İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   ...   4   5   6   7   8   9   10   11   12
The types of pedagogical innovations and the features of their application (1)

İNNOVASİYALAR

AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1



64


• problem və ehtiyaclara «açıq olmamaq»;

• «insani bacarıqların» zəif olması;

• təlim  trayektoriyasını  (həm  şəxsi,  həm  də  ümumi)  düzgün  idarə  edə

bilməmək.

Tələbələrin tədqiqat meyilli olmasının bir sıra indikatorları mövcuddur. Bun-

lardan ən mühüm hesab edilənlər aşağıdakılardır:

• birtərəflilikdən uzaq olmaqla, müxtəlif sahələrdə olan fənləri öyrənməyə

meyilli olmaq;

• tənqidi və yaradıcı düşüncə bacarıqlarına malik olmq;

• müxtəlif predmetlər üzrə tədqiqat metodları haqda anlayışlı olmaq;

• ideyaları təhliletməyi və düzgün qiymətləndirməyi bacarmaq;

• öyrənmə prosesi üzərində düşünməyi bacarmaq.

İnkişaf etmiş bacarıqların spektrinin mürəkkəb və çoxşaxəli olması ilə bağlı

ən mühüm parametrlərə isə bunlar aid edilir: 

• təlim keyfiyyət göstəricilərində innovativ və yaradıcı həllərin tətbiqinın

ənənəvi həll metodlarından üstünlük təşkil etməsi;

• pedaqoji etik çərçivələrin və prinsiplərin gözlənilməsi;

• yüksək ünsiyyət bacarıqlarının nümayiş etdirilməsi keyfiyyəti.

Təəssüf ki, hazırda innovativ və ənənəvi metodların seçilməsi meyarlarına

həsr edilmiş təlimlər çox azlıq təşkil edir. Digər tərəfdən, heç kimə sirr deyil ki,

pedaqoji ictimaiyyət arasında texnologiya və innovativ metodlarla tədris süni

surətdə  daha  çox  şişirdilir.  Çatışmayan  digər  bir  cəhət  ondan  ibarətdir  ki,

«innovativ  hesab  edilən  həmişə  əla  hesab  edilir»  sindromu  da  mövcuddur

[Vergnaud G. 2009; Frank Moulaert & Farid Sekia. 2003]. Lakin tətbiqinə diqqətlə

yanaşıldıqda, mühüm cəhətlər sərf-nəzər edildikdə (fənn, fərdi xüsusiyyətlər,

ərazi, profil və s.), burada təlim keyfiyyəti ilə bağlı xeyli sayda ümdə cəhətlərin

gizləndiyinin şahidi oluruq. Məsələn, Viera Boumováya görə (Çex Respublikası,

Masarik Universiteti), xarici dilin ənənəvi öyrənilməsi «müəllim dominantlığına

əsaslandığından»  kommunikasiyaya  xidmət  etmir;  odur  ki,  burada  müasir

metodlardan istifadə olunması təbii sayılır [Bc. Viera Boumová. 2008. səh. 11].

Yəni məqsədlərə çatmaq üçün bu halda «öyrənmənin baş tutmasına yardımçı

olacaq» [Bc. Viera Boumová. 2008. səh. 20] daha müasir innovasiyayönlü təlimin

aparılması zəruri hesab edilir. Marina Voronovaya (Rusiya) görə isə «xarici dilin

sosial-mədəni aspektlərini öyrənmədən dil vərdişlərinə yiyələnmək mümükün

olmur.» [Марина Владимировна Воронова. 2018, стр. 209].

Digər  bir  halda,  təhsil  texnologiyaları  üzrə  ekspert  alimlər  Larry  Cuban,

Heather  Kirkpatrick  və  Craig  Peck  (ABŞ,  Stanford  Universiteti)  həmmüəllif

olduqları tədqiqatda göstərirlər ki, «kompüterdən yalnız pedaqoqun təlim və

tədris məqsədlərindən asılı olaraq» istifadə olunması lazımdır, çünki müəyyən

«esselərin yazılması zamanı əlyazması kompüterdən daha üstün tutulur» [Larry

Cuban, Heather Kirkpatrick and Craig Peck. 2001, səh. 815]. 

İnnovativ yeniliklərin tətbiqi həm də yeni öyrənmə üslublarının, metod və

prinsiplərinin meydana gəlməsini ehtiva edir, çünki fərdlərin psixoloji xüsusiyyətləri

müxtəlif olduğundan yaddasaxlamavə audio-vizual seçimlərdə onların səmərəlilik

Sevda Axundova


Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə