İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Mir Seyidi o gecədən unutmuram. Növbətçi olduğum gecələr bir bəhanə tapıb otağıma gə-
lirəm.  Danışırıq.  Kəsə  yolla  kəndə  gedirik.  Quzuları,  itləri  sevir,  dayları,  qara  batan  kəklikləri 
qovur, çiçək yığıb quşları seyr edirik. Sonra o velosipedinə minir, mən də atasının atına... O, tə-
ləsik  pedal  çevirir,  mən  atı  mahmızlayıram.  Aşağı  Civanlıdan  dərəyə  enən  bir  yol  var,  o  tozlu 
yolda ötüşürük. 
*** 
Mart ayının əvvəli... Cümə günü, hava ilıqdı... Növbətçiyəm. Düzənlikdəki badam ağacları, 
ərik ağacları  qırmızı  tumurcuqlarını  yarıb dümağ  çiçəkləyib.  Əsən  yeldə bir bahar qoxusu var. 
Küləyin istiqaməti dəyişmiş, artıq salxım söyüd akasiyaya doğru əyilir. 
Uşaqlar axşam düşəndən bir az sonra zəng səsiylə kameralara çəkilir. Mir Seyid gələr, deyə 
gözləyirəm,  amma  o  gecə  gəlmir.  "O  da  öyrəşdi",  deyə  gülümsəyirəm.  Şənbə  səhəri  erkəndən 
qalxıram. Pansionatın bağçası hər zamankındən daha izdihamlıdı. Hər on dəqiqədən bir pansio-
natın  bağçasının  qapısında  bir  kənd  taksisi  dayanır.  Taksidən  enənlər  bağçada  yüzlərlə  uşağın 
içində öz uşaqlarını axtarır, taksidən enənləri tanıyan uşaqlar isə sevinclə qapıya doğru qaçırlar. 
Hər qadının, hər adamın ətrafında onlarla uşaq var...  "Dağların qarı  əriyib,  yollar açılıb," deyə 
öz-özümə düşünürəm. 
Pansionatın  yaxınlığında  qalan  müəllimlərin  uşaqları  da  bağçadadı.  Nazan  xanımın  oğlu 
Tunç velosiped sürür, səkkiz-on uşaq da velosipedin arxasınca qaçır. Gözlərim Mir Seyidi axta-
rır. Ordadı, ziyarətçisinin gəlməyəcəyini bilir. Divarın dibinə çökmüş, əlini yanağına söykəmiş, 
gözünü qırpmadan velosipedi izləyir. 
Pansionatdakı  uşaqlardan  bir  hissəsinə  icazə  verirəm,  azadlığa  buraxılan  məhkum  sevinci 
ilə  anaları,  atalarıyla  bərabər  uzaqlaşırlar.  Qalan  uşaqlar  bağçada  gəzişirlər.  Tunç  velosipedini 
atıb uşaqlarla oynamağa başlayır. Mir Seyid oturduğu yerdən qalxıb velosipedə doğru gəlir, ya-
nında  çömbəlib  oturur.  Velosipedə  toxunur,  sükanından  yapışır,  əliylə  pərini  çevirir,  pedalını 
hərlədir,  əzizləyir,  oxşayır  velosipedi.  Birdən  mənzilinin  pəncərəsində  görünən  Nazan  xanımın 
səsi yüksəlir: "Eeey! Səydərəm, ordan çəkil! Velosipedi burax! Tuuunç, Tuuunç! Velosipedini də 
götür, tez evə gəl, tez! Səni bir də o uşaqların arasında görməyim!" 
Mir Seyid  bayaq oturduğu  yerə  gedir, Tunç anasına çiyin  çəkir, müqavimət göstərir,  get-
mək istəmir, amma anasının təhdid dolu sözlərinə çox dözə bilmir. Velosipedinə minib mənzil-
lərinə sürür. Mir Seyid  divarın dibində oturub Tunçun arxasınca uzun-uzadı baxır. Şənbə günü 
növbətçi olan müəllimlər gəlirlər. Uşaqları sıraya düzüb sayıram, icazə kağızlarını da… Hamısı 
burdadı, uşaqları təhvil verirəm. 
Bazar ertəsi səhərdi… Müəllimlər otağında çaxnaşmadı. Danışılanlardan bir şey öyrənmə-
yə  çalışıram.  "Eşitdinizmi?"  "Nəyi?"  "Bazar  günü  pansionatdan  bir  şagird  qaçıb."  "Uşağı  tapa 
bilməyiblər!" "Jandarma kəndlərinə qədər getmiş, hər tərəfi axtarmış, izini  belə tapmayıb." "Bəl-
kə tapılar deyə ailəsinə xəbər verməyiblər." "O uşağı tanıyıram, görüşünə heç kim gəlməzdi." 
Bu sözlərdən sonra  içimi  bir qorxu  bürüyür, pəncərədən Təkəldi  dağına tərəf baxıram  və 
dodaqlarımdan həyəcanlı bir sual qopur: "Hansı uşaq qaçıb, kim qaçıb?" "Nazan xanımın sinfin-
dən..." "Kimdi?" "Deyəsən, öz kəndinə getmək istəyib, adı da Mir Seyiddi." "Mir Seyidmi?" 
… 
Pəncərənin ağzında donub qalıram. Dilim tutulur, danışa bilmirəm. Eşitdiklərim ya yalandı, 
ya da soyuq bir yuxu… Hər ağızdan bir avaz gəlir, amma artıq nə danışdıqlarını eşitmirəm. Mək-
təbin bağçasındakı yüzlərlə uşağı tək-tək gözdən keçirirəm. Heç biri Mir Seyidə oxşamır. İnan-
mıram. Sanki o şagirdlərin arasından çıxıb gələcək, sinifdə adı oxunanda "burada!" deyəcək. 
Məktəb  müdiri  gəlir.  Bir  fəlakət  xəbərçisinə  bənzəyir…"Mir  Seyidi  tapıblar",  deyir,  "do-
nub." 
… 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bu an mən də donuram. Heç bir baharın əridə bilməyəcəyi bir buz kütləsinə dönürəm. San-
ki müəllimlər otağında minlərlə insan var. Səslər bir-birinə qarışıb. Otaqdan qaçmaq istəyirəm, 
qaçmaq… Sinfin divarları üstümə gəlir. Nə qara taxta, təbaşir, kitab, dəftər, qələm, nə də uşaq-
lar... Sinifdə bir tək mənəm, bir də Mir Seyidin xəyalı. Pəncərənin önündə qurumuşam, gözlərimi 
Təkəldiyə çevirib dağlara ümidsizliklə baxıram… Təkəldinin ağappaq döşündə gözüm bir qaral-
tıya sataşır. Mir Seyid! Kəsə yolla dağa dırmaşır. Günəş buludların arasından sıyrılıb ölgün işığı 
ilə gülümsəyir və dərhal yox olur. Yuxarı çıxdıqca, kəndə yaxınlaşdıqca Mir Seyidin ürəyi böyü-
yür. Addımlarını artırır, daha sürətli getməyə başlayır. Ağ Torpaq, Boğum Dərəsi, Tək Söyüd… 
Mir Seyid bir-bir onları keçir. Soyuqbulağa çatsa, kənd görünəcək. Soyuqbulaqda Qız Qayasına 
çıxıb çağırsa, kənddə eşidəcəklər. 
Birdən hava qaralır, külək uğuldayır. Qar səpələyir. Mir Seyid bir qarşısındakı dağa, bir də 
dönüb arxasına baxır. Nə şəhər, nə məktəb, nə kameralar var… Əllərini ağzına aparıb nəfəsiylə 
isitməyə çalışır, amma Mir Seyidin nəfəsi də donur. Qar dənələri dayanmadan üzünə çırpılır, ya-
naqları ağrıyır. Qız Qayası qarşıda, bir neçə yüz metrlikdədi. Qara batıb çıxa-çıxa gedir, amma 
bu zaman dizlərinin taqəti kəsilir. Sanki ayaqlarından tonlarla yük asılır. Çətinliklə Qız Qayası-
nın  dibinə  çatır,  qayanın  koğuşuna  sığınır.  Əllərini,  ayaqlarını  yoxlayır.  Əlləri,  ayaqları  sanki 
yoxdu.  Hava  bulanır,  dörd  bir  tərəf  qaralır.  Mir  Seyid  artıq  ətrafındakı  qayaları,  ağacları  seçə 
bilmir.  Uzaqlardan  it  hürüşü  gəlir  və  qorxur,  ağlamaya  başlayır.  Üzünü  kəndə  doğru  döndərib 
son bir ümidlə qışqırır: "Annaaa! Annaaaaaa!" 
Uğuldayan külək Mir Seyidin səsini də udur. Mir Seyidin boğuq səsi çovğunda eşidilməz 
olur. Qorxaraq qayanın koğuşundan çıxır. Kəndə tez çatmaq üçün özünü qarın içinə atır. Birdən 
ayağı büdrəyir və sinəsinə qədər qara batır. Qanadları islanmış bir kəklik kimi çırpınmağa, qarın 
içində vurnuxmağa başlayır. Sonra ayaq barmaqlarına, əllərinə ilıq su tökülür, əlləri, ayaqları is-
tilənir.  O  istilik  bütün  bədənini  bürüyür,  daha  üşümür.  Bir  yay  günü  dərənin  kənarında  yalın 
ayaqlarla qaçır və yorulub yamyaşıl çəmənlikdə uzanır. Gözlərini ağır bir yuxu basır. Mir Seyid 
birdən uzaqdan atasının ona tərəf gəldiyini görür. Əlində də bir velosiped var. Mir Seyit yerindən 
qalxıb atasına doğru qaçır, qaçır, qaçır... 
 
 
Anka... – nağıl qəhrəmanlarına işarədi 
 
 
 
Türkcədən çevirən: Eyvaz Zeynalov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə