İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova


Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   2   3   4   5   6   7   8   9   ...   12
The types of pedagogical innovations and the features of their application (1)

Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri

http://journal.edu.az



61


ləndirməni,  müstəqilliyi,  kommunikasiyanı,  əməkdaşlıq  pedaqogikasını  və

səmərəli öyrənmə kimi cəhətləri daxil etmək olar. Göründüyü kimi, pedaqoji in-

novasiyalar  heç  də  sadə  yolla  yaranan  və  təsir  mexanizminə  malik  olan  bir

fenomen hesab edilmir. 

Pedaqoji  innovasiyaların  növlərindən  danışarkən,  hər  şeydən  əvvəl,  onun

pedaqoji sahənin hansı fəaliyyət növünə aid olması nəzərə alınmalıdır. Pedaqoji

fəaliyyətdə  mövcud  olan  və  gözləniləninnovasiyalar  onların  əsasən  aşağıdakı

sahələrdə tətbiqi ilə bağlıdır. 

1. Təlim materiallarının, təhsil proqramlarının, dərsliklərin və digər biliklər

sisteminin məzmun və forma (hər ikisi birlikdə və ya ayrıca) kəsb edən

resurslarının, yenı məhsul və ya xidmətin meydana gəlməsi;

2. Xidmət sahəsində yeni, daha da təkmilləşdirilmiş və səmərəlilik baxımından

daha üstün proseslərin, elektron fəaliyyət növünün təqdimatı;

3. Məktəbdaxili, məktəbdənkənar və sinifdənxaric işlərin yeni, daha səmərəli

və  asan  yollarla,  yeni  texnologiyaların  tətbiqi  ilə  qurulması  metodları

(məsələn,  məktəb  –  valideyn,  müəllim  –  valideyn  məlumatlandırma

siteminin tətbiqi, yeni texnologiyalarla məktəbdaxili nəzarətin bütöv və

qismən  bir  hissəsinin  həyata  keçirilməsi,  İKT  vasitəsi  ilə  qarşılıqlı

dərsdinləmələr  və  təhlillər,  valideyn-məktəb  arasında  keçirilən  virtual

iclas və sessiyalar, konfrans rejimində mobil kommunikasiya vasitələrindən

istifadə etməklə vacib məsələlərin həlli və s.);

4. İxtisaslara  tətbiq  olunan  pullu  xidmətləri  məqsədyönlü  şəkildə

diferensiallaşdırmaqla və ya eyniləşdirməklə hədəflərə çatmağı daha da

təkmilləşdirmək.

Bu pedaqoji innovativ metodların bir hissəsi birbaşa idarəetmə, digər hissəsi

isə birbaşa təlim və tərbiyə məsələləri ilə bağlıdır. Öz istifadə məkanına görə

pedaqoji innovasiyalar iki qrupa bölünür: 1) məktəbdaxili; 2) məktəbxarici. 

Pedaqoji innovasiyaların növləri və xüsusiyyətləri nə qədər əhəmiyyətli olsa

da,  məsələnin  digər  tərəfi  aktual  olaraq  qalır:  «Bu  yenilikləri  kimlər  edir?»,

«Müəllimlər innovasiyalar edirlərmi və onaların fərqli pedaqoji yanaşmalarını

innovasiya  hesab  etmək  olarmı?»,  «Dərsliklərdə  və  təhsil  müəssisələrində

dəyişikliklər yoxdursa, bu pedaqoji müəssisə qeyri – innovativmi hesab olunur?»,

«İrəli sürülən innovativ metod, xidmət və ya proseslə hansı miqyasda müsbət

və  səmərəli  dəyişikliklər  edilə  bilər  və  ümumiyyətlə  edilə  bilərmi?»,  «Bu

dəyişikliklərin məzmunu necədir və onları ölçmək mümkündürmü?», «Təhsildə

innovasiyanın ölçülməsi və ya qiymətləndirilməsi üçün hansı metodlar vardır

və gələcək perspektivlər nədən ibarətdir?». Sonuncu sual ona görə maraqlıdırki,

XXI əsrin ikinci onilliyində təklif olunan innovasiyalar artıq bir neçə ildən sonra

ya özü köhnəlmiş görünə bilər, ya da tətbiqi nəzərdə tutulmuş hədəflər tamamilə

yenilənmiş və dəyişilmiş olar. Məsələn, heç kimə sirr deyildir ki, 30-50 il bundan

əvvəlki tələbələrin intellektual bilik səviyyəsi və koqnitiv düşüncə tərzi hazırkı

dövrlə  müqayisədə  xeyli  dəyişilmişdir.  Belə  olan  halda  hansı  növ  innovativ

yenilik  məqbul  və  ya  qəbuledilən  hesab  edilə  bilər,  hansılar  perspektivsiz

sayılar? Bu kimi suallar ətrafında düşünərkən, biz ümumiyyətlə təhsildə olan




Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə