İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   2   3   4   5   6   7   8   9   ...   12
The types of pedagogical innovations and the features of their application (1)

İNNOVASİYALAR

AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №1



60


yenilikçilik yaradıcı düşüncə yeni fikirlər haqda düşünməklə bağlı olduğu halda

(koqnitiv  aspekt),  innovasiyalar  xaraktercə  yeni  olan  işlərin  icrası  deməkdir

(prakseoloji aspekt), yəni pedaqoji innovasiyalar artıq elmi və koqnitiv süzgəcdən

keçmiş məhsullar hesab edildiyindən, onlar praktikada sınaqdan keçməyə daha

uyğundur. Bu baxımdan, pedaqoji innovasiyaya belə tərif vermək olar: 

«Pedaqoji

innovasiyalar, pedaqoji nəzəriyyə, metodik yanaşma, tədris texnikası, təlim aləti,

öyrənmə prosesi və ya institusional quruluş tətbiq olunduqda tədrisdə, təlim və

tərbiyədə əhəmiyyətli və səmərəli dəyişiklik meydana gətirən və tələbələrin daha

yaxşı  öyrənməsinə  səbəb  olan  proses  hesab  edilir».

Burada  təhsil  sahəsində

yeniliklərin  artırılması,  təlim  keyfiyyətinin  yüksəldilməsi  və  öyrənmənin  bir

proses kimi keyfiyyətcə yaxşılaşdırılması nəzərdə tutulur. Digər tərəfdən, bu in-

novativ idarəetmə kifayət qədər pozitiv əsaslara söykəndikdə, təlim keyfiyyətinə

birbaşa təsir etməklə, həm də tərbiyə işləri kompleksinin təkmilləşdirilməsinə

şərait  yaradır;  başqa  sözlə  desək,  bu  birbaşa  və  bilavasitə  təsir  metodlarının

dialektikasını yaradır.

Təhsildə səmərəliliyin iki indikatoru mövcuddur vaxt və dəyər. Əgər əvvəlkindən

daha az vaxt və maddi resurslardan istifadə etməklə daha yüksək və keyfiyyətli

öyrənmə əldə edə biliriksə, deməli, bu öyrənmə prosesi səmərəli hesab edilir.

Məhsuldarlıq isə əldə olunmuş nəticələrin sərf olunmuş pedaqoji səylərə olan

nisbəti ilə ölçülür, yəni daha az səy göstərməklə, daha böyük məhsuldarlıq və

təlim  keyfiyyəti  əldə  olunursa,  əldə  olunmuş  nəticə  məhsuldar  hesab  edilir.

Odur  ki,  təhsildə  innovasiyaların  ölçülməsində 

səmərəli  öyrənmə  və  yüksək

keyfiyyətli  təhsilin  mövcudluğu

başlıca  indikatorlar  hesab  edilir.  Bu  həm  də  o

deməkdir ki, təhsildə tətbiq olunan innovasiyalar həm öyrənmənin məhsuldarlığını

artırmalı, həm də öyrənmə prosesinin özünü səmərəli etməlidir. 

Təhsildə tətbiq olunan innovasiyaların aşağıdakı növləri vardır: 

1. Təhsilin təşkili və idarə edilməsi sahəsində mövcud olan innovasiyalar; 

2. Sinif – dərs sistemində tətbiq olunan yeni texnologiyalar; 

3. Müəllimlərin işə qəbulu, hazırlanması və yenidən hazırlanması sahəsində

mövcud olan innovasiyalar. 

Bu  tip  innovasiyalar  həyata  keçirilmə  miqyasına  görə 



endogen

və 


ekzogen

tiplərə bölünür. 



Endogen təhsil innovasiyaları

– təhsil sisteminin bir və ya bir

neçə sahəsi və onların müxtəlif aspektləri ilə: nəzəriyyə və praktika, kurrikulum,

öyrənmə və öyrətmə, təhsil siyasəti, təhsil texnologiyası, təhsil institutları və

onların inzibatçılığı, institutsional mədəniyyət, müəllimlərin təhsili və digər bu

kimi sahələrlə əlaqədar ola bilər. 



Ekzogen təhsil innovasiyaları

maraqlı tərəfləri,

öyrənənləri,  valideynləri,  müəllimləri,  təhsil  inzibatçılarını,  tədqiqatçılarını,

təhsil siyasəti işçilərini əhatə edir və onların bu innovasiyalara fəal dəstəyini

tələb edir. Öyrənənlər dedikdə, tələbələrin öyrənmə prosesində üzləşdiyi koqnitiv

və psixoloji xüsusiyyətləri, didaktik bacarıq və düşüncələri, öyrənməyə münasibəti

və  buna  müvafiq  olan  səriştələri  nəzərdə  tutulur;  əks  təqdirdə,  tələbələr  bir

substrat kimi endogen məfhumlara aid edilməlidirlər. 

Əqli  proseslər  həm  də  ekzogen  sıraya  aid  edilir.  Bunlara,  eyni  zamanda

münasibətləri, öyrənmə üsullarını, davranışları, motivasiyaları, özünüqiymət-

Sevda Axundova


Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə