İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova


Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   ...   4   5   6   7   8   9   10   11   12
The types of pedagogical innovations and the features of their application (1)

Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri

http://journal.edu.az



65


dərəcəsi  də  fərqlənəcəkdir.  Lakin  bununla  bərabər,  bu  vizual  vasitələr  sinif

otaqlarına reallıq və daha səmərəli öyrənmə vərdişləri də gətirir [Vergnaud G.

2009;  Frank  Moulaert  &  Farid  Sekia.  2003].  Belə  ki,müasir  kommunikasiya

vasitələri  ilə  (iPhone,  iPad,  Skype,  FaceTime  və  sair)  dünyanın  hər  hansı  bir

yerində,  real  vaxtda  görüntülü  ünsiyyət  qurmaq  mümkündür.  Yəni  bu  gün

onlayn  öyrənmə,  mobil  öyrənmə,  sosial  şəbəkədə  öyrənmə,  virtual  oyunlar

vasitəsilə öyrənmə, virtual reallıq, virtual «distant laboratoriyalar»ın istifadəsi,

3D və 4D çap və vizual ünsürlərin tətbiqi yeni pedaqoji innovativ üsullar hesab

edilsə də, onların fərdi qabiliyyətləri və imkanlarıinkişaf etdirmək xüsusiyyəti

xeyli  mübahisəli  görünür.  Bu,  əsla  o  anlama  gəlmir  ki,  innovativ  pedaqoji

tətbiqlər təhlükəli hesab olunmalıdır. Lakin heç kim də şübhə etmir ki, öyrənmənin

daxili koqnitiv-psixoloji elementlərinin səthdə asanlıqla görünən və dərk oluna

bilən  funksiyalarla  əvəz  olunması  bir  sıra  vacib  mürəkkəb  əqli-psixoloji

fərdiprosesləri kölgədə qoyur və onları passivləşdirir [Vergnaud G. 2009; Frank

Moulaert & Farid Sekia. 2003]. Əslində, daha az zəhmət çəkməklə böyük pedaqoji

səmərə əldə etmək – elə innovativ tətbiqin əsas meyarlarından sayılır. Fikrimizcə,

bu, mürəkkəb inteqrativ birləşmənin – texnoloji və insan faktorlarının eyniləşdir-

məməsi  demək  deyildir,  çünki  sadə  dillə  desək,  istənilən  halda  «pedaqoji

müdaxilə» istisna edilmir. O zaman belə bir sual ortaya çıxa bilər: İqtisadi vaxtın

potensialından  təhsil  sahəsində  fərqlilik  yaratmaq  və  öyrənmə  nəticəsini

artırmaq üçün istifadə edirikmi və bu hansı prinsiplər əsasında həyata keçirilir? 

Texnologiya əməyin məhsuldarlığını artırmaq üçün, əsasən, istehsal, biznes

və araşdırmalarda istifadə olunur. Texnologiyanın təhsilə inteqrasiya olunması

çoxcəhətlidir,  odur  ki,  onun  səmərəliliyinin  ölçülməsi  bu  pedaqoji  innovasiya

növünün  yaratdığı  dəyişikliklərin  qiymətləndirilməsi,  xüsusilə  onun  təlim

keyfiyyətinin  yüksəldilməsində  proporsional  rolunu  öyrənmək  kifayət  qədər

məntiqlidir.  Yəni  hansı  texnoloji  vasitənin  tələbələrin  riyaziyyat,  ədəbiyyat,

dillər və digər sahələr üzrə biliklər əldə etməsinə, onların daha yaxşı öyrənməsinə

kömək  etdiyini  və  öyrənmə  nəticələrini  yaxşılaşdırması,  bu  vasitələrdən

istifadənin səmərəliliyi kimi sualların cavabları – innovasiya növlərinin gələcək

dövrünü və davamlılığını müəyyən edən cəhətlərdəndir. 


Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə