İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   2   3   4   5   6   7   8   9   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- İdman paltarımı? 
- Hə, ana, idman dərsində geyəcəyik. 
- Payızda şalvar, pencək aldıq də, guzum. 
- İdman paltarı, ana, idman paltarı... 
- Lazımlı bir şeymi? Neçəyədi?.. 
- Beş… 
- Alarıq, bala. Atan bu həftə dananı satacaq… 
- Ana, mənim riyaziyyat kitabım da yoxdu. Keçən həftə tapşırığımı yerinə yetirə bilmədim, 
müəllim… 
- Bildirki kitabından istifadə elə bu il, oğlum... 
- Olmaz, ana! Mən ikinciyə keçdim. 
- Alarıq, quzum, neçəyədi? 
- İki lirə yarım. 
- İki lirə yarımmı? Hələ qoy bu qatığı sataq… 
- Ana, əmək dəsinə də müqəvva və yapışqan lazımdı. 
- Hüqəvva nə, yapışı nə, qadasını aldığım? 
- Biri karton, biri də yapışdırıcı, ana. 
- Bu həftə iki toyuq gətirərəm satmağa, alarıq, bala… 
- Ana?.. 
- Anan qurban, daha nə? 
- Musiqi müəllimimiz də fleyta istəyir. Hamısından vacibi də fleytadı. Bir də beş xətli mu-
siqi dəftəri... Təzə musiqi müəllimi gəlib, fleyta gətirməyəni döyür, ana… 
-  Mən  hansı  dərddən  ölüm,  oğlum,  hüqəvva,  idman  paltarı,  filit…  Böyük  bacına  parça-
purça da alacağam. Müəllimləriniz də adamı başa düşsələr nə var? Varmı, yoxmu, bilən yoxdu... 
*** 
O çərşənbə analarımızın yaddaşında bir fleyta sualı qaldı. “Hülüt nədi, gadasını aldığım?” 
Qatıq  pullarının  bir  qismini  böyük  bacılarımızın  cehizlyindən  kəsib  könülsüz  ovcumuza 
qoydular. O həftə hamısı eyni şəkildə gileyləndilər. “Biz uşağı oxusun, adam olsun deyə məktəbə 
göndəririk, müəllimlər də düdük çaldırırlar, anam, mən belə dərdə rast gəlmədim...” 
O həftə hamımız analarımızın düdük dediyi fleytalardan aldıq. Sarı, qırmızı, mavi, ağ fley-
taları çala-çala məktəbin bağçasına girdik. 
Nüsrət müəllimdən əvvəl orta məktəbdə musiqi müəllimi yox idi. Adətən musiqi və xarici 
dil müəllimləri heç olmazdı. Biz də fleyta nədi bilməzdik. Nüsrət müəllim elə ilk dərsdəcə fley-
tanın nə olduğunu bizə bağıra-bağıra öyrətdi. Biz də qaçıb analarımıza öyrətdik… 
Çoxumuz  səfil,  pərişan  kənd  uşağıydıq.  Dəyişməyə  köynəyimiz,  jaketimiz  yoxdu.  Bəzən 
yollar bağlanar,  analarımız gələ bilməzdi.  Həftələrlə məktəbə eyni  köynəkdə  gedərdik. Yaxala-
rımız kirdən parıldayardı. Böyük qardaşlarımızdan, əmi uşaqlarından qalma pencəklərin qolu əl-
lərimizi örtərdi, cibləri dizimizə qədər yenərdi. Şalvarların beli düşər, əlimizin biri həmişə beli-
mizdə olardı. Əlimizin biriylə şalvarımızın belini tutduğumuza görə yarışlarda uduzardıq. Taxta-
ya çıxana kənardan baxıb gülərdik. Həmişə nəsə çatmazdı: yazı yazanda xətli kağız, başlıq yaz-
maq üçün qırmızı qələm, evdə yağ, tənəkə sobada təzək, çayımızda qənd… 
Yalnız  Nüsrət  müəllimin  qorxusundan  musiqi  dərsinə  nöqsansız  girərdik:  fleyta,  beşxətli 
musiqi dəftəri və heç cür əzbərləyə bilmədiyimiz melodiyası, sözləri bizim olmayan yad, soyuq, 
yorucu mahnılar… 
Rayon uşaqları bizdən bir az fərqliydilər. Biz kənd uşaqları, sürünün içindəki yad qoyun ki-
mi onlardan seçilərdik. Kilimçinin Murtazı, Nalbəndlərin Bayramı, Nurukalerin Arifi, Kötüköylü 
Ərcan, Karakütüklü Şaban… 
Hansı külək, necə qovub gətirmişdi, bilinmirdi. Bir də sinfimizdə Abdallardan* Möhtərəm 
vardı. İçimizdə ən fağırı oydu. Abdallar məhəlləsindən gəlirdi. Zurnaçı Bağrıyanığın oğuluydu. 
Atası məşhur zurnaçı idi. Mahalda hamı onu tanıyırdı. Möhtərəmi də tanıyırdılar. Yay tətillərin-
də atasıynan kəndlərə toylara gedərdi. Atası kimi o da zurna çalardı. Toy çalan, məclislərdə otu-


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
ran bu iri yarıabdal oğlu ibtidai məktəbi harada oxumuşdu, orta məktəbə necə, niyə gəlmişdi, ki-
msə bilmirdi. 
Möhtərəm qarayanız, qıvraq bədənli, bizə görə uzun, boylu-buxunlu bir oğlan idi. Yanaqla-
rı  toppuş,  gözləri  qara  üzüm  giləsi  kimiydi…  Zurna  çalan  barmaqları  ətli,  iriydi.  Eyni  partada 
oturardıq.  Mən  onun  tapşırıqlarını  yazardım,  o  da  toy-düyündən  gələndə  mənə  ləbləbi  və  keçi-
buynuzu* alardı. Onda hələ bığyerimiz tərləməmişdi. Amma Möhtərəm bir neçə gün üzünü qırx-
masa, bığları bilinərdi. Bazar ertəsi günləri İstiqlal Marşından sonra müəllimlərin hücumuna mə-
ruz  qalardı.  Bığlarına  görə  bəzi  müəllimlər  əsmər  yanaqlarını  şillələyər,  sorğu-suala  çəkərdilər 
onu. Möhtərəm həmişə eyni cavabları verərdi. Qəti və qısa. 
- Niyə üzünü qırxmamısan, oğlan? 
- Ülgücüm yoxdu, müəllim. 
- Boğazlı jaket geymək olmaz demədikmi? 
- Köynəyim yoxdu, müəllim. 
- Pencəyin niyə cırıqdı? 
- Anam yoxdu, müəllim. 
- Toylarda içirsənmi? 
- Tövbə, vallah, yox, müəllim… 
Möhtərəmin heç bir bəhanəsi keçməzdi. Hər bazarertəsi “part, part”, toppuş yanaqlarına iki 
yumruq dəyərdi. Heç tərpənməz, qımzanmazdı. Əlini belə üzünə sipər etməzdi. Sifətini yönəldər, 
hazır vəziyyətdə gözləyər, yumruqları yeyəndən sonra sakitcə yerinə keçərdi. 
Təkcə ülgücü deyil, dəftəri, qələmi, kitabı, idman paltarı, fleytası da olmazdı. Döyülər, sö-
yülər, alçaldılar, amma dərsdən qalmazdı, inadla məktəbə gələrdi. Atasını tanıyan, bir abdal oğlu 
olduğunu bilən müəllimlər səslərini çıxarmazdılar. Hətta öz yumardılar. Yazı zamanı o tərəf-bu 
tərəfə  baxaraq  köçürməsinə  imkan  yaradardılar.  Sinifdən  sinfə  keçməsi  üçün  bir  az  da  yüksək 
qiymət verərdilər. Amma rayon xaricindən gələn, onu tanımayan müəllimlər Möhtərəmin üzərinə 
bir zülm buludu kimi çökərdilər. 
- Möhtərəm, cavab verməyə qalx. 
- Hörmətli müəllimim… 
- Anzavur ayaqlamasını anlat görək. 
- Anzavur, eee, Anzavur… 
- Otur, bir! 
- Lövhəyə çıx, Möhtərəm. 
- Buyur, müəllim. 
- Kunut* duasını oxu görüm. 
- Allahümme inna… Allahüme inna… 
- Möhtərəm, cavab verməyə qalx. 
- Hörmətli müəllimim… 
- Gəlmək felini indiki zamanda ikinci şəxsin təkində söylə görüm… 
Yaşar  müəllim  Möhtərəmin  nəyə  qadir  olduğunu  bilər,  onu  çox  incitməzdi,  ipucu  verər, 
cavabı özü dedirtdirərdi. 
Möhtərəm heç bir suala tam cavab verməzdi. 
Üzündə yetkin bir adamın izləri vardı. Qaşlarını çatanda alnında dərin qırışlar əmələ gələr-
di. Oturuşu, duruşu, hərəkətləri digər uşaqlara heç bənzəməz, fərqlənərdi. Tənəffüslərdə tək gə-
zərdi. Gözləri bizdən yuxarı sinifdə oxuyan bir qızı arayardı. Ayaqları Möhtərəmi o qızın olduğu 
tərəfə aparardı. Yaxınlaşmaz, uzaqdan baxar, uzaqdan sevərdi. Bunu bilirdik. Ağzını açanda san-
ki ixtiyar qoca danışırdı. Müəllimlərin heç bir dərsi onu cəlb etməzdi. Möhtərəmi sinifin divarları 
sıxa bilməzdi. Dərslərlə çox maraqlanmazdı. Çuxur ayna, girdə ayna… Finikiyalılar, Urartular…
 
Çevrə, dairə, üçbucaq… Bir qulağından alıb o biri qulağından verərdi. 
Nüsrət müəllimdən qabaq musiqi dərsimizə Türk dili müəllimi gələrdi. Yaşar bəy dilindən 
bal daman bir adamdı. Musiqi dərsində hərəmiz bir türkü söyləyərdik. Qırx dəqiqə bir su kimi 
axar, sevinc içində bitərdi. Nə solfecyo, nə not, nə də diyez, bemol… “Sol açarı”ndan heç xəbə-
rimiz  yoxdu.  Yaşar  müəllimə  bir  türkü  söyləyən  kimi  bütün  qapılar  özbaşına  açılardı.  Bir  böl 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə