyü  turşu  ifraz  etməklə  mədə  pozuntusuna 
gətirib  çıxardır.  Bu  zaman  mədə  öz  işini  mükəmməl 
şəkildə  görə  bilmir.  Halbuki,  insan  şadlanarkən  yemək 
yaxşı həzm olunur.
3
 
Qəzəb və sair xəstəliklər 
Əsəb  sıxıntıları  müdafiə  reaksiyası  olaraq  bəzən 
insanları  ölümdən  qurtarır.  Adernalin  kimi  maddələrin 
azad  olması  potensial  təhlükə  ilə  üzləşdikdə  insanın 
reaksiyasıni  onun  qarşısında  şiddətləndirir.  Amma  əsəb 
sıxıntıları  həddini  aşarsa  onların  dağıdıcı  təsirləri 
bədəndə  yığışaraq  insanı  müxtəlif  xəstəliklərə  və 
hadisələrə məruz qoyur. Belə  nəticə çıxarmaq olar ki, 65 
                                                 
1
 "Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh. 769. 
2
 "İlk universitet, son peyğəmbər", c.3, səh. 80. 
3
 "Öz həkimimiz olaq", səh. 195. 


 
169 
yaşından  qabaq  xəstəliklər  və  ölümün  üçdə  ikisi 
əsəbdəndir. 
Gərgin  həyat  sizin  bədəninizi  viran  edərək  onu 
müxtəlif  xəstəliklərə  o  cümlədən:  ürək  xəstəliklərinə, 
beynə  qan  sızma,  mədə  və  on  iki  barmaq  bağırsaq 
yaralarına,  astmaya,  mədə  şişməsinə,  menstruasiya 
pozuntularına, 
kolit 
(yoğun 
bağırsağın 
iltihabı) 
xəstəliyinə,  ürək  anginasına,  bağırsaqların  qızışdırıcı 
apterik  qan  təzyiqinin  artmasına,  beyin,  ürək  və  böyrək 
damarlarında qan azlığına və baş ağrılarına məruz qoyur.  
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, bədənin immun 
sistemi,  beyin  və  sair  kimi  hissələrin  bir-birilə  müxtəlif 
yollarla əlaqəsi var. İnsan həyəcanlanarkən, beyin bir sıra 
maddələr  buraxaraq  immun  sisteminə  və  bədənin  sair 
üzvülərinə  təsir  qoyur.  Bədənin  müxtəlif  hissələridə 
maddələrin sızılması yolu ilə beyinə təsir qoyur. Belə ki, 
mənfi  fikir,  düşüncələr  və  həyacan  bədənin  sağlamlığını 
pozur.  Stress  yaradan  səbəbləri  aradan  qaldırmağı 
bacarsanız öz cismi sağlamlığınıza kömək etmiş olarsınız.  
Düşmənçilik  və  əsəbilik,  əsəb  sıxıntılarının  qan 
qardaşlarıdır.  Müvəqqəti  əsəbiliyin  özü  də  təhlükəli 
olmasına 
və 
ölüm 
vəziyyəti 
yarada 
bilməsinə 
baxmayaraq,  uzun  və  xroniki  tərzdə  əsəbilikdən 
düşmənçilik yaradan rəftarlardan pis ola bilməz.
1
 
Tədqiqatçılar  deyir:  "Bizi  incidən  şəxsə  qarşı 
qəzəbinizi  boğa  bilsəniz  ruhi  və  cismi  sağlamlığınızda 
təsirli rolu olar". 
                                                 
1
 Yüz yaşamaq üçün yüz məsləhət. 


 
170 
Qəzəb və quduzluq 
Tez  qəzəblənən  insanların  quduzluq  xəstəliyinə  oxşar 
bir  xəstəliyə  düçar  olması  məşhurdur.  Əgər  əsəbi  halda 
bir  nəfəri  dişləyərlərsə,  dişlənilən  şəxs  ağrılı  bir  ölümə 
düçar olar. Buradan aydın olur ki, qəzəbli insanların ağız 
suyu təkcə özləri üçün deyil, digərləri üçün də zəhərdir
1
 
(Bəlkə də o məşhur söz bu qədər kəskin deyil. Amma heç 
olmasa əsəbilik və qəzəbin qorxulu olmasını çatdırır). 
GÜLÜŞ 
Məsum  İmamlar  (ə)  bizə  gülərüzlü  olmağı,  təbəssüm 
etməyi  tövsiyə  ediblər.  O  cümlədən  həzrət  Fatimə  (s) 
buyurub:  "Möminlə  üzləşərkən  təbəssüm  edən  şəxsə 
cənnət vacib olar".
2
 
Elm və din baxımından gülüşün sağlamlıqda 
rolu 
Psixoloqlar  gülüşlə  bədən  sağlamlığı  arasında  yaxın 
əlaqə  olduğunu  bildirərək  onun,  sağlamlığın  ən  üstün 
dərmanı və cisimlə ruhun təravəti olduğunu qeyd ediblər. 
Onlardan  bəziləri  öz  müalicələrini  gülüşlə  yerinə 
yetirərək  sağlamlığı  ruhun  təravətində  axtarırlar.  Elmi 
tədqiqatlar  da  gülüşün  insanın  cismində,  ruhunda, 
emosiyalarında müalicəvi əhəmiyyəti olduğunu göstərir. 
Almaniyanın  xəbər  agentliyinin  bildirdiyinə  görə: 
"Almaniya  tədqiqatçılarının  apardıqları  axtarışlar  qəti 
                                                 
1
 "Aşiqlər diyarı", c.5, səh.329. 
2
 "Mübəlliğlərin mövzular üzrə ensiklopediyası", səh.164. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə