İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   22   23   24   25   26   27   28   29   30

 
84 
 
əvvəl                                        sonra 
XP
 
Həmin  qovluq  üzərində  XP-də  Share 
işarəsi olan  əl çıxacaqdır. Bu o deməkdir 
ki,  qovluq  və  ya  hər  hansı  bir  sənəd 
bölüşdürülür.  Tənzimləmələrdən  sonra 
paylasma 
papkasi 
qovluğundakı 
dəyişikliyə baxın. 
 
Şəbəkədə bölüşdürülmüş faylları  görmək 
üçün  My  Network  Place-  ə  gir.  Bir  az 
gözlə, çünki həmişə XP-də gecikmə olur. 
Sonra  digər  kompüterin  bölüşdürdüyü 
qovluqları görəcəksən. 
 
10.3.2  Vista  əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi). 
 
Vista  əməliyyat  sistemi  yuxarıda  bildirdiyim  kimi  təhlükəsizlik  məsələlərinə  ciddi  yanaşır.  Ona 
görə də hər hansı bir faylı bölüşdürmək istədiyin zaman onu dəqiqləşdirməlisən ki hansı səviyyədə 
kompüter  faylları  şəbəkə  mühitində  bölüşdürə  bilər.  Əlbəttə  ki,  buna  bənzər  hal  XP-də  Allow 
network  users  to  change  my  files  formasında  qarşımıza  çıxır.  Amma  Vista  Sharing  məsələsini 
ümumi  bir  formaya  gətirərək  bütün  kompüterin  şəbəkə  mühitinə  qoşularkən  bölüşməyə  icazə 
verilib verilməməsini əsas götürür. Əgər ümumi icazə verilməsə fayllar təklikdə icazə verilməsinə 
baxmayaraq  əsas  qapı  bağlıdırsa  şəbəkədəki  kompüterlər  heç  bir  bölüşdürülmə  faylı 
görməyəcəklər. Ona görə gəlin birinci ümumi bölüşdürmə yerindən qapını açıb, sonra istədiyimiz 
fayl  sərbəst  bölüşdürmə  üçün  hazırlayarıq.  Birinci  Nework  and  Sharing  Center-daxil  olun. 
Yuxarıda artıq bunun üçün şəkilləri yerləşdirmişdim.  
 
 
 
Əgər  kompüter  şəbəkəyə  qoşulubsa  yuxarıdakı  kimi  şəkil  əmələ  gələcəkdir.  Yəni  əlaqə 
qurulubdur. Əgər xətt  üzərində aşağıdakı kimi krest qoyulubsa onda hələ şəbəkə qoşulmayıb. 
 
 


 
85 
 
Əgər  özünüz  problemi  aydınlaşdıra  bilmirsinizsə  onda  krestin  üzərinə  basın  və  Vista  əməliyyat 
sistemi  problemin  nə  olduğunu  sizə  bildirəcək  və  həlli  üçün  təkliflər  verəcəkdir.  İnşallah  şəbəkə 
hazırdır  və  biz  də  keçirik  sonrakı  məsələyə.  Sharing  məsələsinə.  Aşağıda  gördüyünüz  yazılar 
hansıları ki mən işarə etmişəm onlar şəbəkənin bölüşdürülməsində mühüm rol oynayırlar. 
 
 
 
 
 
Network  Discovery–də  iki  variant  var.  Turn  on  Network  Discovery  (yandırmaq)  və  Turn  off 
Network  Discovery  (söndürmək).  Network  Discovery  aktiv  olan  vəziyyətdə  həm  kompüterin 
şəbəkə  mühitində  görünməsinə  və  həm  də  şəbəkədə  olan  kompüterləri  görünməsinə  icazə  verən 
funksiyadır. 
 
 
 
 
 
Gördüyünüz  kimi  dəyişiklik  etdikdən  sonra  Apply  düyməsini  sıxmaq  lazımdır.  Workgroup 
şəbəkədə  işləyən  kompüterlər,  qrup  halında  bir  yerdə  sürətli  işləməsini  təmin  edir.  Bunun  üçün 
Change  settings  düyməsini  sıxın  və  istifadə  etdiyiniz  kompüterin  şəbəkə  adı  və  istifadə  etdiyi 
qrupu təyin edin. 


 
86 
 
 
İşarələdiyim kompüterimin adı acer-PC, istifadə etdiyim qrupun adı Workgroup və acer-PC adı 
hansı kompüterin adıdır sualına cavab da Notebook kompüteridir. Əgər bu məlumatları dəyişmək 
istəyirsinizsə o zaman Change düyməsini sıxın. 
 
 
 
File  Sharing-in  mənası  Fayl  Bölüşməkdir  və  2  istifadə  variantı  var.  Ya  Turn  on  File  Sharing 
(yandırmaq) ya da Turn off File Sharing (söndürmək). Bizə əlbəttə ki aktiv olması lazımdır.  
 
 
 
Public  folder  sharing  isə  Vista  təklifləri  içərisində  olan  Camaat  qovluğu  mənasına  gələn  şəbəkə 
üzərində ümumi işlərin görülməsi üçün nəzərdə tutulan qovluqdur. Üç istifadə edilmə variantı var: 
 
1-ci hər kəs qovluq içərisindəki fayllara baxa bilər.  
2-ci hər kəs qovluq içərisindəki fayllara baxa bilər və onları dəyişdirə bilər 
3-cü sadəcə olaraq bu funksiyanı söndürür. 
 
Beləliklə,  indi keçirik istədiyiniz qovluğu Share(bölüşdürmək) etməyə. 
 


 
87 
 
Mən  Zabil  İbayev  sənədini  Share  etmək 
istəyirəm  və  ona  görə  üzərinə  sağ 
düyməni sıxıb Share seçirəm. 
 
 
 
Açılan pəncərədə Add-in(əlavə et) qarşısında yerləşən aşağı açılan menyudan Everyone seçirsən 
və Add düyməsini sıxırsan. Siyahıya əlavə olunandan sonra  aşağıdakı Share düyməsini sıxırsan.  
 
 
 


 
88 
Növbəti  açılan  pəncərədə  həmin  faylın  üzərinə  sıxıb  işarə  edirsən  və  sonra  həmin  pəncərədə 
yerləşən Done düyməsini sıxmalısan, əks halda Shared(bölüşdürülmüş) olmayacaqdır.   
 
 
 
Sonra həmin faylın üzərində Shared işarəsini görəcəksiniz. Yəni artıq bölüşdürülür. 
 
əvvəl       
 sonra 
Hər iki əməliyyat sistemində Share ləğv etmək üçün etdiyiniz hərəkətlərin əksini edin. :  ) 
 
 
10.4  İki və daha çox  kompüteri hub və ya switch vasitəsi ilə birləşdirmək. 
 
I.
 
4 dənə RJ-45 jak (ucuz olduğuna görə çox da almaq olar) 
II.
 
Kabel  UTP  CAT5e    Bakı  mağazalarında  mümkün  olan  kateqoriya  kabeldir.  Əgər  olmasa 
CAT5-də  alsanız  olar.  1  metr  UTP  2008-01-20  qiymətlərinə  görə  40  qəpikdir.    Neçə  metrə 
almağı siz təyin etməlisiniz. Ən aşağı 1.5 metrlik almalısınız. Yəni bu halda kompüterlər bir-
birindən  1  metr  uzaqlıqda  yerləşməlidir  deməkdir.  Əgər  uzaqdırsa  yadımıza  salaq  10BaseT 
və ya 100BaseT HUB ilə hər PC arasında maksimum məsafə 100 m olmalıdır. Cəmi məsafə 
200 m olur. Çalışın hər tərəf mümkün qədər eyni uzunluqda kabellə birləşdirilsin. Əgər 1-ci 
dəfə şəbəkə qurursunuzsa və kabeli 1-ci dəfə görürsünüzsə onda aldığınız yerdə kabeli jak-a 
taxdırın. Sadəcə deyin düz və ya çarpaz kabel ver.
 
III.
 
1 dənə sıxma aləti. Qiyməti 2008-01-20-də 5 manatdır. 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə