İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bir  oxlov  kimi,  iki  heç bir  şeyə  bənzəməz!  Üç  qəssab  çəngəli…  Yeddi  oraq  kimi,  səkkiz 
gözlüyə bənzər… ədədlər qurtarmışdı, daha nə qalmışdı ki... yalnız bir dəfə göstərdim, əzbərlədi, 
su kimi içdi anam… 
- Bax, ana, bu saat əqrəbi, bu dəqiqə əqrəbi, bu da saniyə… 
-  Tamam,  oğulum,  -  dedi  və  dərhal  da  öz  dilinə  çevirdi:  kiçik,  iri  başlı  olanı  saat  əqrəbi, 
uzun, qara olanı dəqiqə əqrəbi, dəli kimi fırlananı da saniyə... 
Saatı əlimə aldım, burmacını burub-burub soruşurdum: 
- Saat əqrəbi birin üstündə, dəqiqə əqrəbi də on ikidə, saat neçədi, ana? 
- Saat bir! 
Hər dəfə dəqiqə əqrəbini bir dövrə artırıb soruşurdum: 
- Dəqiqə əqrəbi daha bir dəfə fırlandı, indi neçədi? 
- İki. 
- …Neçədi? 
- …Üç 
Hərdənbir karıxsa da bütöv saatları öyrəndi. Bir-iki gün ara verdik. Bazar axşamı saatı di-
vardan çıxardıb burmacını burdum. Saat yeddi idi. Möhkəm-möhkəm tapşırdım: 
- Məni saat yeddidə durquz… 
Bir az tərəddüd etdi: 
- Olar, yaxşı, saat əqrəbi yeddiyə, dəqiqə əqrəbi də on ikinin üstünə gəlincə durquzaram. 
Səhər anam çiynimdən tutub silkələdi: 
- Qalx, oğulum, qalx, fikrim qarışıb, hələ bir saata bax! 
Saata baxdım, yeddiyə iyirmi dəqiqə vardı. 
- Bax ana, - dedim, - bax, o dəqiqə əqrəbi var ha, on ikinin üstündə olanda durquz məni… 
Aradan bir neçə dəqiqə keçmişdi, təlaşla məni silkələdi. 
- Anan qurban, oğlum, bu sovxa saniyə var ha?.. 
- Bəli, ana! 
- Oğlum, saniyə məni çaşdırır. Dəqiqədə bir on ikinin üstündən keçir! 
- Ana, sən saniyəyə fikir vermə! Qoy gəlib keçsin, sən dəqiqə əqrəbinə bax! 
Bu dəfə anam hər dəqiqə başı gəlirdi: 
- Oğlum, saniyə sovxa məni çaşdırdı, bax gör yeddi oldumu? Saniyə əqrəbi gəlib keçir, gə-
lib keçir, dəqiqə əqrəbi isə yerindən tərpənmir. Bu sovxa sürətlə fırlanan kimi çaşıram, bu olma-
sa daha yaxşı öyrənərdim... 
Saatın saniyəölçəni  gözümdən düşdü. Səhərisi  saatı da qoltuğuma vurub saatsazın  yanına 
getdim. İçəri girən kimi soruşdum: 
- Usta, bu saniyəölçəni çıxartsaq, saat yenə işləyərmi? 
- İşləyər, işləyər… - dedi, - niyə çıxardım? 
- Sən çıxart, usta, çıxart, çıxart! - Dedim. 
Deyə bilmədim ki, bu sovxa anamın fikrini qarışdırır. Usta başını bulayaraq saatın içini aç-
dı, saniyəölçəni ehmallıca tutub çıxartdı. Batareyasını təzədən taxdı, qulaq verdi. Saat işləyirdi, 
yenə həmin səs gəlirdi: Tıq-tıq, tıq-tıq… 
Saniyəölçəni çıxardandan sonra anamın fikrini qarışdıran olmadı. Hər saatbaşı soruşurdum, 
həmişə də doğru cavab verirdi. Növbə yarımları öyrətməyə çatdı. Bir yarım! İki yarım! Yox, alı-
şa, yadında saxlaya bilmədi. Qarşısına aşılmaz bir dağ itələmiş, özünü də bərk qısnamışdım... 
- Ana, çətin deyil, yarımları da öyrənəcəksən. 
- Amaan! Yarımı yerə batsın! Yarım olmasa, kim küsəcək... 
- Bax, belə olsa, bir yarım… - dedim, anam gileyləndi: 
- Yarımı icad edənin evi başına uçsun, yaxşıca öyrənmişdim saatı... 
Saatın içində saat əqrəbi ilə dəqiqə əqrəbi qalanda anam təzədən həvəsləndi. Saat, saat ya-
rım… dəqiqə əqrəbi 6-nın üstündə, saat əqrəbi 1 ilə 2-nin arasında, əqrəb 8 ilə 9-un arasında, də-
qiqə  əqrəbi  6-nın  üstündə…  Sovxa  yarımlar  heç  cür  ağlına  batmırdı.  Xeyli  təkrarladım,  amma 
yarımları tam öyrənə bilmədi. Hərdənbir yarımı icad edənlərə hirslənsə də, neçə aydan sonra öy-
rənməyə başladı. Saatı göstərib deyirdi: bir, bir yarım, iki, iki yarım… 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bir gün güldü. 
- Məsələ dəqiqə əqrəbindəymiş, - dedi. - Dəqiqə əqrəbi fırlanıb 12-nin üstünə gələndə, saat 
əqrəbi də başqalarının üstünə gəlir. Dəqiqə əqrəbi fırlanıb 6-nın üstünə gedəndə saat əqrəbi də iki 
ədədin arasına gəlir. O zaman yarım olur… 
Anam artıq saatı öyrənmişdi, dəqiqə əqrəbi necə olsa fırlanıb-fırlanıb gəlir, saat da ya üç, 
ya üç yarım, ya dörd, ya da dörd yarım olurdu. Dörddəbir, dörddəbirdən keçdi, iyirmi var, iyirmi 
beşi keçir… deyə öyrətməyə başlasam, fikri yenə qarışacaqdı. Məni hər səhər yeddi yarımda dur-
quzurdu və ikimiz də xoşbəxt idik… 
Bir axşam dərsimi hazırlayarkən anamı sınamaq istədim. Saata baxdım. Nə saat tamdı, nə 
yarım, səkkizdən on keçmişdi. 
- Ana, - dedim, - de görüm, saat neçədi? 
Anam  saata baxdı...  Saat əqrəbi ilə dəqiqə əqrəbi onun öyrəndiyi  vəziyyətdə deyildi. De-
yinməyə başladı: 
- Səkkiz desəm, səkkiz deyil, səkkiz yarım desəm, o da deyil… 
- Söyləsənə, ana, - dedim, - öyrəndin də, de görüm… 
Uzun-uzadı saata bir də baxdı, dodağının altında nəsə mızıldadı və boynunu büküb gözlə-
rimə baxdı: 
- Saat indi çox dağınıqdı, oğlum, - dedi, - dəqiqə əqrəbi bir az özünü toplasın, ondan sonra 
deyərəm… 
 
 
 
 
 
Türkcədən çevirən: Eyvaz ZEYNALOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Ürəyində söyən uşaq 
 
 
 
Düzənlik sonu olmayacaqmış kimi getdikcə uzanır... 
Asfalt yol düzənliyin tam ortasından keçən çayın hər qıvrımına uyğunlaşır. Çay və yol, bir-
birinə sarılan iki qara və yaşıl ip kimidi. Maşınımız onların aralarından bir məkik kimi şütüyür. 
Hərdən çaya lap yaxınlaşır, hərdən də ondan uzaqlaşırıq. Çay, yol və biz dolana-dolana irəlilə-
yirik… 
Səssiz, sakit, aydın bir səhər, günün ilk saatları... Günəş sevinclə yüksəlir, alovlanıb yanır. 
Hava aydın, səma təmiz, mavi, ışım-işım işıldayır. Amma quru bir sazaq var, soyuqdu… 
Daxilimdə bir peşimanlıq dənizi dalğalanır. Alışdığım bir şəhərdən ayrılığın hüznü ilə ya-
şayıram. Uzaq bir kənddə qoyub gəldiyim şagirdlərimi düşünürəm. Bilmirəm niyə, amma müfət-
tişliyə ürəyim heç cür qızmır. Neçə aydır özümü gözətçi kimi hiss edirəm… 
Başımı maşının şüşəsinə söykəyirəm. Qulağıma uğultulu bir külək dolur, təkərlərin səsini 
dinləyirəm. Alnıma dəyən soyuqluq peysərimə doğru yayılır və canımdan bir üşütmə keçir… 
Nəfəsim maşının şüşəsinə yayılır, qarşımdakı mənzərə get-gedə dumanlanır, çay, dağ, yol, 
ağaclar, yaşıl otlar bir-bir qeyb olur. Bir azdan heç bir şey görünmür. Dəbdəbəli evlərin divarla-
rından asılan qiymətli tablo kimi gözlərimin qarşısından sürətlə keçən mənzərələri qaçırmaq istə-
mirəm. Əlimi pencəyin qolundan içəri soxub dumanlanan şüşəni silməyə başlayıram... 
Yolun ortasında, qarşımızda bir dəstə çöl göyərçini var. Göyərçinlər maşınımız yaxınlaşan 
kimi  havaya  qalxırlar.  Maşını  mən  sürməsəm  də  göyərçinləri  əzməsin  deyə  sağ  ayağımı  sıxır, 
qeyri-ixtiyari əyləci basıram. Maşın sanki yoldan son anda qalxan göyərçinin çaldığı qanadlarına 
toxunaraq keçir. Havada bir neçə dənə göyərçin tükü uçuşur, üzülürəm. Quşlara deyinir, hirslə-
nirəm… 
Çay ilə yolun arasında, çay yatağından daşan suların əmələ gətirdiyi kiçik göldə iki anqut 
suyu  dalğalandırır,  sürüşərək  üzür.  Onların  əvəzinə  mən  üşüyürəm.  Tüklərinə  günəş  şüası  düş-
dükcə  iki  qızıl  külçəsini xatırladan  anqutlar  qamışlığa  doğru  üzüb  onların  arasında  gözdən  itir-
lər… 
Maşınımız havanı yararaq irəliləyir. Bir ağaclıqdan keçirik. Biz sürətlə gedərkən yolun hər 
iki tərəfindəki qovaqlar arxada sanki bir-birinin ardınca aşırlar… 
Hava tamam açılır, bir az istilənir… 
Bahar ətəyində nə qədər zümrüd varsa, bu düzənliyə səpmiş.  Qara  yol,  yolun  kənarıynan 
axıb gedən firuzə rəngli çay və başı buludlara toxunan, göyə yüksələn dağın qarlı yamaclarından 
başqa hər yan yaşıllıqdı… 
Bir müddət sonra çayın sahilindən ayrılıb sola dönürük. Birdən yolun rəngi dəyişir. Torpaq 
yol düzənlikdən çəkib qoparır bizi. Maili yoxuşu çıxmağa başlayırıq. Heç beş yüz metr getməmiş 
yaşıllıqlar içində bir qəsəbə görünür. Kirəmit damlı, önü bağçalı evlərin hamısı bir-birinə bənzə-
yir... 
Təftiş edəcəyimiz məktəb qəsəbənin yuxarısında, evlərin qurtardığı yerdən bir az hündürdə, 
evlərin  başının üstündə  nəhəng bir div kimi  dayanıb.  Bu bədheybət  qəsəbədə  yaşayan hər kəsi 
udacaq qədər böyükdü… 
Məktəbin qarşısında geniş bir düzənlik var. Xırman yerinə oxşayır. Çünki keçən ildən qa-
lan dənlər yaşıllaşaraq böyüyüb. Otlar qılçıq, saman arasından boy verib. Xırman yerində qışdan 
güc-bəla çıxdığı aydın görünən bir neçə eşşək otlayır. Havalar istiləndiyindən bir dəri, bir sümük 
qalan heyvanların uzanan tükləri tökülür... 
Məktəbə  tənəffüs  vaxtı  çatırıq.  Bağça  izdihamlıdı.  Uşaqlar  beçə  verən  arılar  kimidi.  Tək 
ayağı üstündə gəzənlər, xəyali bir sükanı fırladıb maşın sürənlər, ağaclara dırmaşanlar, ip üstün-
dən atlananlar, top-top oynayanlar... Uşaqların hamısı öz aləmlərində, başqa bir dünyadadılar. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə