İnnovasiyalar pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri Sevda Axundova



Yüklə 179,67 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix10.02.2022
ölçüsü179,67 Kb.
#83651
1   2   3   4   5   6   7   8   9   ...   12
The types of pedagogical innovations and the features of their application (1)

INNOVATIONS


İnnovasiyalar tətbiq sferalarına uyğun olaraq müxtəlifdir. Bunlardan biri də

pedaqoji innovasiyalar hesab edilir. Pedaqoji innovasiyalarla təhsil innovasiyaları

arasında xeyli fərq vardır; belə ki, təhsil innovasiyaları buraya daxil olan olan

bütün infrastruktura aid olduğu halda, pedaqoji innovasiyalar daha çox onların

təlim metodları və texniki vasitələrlə bilavasitə tədris prosesinə tətbiqini ehtiva

edir. Yəni təhsil müəssisəsinə aid olan texnoparkda hazırlanmış hər hansı bir

innovasiyanı dərhal pedaqoji innovasiya adlandırmaq düzgün olmazdı. 

İnnovasiyalar öz növlərinə, parametrlərinə, tətbiq xüsusiyyətlərinə və digər

aspektlərinə görə müxtəlifdir. Onların ən çox tanınmışlarından birinin – pedaqoji

innovasiyaların müxtəlifnövləri vardır: 



Birinci növ

pedaqoji innovasiyalarda daha məhsuldar və səmərəli pedaqoji

metodların tətbiqi ilə daha yaxşı təlim nəticələrinə nail olmaq nəzərdə tutulur.

Əslində, bu pedaqoji innovasiya bu tipdə olan digər bütün innovasiyalar üçün,

haradasa,  ümumi  kriteriya  rolunda  çıxış  edir,  çünki  onların  bünövrəsində  də

bilik və təlim sistemləri dayanır.



İkinci  növ

pedaqoji  innovasiyalara  tələbələrin  öyrənmə  prosesi  zamanı

koqnitiv proseslərinə təsir imkanlarını genişləndirən və stimullaşdıran üsullar,

onlara bacarıq, qabiliyyət və səriştəni inkişaf etdirməyi ehtiva edən pedaqoji-

psixoloji metodlar aid edilir. 

Üçüncü  növ

pedaqoji  innovasiyalarda  müəllimlərin  təlimə  münasibəti,

motivasiyası,  özünüqiymətləndirməsi,  müstəqil  bacarıqları  və  məsuliyyətinin

innovativ və qeyri-inzibati yollarla gücləndirilməsi nəzərdə tutulur.



Dördüncü  növ

pedaqoji  innovasiyalar  tədris  planları  və  proqramlarının

tərtibində tətbiq olunan qabaqcıl təcrübədən istifadə edilməsini ehtiva edir. 

Bu pedaqoji innovasiyalar özünü üç istiqamətdə biruzə verir: 

1) Tələbələrə yönəlmiş tədris, təlim və tərbiyə işlərinin yeni metod və ya

üsullarını tətbiq etməklə onun təkmilləşməsinə xidmət edən innovativ

yeniliklər; 

2) İnnovativ  texnoloji  qurğu  və  avadanlıqlarla  tədrisin  keyfiyyətinin

artırılmasına xidmət edən yeniliklər; 

3) Qabaqcıl innovativ təcrübəni təhsil proqramları və dərsliklərdə təcəssüm

etdirən yeniliklər.

Təhsildə  təkamül  –  sistemli,  ardıcıl,  eləcə  də  geniş  miqyaslı  bir  prosedir;

buna görə o, məktəb və kollec müəllimləri, idarəedənlər və tədqiqatçılar, siyasi

sahədə  qərar  qəbul  edənlərin  demək  olar  ki,  hamısının  iradəsindən  asılıdır.

Onun məqsədi, təlim və tərbiyə nəzəriyyəsi və təcrübəsi, həm də bu kompleksin

digər  aspektləri  ilə  bağlıdır;  odur  ki,  bu  qurumların  məqsədi  son  nəticədə

bütün  tələbələrin  həyatını  və  pedaqoji  fəaliyyətə  keyfiyyətli  hazırlanmasını

təmin  etməkdir.  Məhz  buna  görə  də,  innovasiyayönlü  transformasiyaların

məzmun və xarakterini qiymətləndirmək, onun fəaliyyət mexanizmini müəyyən

etmək nəinki gözlənilən, hətta qabaqcadan görünə bilinməyən situasiyaların da

nəzərə alınmasını ehtiva edir.

Təhsildə mövcud olan innovasiyaların məzmununun təyin olunması olduqca

mürəkkəbdir, çünki əksər hallarda innovasiyalar «yenilik» adı altında müxtəlif

Sevda Axundova




Yüklə 179,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə