İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
  1   2   3   4   5   6   7   8   9   ...   45


 
 
 
 İmdat AVŞAR 
(Türkiyə)                      
 
Anamın saatları 
 
Türkiyənin Azərbaycansoylu tanınmış 
yazarının ana dilimizə uyğunlaşdırılmış 
hekayələrdən ibarət yeni kitabı... 
 
2012
 
www.kitabxana.net 
 
Milli Virtual Kitabxananın e-nəşri N 24
 
05.05.2012
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
 
 
 
www.kitabxana.net   
 
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
 
İmdat AVŞAR 
 
Anamın saatları 
 
Hekayələr 
 
Türkiyənin Azərbaycansoylu tanınmış yazarının ana dilimizə uyğunlaşdırılmış 
hekayələrdən ibarət yeni kitabı... 
 
 
 
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 7 - 24 (2012) 
 
Virtual redaktoru və e-nəşrə hazırlayanı: 
 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
 
 
YYSQ - Milli Virtual Kitabxana 
 
Bakı - 2012 
 
 
 
                                                   
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Möhtərəm 
 
 
Əmir Qalxana 
 
 
Orta məktəbimiz ikimərtəbəli, uzun bir binadan ibarətdi. Upuzun koridoru vardı. Koridorun 
iki tərəfində yerləşən sinif otaqlarının qapıları bu uzun koridora açılırdı... Ön tərəfindəki iri löv-
hədə yazılmışdı: Kaman* Orta məktəbi. Kəndli, qəsəbəli, imkanlı, imkansız… hamımız burada 
oxuyurduq. Biz, kəndlərdən gələn uşaqlar bir ev kirayələyərdik. Birotaqlı, uçuq-sökük kərpic bir 
ev. Yemək-içməyimizi özümüz bişirər, qab-qacağı özümüz yuyar və dərslərimizi özümüz hazır-
layardıq. 
Kənddən  ayrıldığımız  ilk  vaxtlarda  içimizə  bir  qəriblik  çökərdi.  Hərdən  gecələr  səssizcə 
ağlayar, analarımızın gəlməsini gözləyərdik. 
Analarımız həftədə bir dəfə, çərşənbə günləri gələrdilər. Ürəklərində bir həftəlik həsrət, dil-
lərində qurban olum, qadan alım… 
Bir-birinə  çox  bənzəyərdi  analarımız.  Başlarında  muncuqlu  baş  örtüyü,  bəzəkli  çarşab, 
əyinlərində qolsuz jilet, don... Ayaqlarında qəribliyi, məhzunluğu bir möhür kimi dabanlarına vu-
ran  qara  rezin  ayaqqabılar  olardı.  Rezin  ayaqqabılar  qışda  suya  gedərkən  dondurar,  yayda  arpa 
biçərkən yandırıb yaxardı. Hamısının üzündə eyni qələmdən çıxmış bir ifadə vardı: yoxluq, yox-
sulluq, səfalət… Alınlarında əsrlər boyu  yığılan qırış-qırış kədər, qat-qat  hüzn vardı. Hamısı da 
balalarına  yemək  daşıyan  sərçə  kimi  qorxaq,  hürkək,  narahatdı.  Günəş  doğmamış  tozlu  yollara 
çıxar,  traktorun  qoşqusunda  əzilmiş  bədənləri,  yuxulu,  yorğun  gözləri  ilə  dan  yeri  ağararkən 
Xanın Önünə* çatardılar. 
Kənddən satmaq üçün gətirdiklərini tələsik traktordan endirər, yan-yana düzərdilər. Bir bat-
man süd, iki vedrə qatıq, iki kündə kərə yağı, beş-on yumurta… 
Bizim üçün gətirdiklərini onlardan ayırardılar. İki çuval təzək, beş qatım yarma, bir vedrə 
qatıq, bir neçə büküm yuxa… 
Gətirdiklərini neçə dəfəyə qatıq bazarına daşıyardılar. Bazarda sağa-sola baxmağı ayıb sa-
yar, başlarını düz tutub gedərdilər. Səhv salsalar, yolu soruşmağa cəsarət etməzdilər. Vaxtı, saatı 
günəşə görə təyin edər, satdıqlarının hesab-kitabını bilməzdilər. 
Hər çərşənbə öncəkinin təkrarıydı. Səhər kənddən gətirdiklərinin hamısını bir neçə saatda 
satardılar. Bacılarımıza toxumaq üçün ip, çit, qanovuz, bizə qələm, dəftər, kitab alardılar... 
Pencək, köynək, ayaqqabı... bunlar bahalıydı. İldə bir dəfə, o da imkan olsa, xırman zamanı 
alınardı… 
Rayon mərkəzində, orta məktəbdə oxuyan bütün kənd uşaqları analarımızın gələcəyini bi-
lər, çərşənbə günü sübh tezdən Xanın Önünə düzülərdik. Əmmə vaxtı anasını tapa bilməyən qu-
zular kimi sağa-sola vurnuxardıq. 
“Xala, anam gəldimi?” “Bibi, anamı gördünmü?” deyə soruşa-soruşa anamızı tapardıq. Ki-
mi  qoynuna  qoyduğu  və  orada  isti  saxladığı  dürməyi,  kimi  “çömələn  dəymişlər  yumurtlamır”, 
deyib toyuqlara hirslənərək kənddəki qardaşlarımızın boğazından kəsdiyi qaynadılmış yumurtanı 
balasına uzadardı. Ağzımızdakı dad o dəqiqə dəyişərdi. Canımıza bir ana istiliyi yayılar, çərşən-
bə sabahının ayazı bizi üşütməzdi... 
Əvvəl kənddən gələn bir həftəlik ərzağı qaldığımız köhnə kərpic evlərə daşıyardıq. Təzək, 
lavaş, qatıq, yarma... Sonra qatıq bazarına gedib analarımızın qulluğunda dayanardıq.  İstəkləri-
mizi atalarımıza deməyə çətinlik çəkər, analarımızın başına çıxardıq. Bazarın o izdihamında, səs-
küyündə  dərdlərimizi  analarımıza  anladardıq.  Kənddə  çəkdikləri  bəs  deyilmiş  kimi  dərdlərinin 
üstünə dərd artırardıq. Məktəbdə oxuyan biz idik, amma məktəbin bütün yükü oxumağı, yazmağı 
belə bilməyən bu yazıqların çiyinlərindəydi. 
Hər çərşənbə qatıq bazarında qatıqların satılmağını gözləyərdik. Hər oğulun başqa bir dər-
di, hər ananın min dərdi vardı... 
- Ana, idman müəllimi idman paltarı istəyir. Olmasa, dərsə buraxmayacağam, - deyir. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə