İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   2   3   4   5   6   7   8   9   ...   12
The types of pedagogical innovations and the features of their application (1)

İNNOVASİYALAR

AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1



62


innovasiyaların  daha  geniş  və  sistemli  bir  mənzərəsinin  təhlil  olunmasına

ehtiyac  duyuruq.  Odur  ki,  yalnız  təhsil  sahəsindəki  innovasiyaların  deyil,

ümumiyyətlə, innovativ sistemin nələrdən ibarət olması məsələsini şərh etməliyik. 

İnnovasiyaların istər yenilik (yeni metod və ya üsul), istərsə də maddiləşmiş

predmet  və  ya  proses  şəklində  nəticəsindən  asılı  olmayaraq,  onlar  həyata

keçirildiyi ərazi və onun iqtisadi-sosial xüsusisiyyətləri ilə sıx surətdə bağlıdır.

Belə ki, Əraziyə bağlı İnnovasiya Sistemi (ƏİS) tədris bölgəsi və ya regional in-

novasiya sistemləri kimi müxtəlif anlayışları əhatə etdiyindən, bu model Ərazinin

Yenilik Sistemi (ƏYS) adlandırılır. Fərqli anlayışların və fərqli intellektual köklərin

mövcud  olmasını  nəzərə  alaraq,  bu  yeniliklərin  fərqli  istiqamətlərinə  diqqət

yetirməyi zəruri hesab etmişlər [Frank Moulaert & Farid Sekia. 2003, p. 293-

295]. Maraqlı cəhət ondan ibarətdir ki, regional əraziyə bağlı olan innovasiya

sistemində bu alimlər daxili faktorları: a) 

iqtisadi inkişafın səviyyəsini,

b) 


sosial-

mədəni parametrləri

və c) 


siyasi iradəni

mühüm hesab etmiş, sonuncunun həlle-

dici amil olduğunu bildirmişlər [Frank Moulaert & Farid Sekia. 2003, p. 296].

Müasir pedaqoji innovativ yenilikləri təhlil edərkən, onların əksəriyyətinin

texnologiya vasitəsi (noutbuk, iPad, ağıllı telefon) və ya texnologiyaya əsaslanan

öyrənmə  sistemləri,  məsələn,  Təhsili  İdarəetmə  Sistemi  (TİS)  (ingiliscə  –

Learning  Management  System),  təhsil  proqramları  və  veb-əsaslı  resurslarla

həyata  keçirildiyinin  şahidi  oluruq.  Əslində,  texnologiya  hər  zaman  insan

fəaliyyətinin hər hansı bir sahəsində hərəkətverici qüvvə, həm də innovasiya

aləti kimi xidmət edir; odur ki, innovativ pedaqoji idarəetmədə texnologiyanın

tətbiqi  zamanı  qazanılan  vaxt  çox  zaman  «iqtisadi  vaxt»  (İV)  adlanır.  Bu  tip

innovativ texnologiyalara video və lent yazıları, yüksək səviyyəli multimedia və

proyektorlar,  televiziya,  linqafon  sinifləri,  virtual  kitablar,  planşet  dərsliklər,

tədrisə dair mühüm filmlər, kitabların məktəbdaxili radio vasitəsilə translyasiyası

və s. bu kimi alətlər daxildir. Televiziyanın həyatımıza daha intensiv daxil olması,

radionun funksiyasını və istifadəsini xeyli azaldır. Müəllimin müəyyən funksiyalarını

öz  üzərinə  götürən  televiziya  otaqları  eyni  vaxtda  bir  neçə  sinif  təlimlərinə

qoşularkən yalnız bir texniki heyətin – idarəedici nəzarətçinin olması kifayət

edirr;  heç  şübhəsiz,  bu,  təlimin  səmərəli  qurulmasına  və  tələbələrin  (daxili)

maraqlarının  artmasına  səbəb  olur.  Televiziya  vasitəsi  ilə  sinif  otaqlarına

translyasiya olunan təlim materiallarının seçilməsinə və lazım gəldikdə onların

məzmun və formasında dəyişikliklərin edilməsinə tədris fənn müəllimləri və

müvafiq qurumlar məsuliyyət daşımalıdır. Burada bir məsələni də qeyd etmək

yerinə  düşərdi.Bu,  intitusional  olaraq  tələbə  kontingenti  daha  çox  olan  audi-

toriyalarda xüsusi səmərə verir. Bu, bir tərəfdən sinfin idarə olunması və vaxta

qənaət nöqteyi-nəzərindən faydalıdırsa, digər tərəfdən, təlimlərdə vizual biliklərin

üstünlük  təşkil  etməsi  ilə  də  səmərəlidir.  Məsələn,  pedaqojiyönlü  kolleclərdə

bu üsulun musiqi və rəsm, rəsmxətt, zoologiya, biologiya kimi fənlərin tədrisi

zamanı xüsusi üstünlüyə malik olması danılmazdır. Belə ki, rəngli fonda xüsusi

cizgi və ştrixlərin verilməsi, rəsmin konturlarının cızılması skafholdinq (yardımla

və addım-addım öyrənmə) vasitəsilə auditoriyaya çatdırılmalı olan kontent ma-

teriala marağı daha da artırır. Aparılmış müşahidələrimiz göstərir ki, televiziya

Sevda Axundova


Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə