İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
107 
 
slam dövləti təşkil etmək arzusunda 
 
Harun  bilirdi  ki,  mam  Kazim  (ə)  və  onun  şiələri  onu  xilafət  kürsüsünü 
qəsb  etmiş  və  müsəlmanların  müqəddəratını  zor  gücü  ilə  ələ  keçirmiş  bir 
şə
xs  kimi  tanıyırlar.  Əgər  onlar  Haruna  qarşı  mübarizə  etmək  şəraiti  əldə 
etsələr,  bir  an  da  oslun  belə,  onu  hakimiyyətdən  salmaqda  yubanmazlar. 
mam Kazimlə (ə) Harun ər-Rəşid arasında getmiş və qeyd etdiyimiz söhbət 
o  Həzrətin  slam  hökuməti  təşkil  etmək  sahəsində  olan ali  məqsədlərindən, 
həm də Harunun çirkin məqsədlərindən xəbər verir: 
Bir  gün  Harun  (bəlkə  də,  mam  Kazimin  (ə)  arzu  və  məqsədlərindən 
xəbər  tutmaq  məqsədilə)  Fədəyi  o  Həzrətə  qaytarmaq  istədiyini  bildirir. 
mam  Kazim  (ə)  buyurur:  “Bir  şərtlə  Fədəyi  qəbul  edərəm  ki,  onun  bütün 
ə
razisini  (bütün  sərhədləri  ilə  birlikdə)  geri  qaytarasan.”  Harun  soruşdu: 
“Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?”  
mam  Kazim  (ə)  buyurdu:  “Əgər  onun  əhatə  etdiyi  sahə  və  sərhədlərini 
desəm,  əsla  onu  qaytarmazsan.”  Harun  təkid  edib  and  içdi  ki,  mütləq  onu 
qaytaracaq.  mam Kazim (ə) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür 
təyin etdi: “Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər, digər tərəfdən 
də,  Afrikadan  tutmuş  Ərməniyyə  və  Xəzər  dənizinə  kimi  uzanır.”  Bu 
sahələrin  bir-bir  adını  eşitdikcə  rəng  verib  rəng  alan  və  həddən  artıq 
qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə 
dedi: “Belə olan halda bizə bir şey qalmır ki!”  
mam Kazim (ə) buyurdu: “Bilirdim ki, qəbul etməyəcəksən və elə buna 
görə də, demək istəmirdim.”
1
  
mam Kazim (ə) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki, Fədək  slam 
dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu 
Bəkr,  Ömər  və  s.)  Fədəyi  Peyğəmbər  (s)  qızının  və  kürəkəninin  əlindən 
almaqla  həqiqətdə  hakimiyyəti  Əhli-beytdən  (əleyhimussəlam)  aldılar.  ndi 
ə
gər  bizim  haqqımızı  qaytarmalı  olsan,  onda  bütün  xilafət  ərazisini  bizim 
ixtiyarımıza verməlisən.  
Bu söhbət  mam Kazimin (ə) ali məqsədlərindən xəbər verir. 
 
                                                            
1
 Təzkirətul-xəvas, səh.350 
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
108 
 
Beytül-malın toplanması 
 
Zahiri  hakimiyyət  və  qüdrət  Harunun  əlində  olsa  da,  o,  yalnız  camaatın 
“cisminə”,  “quru  bədəni”nə  hakimlik  edirdi.  Qəlblərdə  isə  heç  bir  yeri  yox 
idi. Qəlblərə hakim durmaq ancaq  mam Kazimə (ə) məxsus idi. O Həzrətin 
ümumi fikirlərdəki məhəbbəti sayəsində mübariz və açıqfikirli müsəlmanlar 
öz  malının  xümsünü,  eləcə  də,  beytül-mala  mənsub  olan  digər  vergiləri  o 
Həzrətin hüzuruna göndərirdilər. Harun bundan heç də qafil deyildi. Çünki o, 
öz  casusları  vasitəsilə  geniş  slam  dövlətinin  o  tərəf-bu  tərəfindən 
müsəlmanların  slam vergilərinin  mam Kazimə (ə) göndərməsi xəbərini əldə 
edirdi. Casuslar deyirdilər ki, göndərilən bu vergilər o qədər olurdu ki,  mam 
Kazim (ə) bunları toplamaq üçün beytül-mal sandığı hazırlamışdı.
1
  
 
 
 
                                                            
1
 
Biharul-ənvar, c.48, səh.232 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
109 
 
 
 
 
 
 
MAM RZA (Ə
 
 
 
 
 
 
 
 
 
mam Rzanın (ə) həyatı barədə qısa məlumat 
 
mam Əli ibn Musa (ə) hicrətin 148-ci ili zilqədə ayının 11-də 
anadan olmuşdur. 
1
 
 Anası  Tuktəm  adlı  fəzilətli  bir  qadın  olmuş,  mam  Rza  (ə
anadan  olduqdan  sonra  mam  Kazim  (ə)  o  xanıma  Tahirə  adı 
vermişdir.
2
  
mam  Əli  ibn  Musanın  (ə)  künyəsi  Əbülhəsən,  ləqəbi  Rza 
olmuşdur.  mam  Rza  (ə)  atası  mam  Kazim  (ə)  (hicrətin  183-cü 
ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında 
mamətə çatmışdır. 
 
 
 
                                                            
1
 
Usul-Kafi, c.1, səh.486 
2
 
Biharul-ənvar, c.49, səh. 5-7 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə