İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Salatın. 
- Cəmil… 
Arxa  sırada  oturan  şagird  digərlərindən  daha  böyükdü.  Gözlərinin  içi  gülür,  növbəsinin 
çatmasını  səbirsizliklə  gözləyir.  Göz-gözə  gələndə  hələ  soruşmamış  bir  əsgər  ədəb-ərkanıyla 
bərkdən adını söyləyir: 
- Mənim adım Mirəli! 
- Nə? 
- Mirəli! 
Ayla Xanımın qaşları çatılır, qulağıma doğru əyilir. 
-  Hocam,  məktəbə  bir  il  kec  gəlib,  bir  il  də  sinifdə  qalıb.  Əslində  gərək  indi  dördüncü 
sinifdə olaydı. Oxumağı da o qədər yaxşı deyil. Adı Mir Əlidi. Burada Mirəli, deyirlər… 
- Yaxşı, Mirəli!! Otur görək. 
Mirəli daha nəsə demək, danışmaq istəyir, amma nə söyləyəcəyini unudur, dodağını dişlə-
yib başını qaşıyır, gülür və birdən gözlərində yeni bir işıltı peyda olur. 
- Atamın da adı Cəfərdi! 
Ayla  xanım  sanki  xəcalət  çəkir,  yalvarırmış  kimi  Mirəliyə  baxır,  susmasını,  oturmasını 
işarə edir. Mirəli başını qaşıyıb yerində oturur… 
Uşaqların qarşısına keçirəm, şagirdlərdən birinə mövzunun başlığını göstərirəm. 
- Oxu, baxaq… 
- Sinifdə əməl olunması lazım gələn qaydalay! 
"R" hərfini söyləyə bilməyəndə yoldaşları gülür… 
- Demək, sinifdə əməl olunması lazım gələn qaydalar var, eləmi? 
- Bəəəli!! 
- Baxaq görək sinifdə əməl olunması lazım gələn qaydalar hansılardı? Kim söyləyəcək? 
Bir neçə barmaq havaya qalxır. Baxışlarım sinfi gəzir. Qapqara gözləri ışım-işım işıldayan 
uşağı qaldırıram: 
- Sən söylə. 
Uşaq yavaş-yavaş, birtəhər söyləyir. 
- Sinfin divarlarını çirkləndirməməliyyiiik! 
Sinfin  divarlarına  baxıram.  Uşaqların  boylarının  çatdığı  yerəcən  ayaq  izləri,  palçıqdı… 
Uşaq bir xahiş kimi cavab verir, olsun, saçlarını oxşayıram: 
- Afərin sənə, - deyirəm, - daha kim söyləyəcək? 
Bu an bütün barmaqlar havaya qalxır. Səhv etdiyimi kec başa düşürəm, amma uşaqlara söz 
verməsəm olmaz. 
- Sən söylə. 
- Taxtanı da çirkləndirməməliyik. 
… 
- Masanı da… 
- Sən söylə. 
- Şüşələri qırmamalıyıq! 
- Partaları da qırmamalıyıq. 
- Şkafı da… 
- Kitabları cırmamalıyıq. 
- Dəftərimizi də… 
Yazı taxtasını qaralamışdılar, taxta çirkliydi, müəllimin stolunun bir ayağı qırıqdı, şüşələr-
dən ikisi sınıqdı, dəftərlərin, kitabların kənarları cırıqdı… 
Mirəlinin barmağı da qalxır. Ona yaxınlaşıram. 
- Sən söylə, Mirəli. 
Mirəli birdən susur, cavab verə bilmir, yenə nə söyləyəcəyini unudur. 
İlk cavab verən şagirdin cavabını doğru kimi qəbul etdiyim üçün cavabların ardı-arası kə-
silmir. Barmaqlar hamısı havadadı. Çarə nədi, bu dəfə iş-işdən keçib, hamısını dinləyirəm, ürək-
ləri istəyən kimi cavab verirlər. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Etməməliyik, atmamalıyıq, tutmamalıyıq, qırmamalıyıq, tökməməliyik… 
Mirəli yenə barmağını qaldırır. Söyləyəcəyini unutmamış qaldırmaq, nə söyləyir-söyləsin, 
onun verdiyi cavabı da doğru kimi qəbul etmək, sonra saçlarını oxşamaq, "afərin" demək istəyi-
rəm. Arxa partaya qaçaraq çatıram: 
- Hə, Mirəli, haydı, söylə görüm. 
Mirəli başını qaşıyır, bir gözünü yumub  yuxarı baxır. Bütün sinif onun cavabını gözləyir. 
Ayla xanım büruzə verməsə də mənim Mirəli ilə maraqlanmağımdan narahatdı, sıxılır. 
Sükut hökm sürür… 
- Hə, Mirəli, haydı söylə… 
Mirəlinin  birdən  gözləri  parıldayır.  Ayla  xanımın  şagirdlərinə  tərgitmək  istədiyi  şivə  ilə 
cavab verir: 
- Müəllim bizi döyəndə ürəyimizdə onu söyməməliyik!!! 
 
 
 
Türkcədən çevirən: Eyvaz Zeynalov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Allah görər 
 
 
Uzun Çarşı hər cür peşə sahibinin olduğu bir Osmanlı bazarı idi. Misgərlər, dəmirçilər, qa-
layçılar, dülgərlər, palançılar, nalbəndlər, pal-paltar, taxılsatanlar və ədviyyatçılarıyla əsrlər boyu 
keçmişi gələcəyə daşıyırdı… 
Onlar bir Ahi* idilər və birdən-birə qeybə çəkildilər. Qalanı ağzına bir ovuc ayaqqabı mıxı 
dolduraraq  bir-bir  əlinə  tüpürüb  ayaqqabı  mıxlayan  çəkməçilər  də  tərk  etdilər.  Onların  Qalanın 
ətəyindəki yastı-yapalaq komaları da bir-bir itdi-batdı. 
Əvvəl taxta qapılı, iri asma kilidli, köhnə dükanlar sökülüb yerində yeniləri tikildi. Sonra 
mis qazanlar polad qazanlara, qalaylanmış bəzəkli qablar çini qablara, quyruqlu* tavaya, turşu, 
bəhməz küpləri kapron bidonlara çevrildi… 
Keçə palanlar və yəhərlər kreslo örtüyü, döymə nallarla at muncuqları maşın əşyaları, na-
xışlı qumaşlar, uzun qadın paltarları, parçalar manekenlərin əynində hazır paltar, çörək taxtaları, 
divanlar, naxışlı şkaflar tez bir zamanda mebel oldu. 
Çayın  sahilində  qəhvəxana  binaları,  içindəki  masalar,  kürsülər,  samovarlar,  stəkanlar  da 
dəyişdi.  Lakin  qəhvəxana  əhli  düşmənə  müqavimət  göstərirmiş  kimi  müqavimət  göstərdi,  heç 
dəyişmədi. 
Təqaüdçüsü, məmuru, işçisi, kəndlisi, dükançısı, almançısı*, heç biri dəyişmədi. Uzun Çar-
şının o fərqli rəngi, abdallar* da... Onların zurna, təbilləri, sazları və qəmli skribkaları onsuz da 
əsrlər boyu eyni idi. 
Bu  qəhvəxanalarda  hökumətlər  qurulur,  yıxılır,  buğdanın,  arpanın  qiyməti  təyin  olunur, 
sənədlər  alınıb  verilir,  zavod  fəhlələrinin  tətil  qərarı  təsdiqlənirdi.  Milli  komandanın  heyəti  bu 
qəhvəxanalarda seçilir, axşamkı serialın namərd oyunçusu burada söyülürdü. 
Həzrəti İsmayıla göndərilən qurbanın qoçmu, qoyunmu, toğlumu, şişəkmi olduğu haqqında 
qərarlar verilir, o il həccə getməyin qaydaları bu qəhvəxanalarda qoyulardı… Bu qəhvəxanalar 
şəhərin döyünən nəbziydi. 
Bazardan bir həftəlik meyvə, tərəvəz və digər ehtiyaclarını alan, ya da ehtiyaclarını təmin 
etmək üçün bazara  gedən qadınlar  ərlərini tapmaq üçün bu qəhvəxanaların qabağına  gələrdilər. 
Bu qadınlar əvvəl qulluqçuya müraciət edərdilər: 
- Bizimki burdadımı, qadasını aldığım? 
- Burdadı, bibi. 
- Yenə oyun başındamı? 
- Həə, bibi, indicə oynayırdı. Çağırımmı? 
- Çağır, balam, oyun başında canı çıxacaq, o oyun daşları qoy onun başdaşı olsun, mən də 
onun  üç  ayda  bir  verilən  təqaüdünü  “rəhmətliyin  parası”  deyərək,  ağız  dadı  ilə  xərcləyim. 
Qollarım düşdü, bu sovxaları daşıya bilmirəm, mənim nə ölümüm var burda, guzum… 
- Quzum, bizimki burdamı? 
- Burda, xala. 
- Çağır görüm, gurban olduğum, hər həftə məni bura gətirdir, gözü kor olsun. Onun tayları 
həccə getdi, bu da qəhvəxanada yarma ayırtlayan kimi okey* daşı seçir. Heç lazım olanı eləmir. 
Desəm,  bağçanın  daşlarını  təmizlə,  xəstəyəm,  ölürəm,  deyib  yatar.  Qəhvəxanaya  gələndə  tez 
gəlir. Yekə kişi eldən-obadan ayıb eləmir, cahıl-cuhul da deyil. 
Qulluqçular da qadınlara, "yaxşı, bibi”, “yaxşı, xala," deyib içəri girər, oyunçuları oyundan 
ayıran bəd xəbəri onlara çatdırardılar: 
- Əmi, bibim gəldi, vallahi, üzünü bir turşudub, bir turşudub! Bəri başdan kəlmeyi-şəhadə-
tini-filanı de, fatihəni oxu ki, heç olmasa o dünyaya imanlı gedəsən. Deyimmi, burda deyil? 
- Əmi, sənin arvadın gəldi, borclun gəlsə bundan yaxşıydı, vallah. Vuruşmağa bəhanə axta-
rır,  üzünü  görsən,  üç  gün  yemək-içməkdən  kəsilərsən,  vallah.  Deyimmi,  məscidə  getdi,  burda 
yoxdu? 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə