İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova


Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   2   3   4   5   6   7   8   9   ...   12
The types of pedagogical innovations and the features of their application (1)

Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri

http://journal.edu.az



59


cür şişirdilir. Digər tərəfdən, təhsildə kiçik də olsa belə, innovasiyalar demək

olar ki, hər yerdə və hər gün baş verir; lakin bunlar elə miqyasda baş tutur ki,

heç kimin nəzər və diqqətini xüsusi olaraq cəlb etmir. 

Hazırda Azərbaycanın təhsil məkanında daha çox tətbiq olunan innovasiya –

intensiv  metodların  və  İKT-nin  tətbiqi  vasitəsilə  öyrənmənin  səmərəliliyinin

artırılması olduğu halda, ən az tətbiq olunan və ya olunmayan innovativ yanaşma

«onlayn»  təhsildir.  Bütövlükdə,  təhsil  innovasiyalarının  əsas  meyarı  davamlı

gələcəyin və «biliklərə əsaslanan cəmiyyətin» təmin olunmasıdır. Bu müzakirədən

üç əsas sual yaranır: 

1. Azərbaycanda  pedaqojiyönlü  kolleclərdə  tətbiq  edilən  innovasiyalar

onlara xeyir gətirirmi? 

2. Bu  tip  kolleclərdə  transformativ  və  məktəb  həyatına  yüksək  dərəcədə

pozitiv təsir edə biləcək və ən çox arzuolunan innovasiyaların yaranmasında

hansı maneələr mövcuddur? 

3. Təhsildə yüksək nəticələr əldə etmək və tələbələri həyata və iş fəaliyyətinə

hazırlamaq üçün bu tip məktəblərdə lazımi innovasiyaları necə həyata

keçirmək və yaymaq olar? 

Pedaqoji innovativ yeniliklər ya innovativ məhsul, yəni yeni səmərə gətirən

bir cihaz və avadanlıq, elektron dərslik, yeni informativ vasitə və buna bənzər

digər formalarda, ya da innovativ proses, yəni daha səmərəli və yeni texnoloji

yol,  metodika  və  ya  təhsil  xidmətləri  kimi  təqdim  oluna  bilər.  Bununla  belə,

təşkilatlararası  sistemdə,  yəni  bir  neçə  təhsil  müəssisəsinin  təqdim  etdiyi

innovativ  yeniliklər  və  ya  sifarişli  innovasiyalarda  istifadəçilərin  və  innovativ

yeniliyi yaradan şəxsin funksiyaları fərqlənə bilər. Maraqlı cəhət ondan ibarətdir

ki, yaradılmış innovasiya təhsilin səviyyəsinə nə qədər çox sirayət edərsə, onun

dəyəri və əhəmiyyəti də bir o qədər yüksək olar. Bu baxımdan, innovasiyalar ya

tələbata uyğun şəkildə, ya da strateji formada meydana gələ bilər. 

Mövcud tələbatın «çağırışlarına» cavab olaraq pedaqoji innovasiyanın xüsusi

çəkisi  çox  yüksəkdir.  Bu  onunla  bağlıdır  ki,  müasir  dövrdə  təhsil  sisteminin

bütün səviyyələrində rəqabət şəraiti gücləndiyindən, yeni dərsliklərin, kurikumların

və metodların yaranması qaçılmaz olmuşdur. Bununla belə, 

tələbata əsaslanan

innovasiyanın bəzi məhdud cəhətləri də var. Belə ki, bu yeniliklər əksər hallarda,

necə deyərlər, «bazar tələblərindən geri qalmamağa» hesablandığından, inkişaf

etmiş dövlətlərin təhsil müəssisələrinin innonavasiyaları ilə müqayisədə rəqabətli

üstünlüklər yaratmır. Digər bir məslə də ondan ibarətdir ki, bu cür pedaqoji in-

novsiyalar çox vaxt «digərlərinin imitasiyası» şəklində meydana çıxır, bəzən isə

lokal xidmət xüsusiyyətləri nəzərə alınmadığından, davamlı bir sistemə çevrilə

bilmir. Odur ki, 



strateji innovasiyalar

pedaqoji müəssisələr üçün daha uzunömürlü

olur; çünki bu tip innovsiyaların mahiyyəti «müdafiə» xarakterindən daha çox

«hücumçu» səciyyəsi daşıyır. Əlavə olaraq, strateji innovasiyaların bir üstünlüyü

də  ondan  ibarətdir  ki,  onlar  nəinki  mövcud  olanları,  eləcə  də  gələcəkdə  baş

qaldıra biləcək yenilikləri də nəzərə alır. 

Hazırda həm elmi-pedaqoji, həm də digər təhsil praktikasında innovasiyalara

olan  ehtiyac  və  tələbat  get-gedə  daha  da  artmaqdadır.  Qeyd  etməliyik  ki,




Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə