www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Makaryus…
- Daha ölmədimi o?
- Yox, tutsam öldürəcəkdim, qaçdı, tuta bilmədim.
- Başa düşdüm.
Dəqiqədən bir siqaret qutusunu uzadır, qutunun içində iki-üç siqareti var.
- Sağ ol, Rəşid, çəkməyək.
- Xərcliyin, beşliyin varmı? Yolçusan, qurban, yoxsa, çəkinmə…
- Sağ ol, Rəşid, var, var.
- Onda mənə bir milyon ver.
Adamın
nəyi varsa, yoxsa, hamısını vermək istəyir.
- Al, Rəşid, bu olarmı?
- Olmaz! Bir milyonun varsa ver!
Rəşid ilə danışırıq, bir yandan da böyük qardaşımı axtarır gözlərim. Gələn gedən yoxdu.
Birdən ortalıq şənlənir. Seçimlər var, son gündü, şəhərləri dolaşan partiyanın maşın karvanı tür-
bənin önündən keçir, şeypur səsləri, qalmaqal, gurultu, nağara, zurna səsləri. Hər maşın karvanı
da özünü sabahısı günün iqtidarı kimi görür. Karvanlar dəstə ilə keçirlər, yüzlərcə maşın, rəngbə-
rəng bayraqlar. Rəşid sıçrayıb ayağa qalxır, hər karvan Rəşidi salamlayır, bütün partiyalar onu
tanıyırlar. Rəşid hamısına salam verir. Dəyənəyini qaldırıb gələnləri qarşılayır və yola salır. Hər
karvandan da bir bayraq uzadırlar, bayraqları alıb gəlir, Rəşid. Gülərək oturur. Sonra mənə tərəf
dönür.
- Səsini kimə verəcəksəən?
- Mənim
burda səsim yoxdu, Rəşid… Sən səs verəcəksənmi?
- Hə, verəcəyəm.
Partiyaların bayraqlarını göstərirəm.
- Hansına verəcəksən?
- Hamısına da vuracağam!
- Nəə?
- Hə, hamısına vuracağam,
möhürü alacaq, hamısına vuracağam.
- Həəə, gözəl, vur, Rəşid, vur.
- Abi.
- Əfəndim, Rəşid.
- Bunlar namaz qılsa, yağış yağar, elə deyilmi? Bunlar namaz qılmırlar, ona görə də yağ-
mır.
- Onu bilmərəm, Rəşid. Kim dedi sənə bunları?
- Bizim caminin imamı dedi. Mən səhərlər quran kurslarına da gedirəm. Kiçik uşaqlar var
orda. Hoca*** məni qovur, amma yenə gedirəm. Soruşsan, hər şeyi bilərəm. Haydı, məndən so-
ruş.
- Nə soruşum?
- Hoca kimi soruş.
- Yaxşı, Rəşid,
söylə görüm, kimin qulusan?
- Allahın.
- Afərin, Rəşid.
- Başqa şey də soruş.
- Kimin ümmətisən?
- Iıııııh, Həzrəti Əlinin?
Gülürəm, Rəşid də gülür, gözlərinin içi gülür, gözləri billir-billir oynayır. Sağa-sola baxı-
ram, gözüm yolda, böyük qardaşımı gözləyirəm. Hələ gəlib gedən yoxdu. Ağlı çoxluq eləyən
Rəşid susmur.
- Abi, mənim ağlımda bir şey də var. Sənə deyimmi?
- De, Rəşid.
- Kimsəyə demə haaa.
- Tamam, demərəm.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Kafeyə gedəcək, iki stəkan çay istəyəcəyəm, çay gəlincə də qaçacağam.
- Eeee?
- Çaya
bir quruş da verməyəcəyəm, hahahaaaaaa…
- Bu da çox zor fikir, Rəşid.
- Hə, zor.
- Rəşid, qurban.
- Nə var, abi?
- Sən bu ağlının yarısını icarəyə versən, yarısı ilə də keçinərsən.
- Kimə versəm?
- Az öncə gedən partiyaçılar vardı ha, onlara.
- Vermərəm o şərəfsizlərə, namaz qılmırlar, yağış yağmır, əkinlər yaxşı olmur…
Bir maşın dayanır türbənin qabağında. Içindən mənə gülümsəyən gözlər baxır. Siqaretimi
Rəşidə verirəm, çantamı götürüb qalxıram. Rəşid arxamca qışqırır:
- Gülə-gülə, abiii!
Dönüb cavab verirəm:
- Sağ ol, Rəşid, ağlından muğayat ol, qurban.
* Abi – böyük qardaş, özündən yaşlıya müraciət edərkən deyilir.
*Abla – bacı, böyük bacı
* Hoca – müəllim, tərbiyəçi, məşqçi, xoca.
Türkcədən çevirən: Aslan Quliyev
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Hökumətin imzası
Ayağında qara qaloş, əynində qara şalvar, başında yay-qış çıxarmadığı toxunma papaq, ar-
xasında heybəsi, əlinə beli alar, kəndin qurtaracağındakı məktəbin lap qarşısındakı tarlaya gələr-
di. Kənd hər səhər sübhdən oyanan Rəhman dayının səsiylə qarşılardı səhəri.
Günorta vaxtı Zeynəb nənənin çiynindəki nimçədə yağ, pendir, çay və bir bükülü saç çörə-
yindən ibarət olan nahar yeməyi gələrdi.
Rəhman dayının üç fəsli vardı. Üçündə də eyni işi görərdi. Bahar, yay və payız, tarladan
daşları çıxardar, çıxartdığı iri daşları tarlanın ortasına daşıyardı.
Ya yerdən vulkan püskürtmüşdü, ya da göydən yağmışdı daşlar. Kənddəki hər tarla, palıd
ağaclıqlarından və daş yığınlarından ibarətdi və daş yığınlarının arasında qalan, hələ də xışla
əkilən bu boş yerlərə əkin əkərdi kənd adamları.
Həftə sonları yatağımdan qalxıb pəncərədən baxanda Rəhman dayının tarlasında ya köhnə
bir daş yığımının
bir az da böyüdüyünü, ya da yeni bir daş yığını görərdim.
Palıdın dibində oturub çay içdiyi zaman çay boğazından keçməz, yorğun-arğın evə qədər
gələr: «Hocam, gəl, gözünə dönüm sənin, gəl, bir stəkan çayımı iç», - deyə dəvət elərdi.
Evdə Rəhman dayının süfrəsində olmadığını bildiyim nə varsa, zeytun, halva, mürəbbə…
Boşqablara doldurub yanına gedərdim. Qəlbi incə, ürəyi geniş, sevgiylə dolu bir adamdı Rəhman
dayı. Tarlasına addım atmaq, onun qonağı olmaq deməkdi. Çayımı o süzür, yağ sürtdüyü çörəyi
mənə uzadır, ayağa qalxıb altındakı klim parçasını götürür: «Sən qonaqsan, atam» deyər, altıma
sərərdi.
Bir ata kimi mənə qarşı şəfqətliydi. Onun hörmətindən utanar, sıxılar, əzilərdim, amma
onun istəklərini qəbul eləməsəm üzüləcəyini, inciyəcəyini bilir, çarəsiz qalaraq hər istəyinə bo-
yun əyirdim.
Yanında bardaş qurub süfrəsində oturunca, gizli bir sevinc duyar, bir müəllimin süfrəsinə
gəlib onunla yemək yeməsindən məmnun olardı. Dərdləşirdi mənimlə, iri barmaqlarını çiynimə
qoyar, əlinə keçən bir palıd budağıyla torpağı eşər, başını qabağa əyib başlardı anlatmağa:
«Hocam, sən sanki bizim kənddə anadan olubsan, evimizə gəlirsən, çörəyimizi yeyirsən, toylara,
mövludlara da gəlirsən, o biri hocalar niyə gəlmirlər, atam? Halbuki hamısına da hörmət eləyirik.
Bir də sənin kimi Qəhrəman müəllim var idi, insan evladıydı, bizimlə oturub durar, söz-söhbət
elərdi. Keçənlərdə Zeynəb qarı isti çörək bişirdi, iki çörəyi qızın əlinə verib orta məktəbin müəl-
liminə göndərdim, almamışdı, qız geri gətirdi. Alıb da itlərə atsaydı, bundan yaxşıydı. Sabah qış
gəlir də, kəndə maşın işləməsə, bu hoca nə yeyəcək, qurban? Ərizə yazdırmağa, xəbərləri oxut-
durmağa, pasportun surətini yazdırmağa, şəhərdən gələn hər kağızı oxutmağa kəndçi həmişə sə-
nin qapına gəlir, nə edək, avamlıqdı, hocam. Allah sənin də qismətini bu kənddən üzməsin, ye,
iç, başımızın üstündə gəz. Hoca, qurbanın olum, pul verib də, kömür alma, bu il odununu mən
verəcəyəm, odunları da əlimlə yarıb içəri atacağam, dərdimizin dərmanısan, hamımız səndən ra-
zıyıq, hamınızı dövlət göndərir, ayrı-qeyriniz yox, amma o birilərin yanına getmək olmur ki,
atam».
Rəhman dayıdan ayrılıb evə gələndən sonra onun dediklərini təkrarlar, hər bir cümləsini
yaddaşımda canlandırar, düşünürdüm. Rəhman dayı bu yerləri fəth eləmək üçün bir açar və bu
dağlarda illərdən bəri alovlanan atəşi külə döndərəcək torpaq, söndürəcək bulaqdı. Bir yol gös-
tərmək,
bir ərizə yazmaq, bir yazını oxuy ub anlayacağı dildə izah eləmək, toyuna gedib oyna-
maq, yasına gedib iştirak eləmək, süfrəsində oturub plovuna qaşıq uzatmaq, göndərdiyi bir-iki
almanı gülər üzlə qəbul eləmək heç də çətin deyildi.
Üstəlik Rəhman dayı dövlət olaraq buralara göndərdiyi müəllimin nə yeyəcəyini düşünür,
bir şirin dillə, gülər üzlə qışlıq odun bağışlayırdı.