İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   22   23   24   25   26   27   28   29   30

 
81 
bildirən  ikinci  dərəcəli  İP-dir.  Subnet  ,  ip  adresinin  single  network  id(Identification-tanınma)-
sindən  yaradılan  TCP/IP  mühitində  fiziki  seqment-dir.  Ümumilikdə  təşkilatlar  network  id-lərini 
internik-dən alırlar. InterNIC - The Internet's Network Information Center(İnternet şəbəkələrinin 
məlumat  mərkəzi)  deməkdir.  Network-ləri  subnet-lərə  bölmək  üçün  hər  bir  seqment-ə  fərqli 
network  Id  və  ya  Subnet  Id  lazımdır.  Host  Id  dəki  bitlər  iki  parçaya  bölünərək  hər  bir  seqment 
ücün unique(yeganə) bir subnet id yaradılır. Birinci bölüm seqmenti unique bir network kimi qəbul 
edilməsi üçün istifadə olunur və digər bölüm isə host-u aydınlaşdırmaq üçün istifadə olunur. Buna 
subnetting  və  ya  subnetworking  deyilir.  Əgər  sadəcə  ev  şəbəkəsi  quracaqsınızsa  sizə  bu  haqda 
bilmək  lazım  deyil.  Çünki  Subnet  İP-ni  yazdıqdan  sonra  avtomatik  olaraq  sabit  255.255.255.0 
bərabər olur. Bu da Yerli Sahə Şəbəkəsi(LAN) quran zaman yetərlidir.  
Gateway keçid mənasını verir. Əgər internet paylaşması varsa Default Gateway adresinə interneti 
paylaşdıran  kompüter  İP-sini  yazmalısınız  beləcə  kompüteriniz  hansı  yol  üzərindən  çöldəki 
şəbəkəyə çıxacağını öyrənmiş oluruq. XP və VİSTA-da bu adres avtomatik tapıla bilir. Əgər digər 
kompüteriniz internetə qoşulubdursa və interneti bölüşürsə ona qoşulmuş və ya şəbəkəyə qoşulmuş 
kompüter internetə avtomatik girəcəkdir. 
Preferred DNS Server və Alternate DNS server sizə ADSL ilə internetə qoşulduğunuz vaxt lazım 
olacaqdır.  Domain(yer  adı  deməkdir),  internetdə  yer  almaq  üçün  sahib  olmağınız  lazım  olan 
şəxsiyyətdir.  Yəni  yer  adları  web  saytınızın  adı  və  adresidir.  Bu  adres  olmasa  istifadəçilər  sayta 
girə bilməzlər. Domain adı isə IP adresinin daha başa düşülən bir formasıdır. Məsələn ADSL alan 
zaman  sizə  ip  ünvanı,  Subnet  ünvanı,  Default  Gateway  və  2  ədəd  DNS  Server  ünvanı  verilir. 
Düzdü özləri gəlib bunu qoşurlar, amma yenə də başa düşmək pis olmaz nə üçün belə əcaib kodlar 
verilir.  Fərz  edək  bizə  aşağıdakı  formada  kodlar  verilib.  Bu  mənim  adsl  aldığım  zaman  mənə 
verilən kodlar əsasındadır. Onları dəyişdirmişəm bir az. : )   
 
81.30.147.148--------------------İP var  bu ünvanla səni hər  kəs tanıyacaq 
255.255.255.128-----------------Bu da səni firma daxili şəbəkələrdə hansı xətdə olduğunu bildirir  
81.30.148.129-------------------- Bu ünvandan internet siqnallarını qəbul edirsən 
 
81.30.144.244------------------ Bu da qoşulduğun serverin adı, familiyası 
81.30.144.246------------------ Alternativ server  ünvanı 
 
Bura qədəri aydındır. Hə nə olsun sənin ADSL-in kodları. Mən bunları ona görə  yazdım ki, əgər 
siz  qərara  gəlsəniz  ki  ADSL-i  qoşum  hub-a,  əlbəttə  bu  başqa  mövzudur.  O  zaman  sən  yuxarıda 
olan kodları dəyişməli olacaqsan.  
 
10.2.5  İP təyin etmək 
 
Hə gəldik çatdıq İP təyin etməyə, hansı kompüterə nə İP verək. Əsasən Yerli Sahə Şəbəkələrində 
Local Host(Yerli (Sahibkar, Yerin yiyəsi)) ünvanı ilə başlayan(192.168.1.1) İP-lər verirlər.  
 
Əgər iki kompüteri qoşursansa birinci kompüterə 192.168.1.1, ikinci kompüterə 192.168.1.2.  Sən 
subnet-ə  keçəndə  avtomatik  sənə  255.255.255.0  İP  verəcək.  Onu  dəyişmə  çünki  səndə  birbaşa 
qoşulmadır və sənə ikinci dərəcəli ünvan lazım deyil. Default Gateway bura heç nə yazmaq lazım 
deyil. Çünki internetə qoşulmağı hələlik istəmirik. DNS server İP-lərinə dəymə, çünki bizə hələlik 
bu da lazım deyil. Düymə onsuz da Obtain DNS server address automatically üzərində seçilmiş 
olacaqdır.  


 
82 
 
 
İndi OK düyməsini sıxıb yazdığın İP-ləri kompüterin yaddaşında saxla. Bir də onu deyim ki XP-də 
belə bir xırda mənfi hal var. Şəbəkəyə qoşulma haqqında məlumat göstərən 2 kompüter şəkli saat 
göstərən  yerdə  olması  üçün  Local  Area  Connection-un  üzərinə  sağ  düymə  ilə  basıb  Properities 
seçib sonra aşağıda belə bir yerə quş qoyun. 
 
 
 
Beləliklə  sizin  kompüteriniz  şəbəkəyə  qoşuldu.  Əgər  qoşulmayıbsa  əsəbiləşməyin,  bir  daha 
yoxlayın,  sadəcə  yazılanları  düzgün  yerinə  yetirin.  Bir  də  dost-tanışdan  da  nə  isə  soruşub 
öyrənmək olar.  
10.3 Fayllarınızı şəbəkə vasitəsi ilə bölüşün 
 
Bu bölmədə mən iki tanınmış əməliyyat sistemi olan XP və Vista üzərindən File Sharing(Sənəd 
bölüşdürülməsi) ilə bağlı izahlar verəcəyəm. XP və Vista-nı burada ayrı-ayrılıqda izah etmək lazım 
olduğuna  görə  onları  iki  hissəyə  ayırmışam.  XP  ilə  bölüşmə  çox  rahatdır.  Amma  Vista 
təhlükəsizlik  sisteminin  gücləndirlimiş  olması  şəbəkədə  bölüşərkən  müəyyən  icazə  ilə  bağlı 
problemlər və ya belə deyim əlavə işlər çıxardır. Bu əlbəttə ki, boş yerə deyil. Təhlükəsilik sistemi 
ev daxilində o qədər mühüm olmazsada, iş idarələrdə və şirkətlərdə çox mühüm rol oynayır. 
 
10.3.1 XP əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi). 
 
Aşağıda şəkillərə baxaraq məlumat bölüşdürülməsini daha rahat qurmaq olar. 


 
83 
 
XP
 
 
 
 
 
 
Kompüterinizdə 
olan 
hər 
hansı 
bölüşdürmək istədiyiniz bir faylın üzərinə 
siçanın  sağ  düyməsini  sıxın  və  orada 
Properities  düyməsinin  üzərinə  gəlin  və 
onu  sıxın.  Sonra  açılan  pəncərədə 
menyudan Sharing sözünü tapın. 
 
 
 
 
XP
 
 
Yanda  göstərdiyim  şəkildəki  kimi  Share 
this  folder  on  network  –  (bu  qovluğu 
şəbəkədə bölüş)bura quş qoyun. Sonra bir 
az aşağısındakı  Allow  network  users  to 
change  my  files(Şəbəkə  istifadəçilərinin 
mənim  fayllarımı  dəyişməyə  icazə  ver) 
qarşısına  quş  qoyun.  Birinci  quş  işarəsi 
sizə  qovluğu  bölüşmək  üçün  məcburi 
lazımdır.  O  seçilməzsə  heç  bir  bölüşmə 
baş  verməyəcəkdir.  İkinci  quş  işarəsi  isə 
digər  kompüterlə  bölüşdüyün  sənədləri 
dəyişmək  ixtiyarı  verirsən.  Yəni  yazı 
sənədini bölüşsən o zaman həmin sənədə 
digər kompüterdən girən adamın ora yazı 
əlavə  edib  yadda  saxlamasına  icazə 
vermiş olursan. 
 
Ok düyməsinə bas və yadda saxla. 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə