İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Uşaqların arasında bir müəllim hərlənir. Bizi görmür, arxası bizə tərəfdi. Bağçadakı yaşıl-
lıqlar və yüzlərlə mavi önlük içində onun saçları dərhal gözə çarpır. Uzun, dalğalı, sapsarı saçları 
çiyinlərinə tökülüb, günəş kimi parıldayır… 
Maşından düşüb məktəbin qapısına doğru getməyə başlayırıq. Uşaqlar ya əlimizdəki çanta-
lardan,  ya  da  yaddaşlarındakı  hansısa  oxşarlıqdan  bizi  tanıyırlar.  Görən  kimi  qışqırmağa  başla-
yırlar: 
- Müfəttişlər gəldi!!! 
- Müfəttişlər gəldi!!! 
Uşaqların səsi məktəbin bağçasından aşıb dalğa-dalğa xırman yerinə doğru yayılır. Səslər 
xırman yerinə çatanda orada otlayan eşşəklərdən biri iştahla, həvəslə anqırmağa başlayır, sonra o 
birilər də qoşulur ona… 
- Müfəttişlər gəldi!!! 
- Aaaaaiiiiiih!!! 
- Müfəttişlər gəldi!!! 
- Aaaaaiiiiih!!! 
Uşaqların  səs-küyünü  eşidən müəllim  saçlarını geri  atıb  bizə  tərəf  döndü.  Şagirdləri  yara-
yara gəlib bizi qarşıladı. Gülümsəyərək əlini uzatdı: 
- Xoş gəldiniz, hocam, xoş gəldiniz, xoş gəldiniz… 
Lap arxadayam. Müəllim mənə yaxınlaşıb əlini uzadır, göz-gözə gəlirik. Mən müəllimi ta-
nıyıram, amma haradan? Onun tanış üzünü illər öncəki yaddaşımda axtarıram. Tapmıram. Müəl-
limin  baxışlarında  da  çaşqın  bir  ifadə  var.  Müəllimlə  eyni  şeyləri  düşünürük,  amma  ikimiz  də 
əmin deyilik… 
- Siz də… Eee, xoş gəldiniz. 
- Xoş gördük, sağ olun… 
Müəllim məndən nəsə soruşmaq istəyir. Elə mən də ondan. Amma başçımız imkan vermir, 
sözümüzü ağzımızda qoyur. Hələ məktəbə ayaq basmadan təftişə başlayır. Müəllimi növbətçi ol-
duğuna peşiman eləyir. 
- Növbətçisiniz? 
- Bəli, hocam. 
- Bağça növbətçisi? 
- Bəəli. 
- Demək, növbətçisiniz? 
- Bəli! 
- Növbətçiliyi bağçada eləyirsiniz? 
- Bəli. 
- Növbətçilik dəftərində qeydlər aparırsınızmı? 
- Eee, bəli! 
- Gözəl, demək, növbətçilik dəftərində qeydlər aparırsınız? 
… 
Məktəbin giriş qapısına çatırıq. Müəllimi xatırlayıram, adı dilimin ucundadı, söyləmək istə-
yirəm. Amma sualı sual dalınca düzən başçımız yenə mənə imkan vermir: 
- Məktəbdə növbətçilik işinə çox diqqət yetirmək lazımdı! 
- Elədi, çalışırıq… 
- Növbətçilik işini, eee, növbəli yerinə yetirmək lazımdı! 
- Eee, bəli, yerinə yetiririk, növbəli… 
- Müdiriyyət lazımdı, indi sən növbətçilik sahənə, məktəb bağçasına dönməlisən… 
-Bəli, dönürəm, hocam. 
Məktəbə giririk, bu zaman dönüb arxaya baxıram, müəllimin gözü məndə qalıb, mənim də 
ağlım onun kim olduğunda... 
Müdirin otağındayıq. Çay içirik. Otaqda danışılanları belə  eşitmirəm… 
Özümlə qovğadayam, yaddaşımı zorlamışam. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
İyirmi il əvvələ qayıtmışam. Litseydə oxuyuram. 9/A sinfindəyəm. Taxtada qarışıq düstur-
lar…  Arxada  otururam.  Lap  qabaqda,  müəllimin  masasına  bitişik  yerdə  saçları  uzun,  sapsarı, 
gözləri mavi bir qız oturur. Ayla! 
Birdən Ayla böyüyür, müəllim olur. Pəncərədən çölə baxıram. Bəli, odu! Məktəbin bağça-
sında növbətçi olan Ayladı. 
Dərindən bir ah çəkirəm. Çiynimdən dağ götürülmüş kimi rahatlanıram… 
Bir azdan Ayla xanım müdirin otağına gəlir və içəri girər-girməz barmağını mənə tuşlayıb 
soruşur: 
- Hocam, siz litseyi harada oxumusunuz? 
... 
Ayla xanımın bir xahişi də var: 
- Hocam, mən ikinci sinifdə dərs deyirəm. Xahiş etsəm, mənim sinfimə siz gələrsinizmi? 
Başçımızın üzünə baxıram, gözlərini yumub başını aşağı salaraq "olar," işarəsi verir. 
- Yaxşı, - deyirəm, - yaxşı, gələrəm. Şagirdlərinizlə də tanış olarıq… 
Ayla xanım otaqdan sevinclə çıxır… 
Zəng çalınır, şagirdlər ikinci dərsə girmək üçün koridorlarda qaçışırlar. Sonra daha bir zəng 
səsi... Koridorlarda ayaq səsləri, müəllimlər də siniflərə tələsir. 
Ayla xanım müdirin otağının qapısında gözləyir. Koridorda birlikdə addımlayırıq. O, iti-iti 
danışır. Bir anda şagirdlik illərimizə qayıdır, təkrar məktəbə gedirik və 2/A sinfinin qapısından 
içəri giririk. 
Səssizlik… 
Ayla xanım şagirdlərindən daha həyəcanlıdı. Bir tərəfdən özü haqqında danışır, o biri tərəf-
dən şagirdlərini tərifləyir: 
-  Bilirsiniz, bura sərhəd  bölgəsidi,  hocam.  Bu qəsəbədə böyük bir əsgəri  bölük var.  Ərim 
bu  bölüyün  komandiridi.  Bura  ikinci  şərq  xidməti  oldu  mənim  üçün!  Bunlara  keçən  il  də  mən 
dərs demişəm. Hamısı da çox dinc, çox çalışqan, çox sevimlidi. Təbii, bəzən dəcəllik də edirlər, 
amma mən onları çox sevirəm! Onlara müfəttişlər gələcək, demişdim, gəlməyiniz yaxşı oldu. 
Ayla xanım məni şagirdlərinə tanıdır və davam edir: 
- Hocam, bir məsələdə çox çətinlik çəkirəm. 
- Nədə? 
- Bu qəsəbədə yaşayanlar azərbaycanlılardı axı! 
- Bəli, bilirəm… 
- Uşaqlar yerli şivəylə danışırlar. Çox məşğul oluram, amma istədiyim kimi alınmır. 
… 
Sinifdəki sakitlik pozulur. Şagirdlərin gözü məndədi... Səslər ucalır… 
Ayla xanımın incə, sərt səsi sinifdə əks-səda verir: 
-  Haydı  baxaq!  Həyat  bilgisi  kitablarınızı  çıxardın!  Yüz  yetmiş  üçüncü  səhifəni  açın! 
Açdınızmı? 
- Bəəəli! 
Həyat  bilgisi  kitabları  açılır.  Yüz  yetmiş  üçüncü  səhifədəki  mövzunun  başlığı  böyük 
hərflərlə yazılmışdır: SİNİFDƏ ƏMƏL OLUNMASI LAZIM GƏLƏN QAYDALAR... 
Ayla xanım soruşur: 
- Dünən bir tapşırıq vermişdim, yerinə yetirdinizmi? 
Sanki tapşırığı hamısı yerinə yetirib, bir nəfər kimi cavab verirlər: 
- Bəəəli! 
Öz  şagirdlərimdən  bilirəm.  Tək-tək  yoxlasaq,  ən  azı  yarısı  tapşırığını  yerinə  yetirməyib. 
Lakin soruşanda böyük bir coşğuyla,  "bəəəli", deyirlər. Bu yaramazlar həmişə belədilər. Lazım 
olan şeyləri yerinə yetirməz, bir az qulaqardına vurarlar... Lazım olmayan şeyləri soruşsanız, or-
dan-burdan cavablandırarlar, amma mütləq yerinə yetirərlər... 
Şagirdlərlə tanış oluruq. Bir-bir soruşuram: 
- Sənin adın nədi? 
- Zeynəb. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə