İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova


Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   ...   4   5   6   7   8   9   10   11   12
The types of pedagogical innovations and the features of their application (1)

Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri

http://journal.edu.az



63


tədris  üsulu  məktəblərimizdə  ya  heç  isifadə  olunmur,  ya  da  yalnız  günorta

vaxtlarında daha çox istifadə edilir. Yaxşı olardı ki, bu tədris üsulundan səhər

saatlarında daha çox istifadə olunsun.

Texnologiya aktiv bir element kimi günümüzün yeniliklərinin əsas mənbəyi

hesab edilsə də, təkcə texnologiyaya güvənmək doğru olmazdı. Burada aşağıdakı

faktorların nəzərə alınması son dərəcə vacib hesab edilir: 1) pedaqoji mühitdə

müəllimlərin innovativ tədris zamanı vaxtdan praktiki məqsədlər üçün istifadə

etməsinin zəruriliyi; 2) sinfin düzgün idarə olunmasının əsas həlqələrdən biri

hesab edilməsi; 3) müvəffəq olmağın kritik zəruriliyi, yəni müvəffəqiyyəti əldə

etmə  müəllimləri  bu  prosesdə  təcrübə  keçirməyə  və  normalardan  kənara

çıxmağa sövq etməməsidir. 

Beləliklə,  prinsipal  cəhətlər  –  innovativ  tətbiqetmənin  hər  birinin  fərdi

xüsusiyyətlərə malik olması (məsələn, kompyuter və televiziya tədrisi müxtəlifdir

və onların hər birinin yeri ayrıcadır) yadda saxlanılmalı, bu innovativ tədrisdən

hansı vaxt və nə qədər istifadə etməyin lazım gəlməsi kimi məsələlər nəzərə

alınmalıdır. İnnovativ texnologiyalar çox sürətlə inkişaf etdiyindən rəqəmsal və

virtual öyrənmələrin tətbiqinin avtomatik olaraq təlim müvəffəqiyyətinə səbəb

olacağı  yanlış  fikirdir.  Konkret  olaraq  müəyyən  şəraitdə  ənənəvi  öyrənmə

metodlarının texnologiyaların tətbiqini ehtiva edən tədris proseslərindən daha

üstün olmasına dair xeyli misallar gətirmək olar. Odur ki, bu metodların mexaniki

seçilməsi heç də həmişə təlim müvəffəqiyyətinin rəhni ola bilməz. 

Pedaqoji  yönlü  kolleclərin  innovasiyasız  və  zəif  idarə  edilməsi  aşağıdakı

səbəblərlə bağlıdır:

• peşə standartlarının kifayət qədər köhnə olması;

• pedaqoqların  tədris  seçimində  predmetyönlülüyün  tələbəyönlülükdən

üstün tutulması;

• kollecin kurikulum oriyentasiyasının biliklərin tətbiqinə deyil, yalnız bilik

verməyə köklənməsi;

• tələblərin bacarıqlarının öyrənilməsi metodlarının ya tətbiq edilməməsi,

ya da zəif tətbiqi.

Təlim nəticələrinin daim nəzarətdə saxlanılması innovativ idarəetmənin ən

mühüm üsullarından biridir. Bunun üçün dünya praktikasında istifadə olunan

ən  mühüm  üsul  -hər  bir  fənn  və  fənn  qrupları  üçün  yol  xəritəsivacib  hesab

edilir. Apardığımız müşahidələr göstərir ki, təlim və ya öyrənmənin yol xəritəsinin

ən populyar üsulu tələbələrin və məzunların zəif cəhətlərinin müəyyən edilməsi

onların tədqiqata meiylli olması və bacarıqlarının nə dərəcədə inkişaf etdirilməsi

ilə sıx bağlıdır.Bunları ayrılıqda traları dərəcədə insaq, görqda tralatı dərəcədə

zəif cəhətləri, əsasən, aşağıdakı faktorlaral sıx zəif cəhət: 

• öyrənməyə şəxsi cəhdin kifayət qədər olmaması;

• «risk» etmək qorxusu;

• prioritetləri seçə bilməmək;

• perspektiv düşüncədən uzaq olmaq və ya «daha böyük mənzərəni» görə

bilməmək;

• vaxtı dəyərləndirməyi bacarmamaq;




Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə