İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə29/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   22   23   24   25   26   27   28   29   30

 
89 
IV.
 
1  ədəd  Switch  və  ya  HUB  .  Ev  üçün  istəyirsinizsə  8    portlu(girişli)  olsa  bəs  edər.  Əgər 
kompüter sayı çox olan və gələcəkdə əlavə oluna bilərsə məsləhətdir 16 portlu alın. Ən ucuz 
xablardan  birinin  qiyməti  27  manatdır.  Mən  D-link  şirkətinin  mallarını  istifadə  edirəm.  İlk 
növbədə mən məsləhət görərdim ki mağazaya switch almaq məqsədi ilə gedəsiniz. HUB da 
işinizi görməyə yarayar, amma biz artıq switch-in nəyə görə üstün olduğunu bildiyimiz üçün 
şəbəkəni  onun  üzərində  qurmağın  daha  yaxşı  olduğunu  başa  düşürük.  Əgər  yadınızdan 
çıxıbsa  o  zaman  switch  haqqında  olan  bölməni  oxuyun.  Məncə  switch  və  hub  arasında 
qiymət  fərqi  o  qədər  çox  olmayacaqdır.  Mən  indi  switch  üzərində  qurulmuş  şəbəkəni  təhlil 
edəcəyəm.  Əgər  sizdə  hub  varsa  narahat  olmayın,  switch  ilə  quraşdırılma  texnikası  eynidir 
heç  bir  fərqi  yoxdur.  Mağazadan  10/100  Fast  Ethernet  Switch  alın  ya  da  HUB.  Yəni  Fast 
Ethernet  ailəsinə  daxil  olduğu  üçün  UTP  kabelləmədən  istifadə  edəcəyik.  Artıq  UTP  kabel 
düzəltməyi  bilirik.  Bizə  hələlik  2  dənə  kompüter  ---  hub  ---  kompüter  lazımdır.  Əgər 
kompüterlər  yaxın məsafədədirlərsə məsləhətdir 1,5 m (bir metr  yarım) uzunluqda iki UTP 
kabel düzəldəsiniz.  
 
Ümüd edirəm ki hər bir şey hazırdır və başlayırıq quraşdırmağa. Kabellərin bir ucunu kompüterə, 
o  biri  ucunu  hub-ın  və  ya  switch-in  istənilən  portuna  salın.  Mən  sizə  həmişə  istifadə  etdiyim 
metodu təklif etmək istəyirəm. Birinci kompüteri hub-a qoş, sonra onu yandır. Kompüter yandığı 
müddət  ərzində  birinci  kompüter  Collision  (toqquşma)  problemini  həl  edəcəkdir.  Sonra  ikinci 
kompüteri  hub-a  qoş.  Belə  halda  Collision  daha  tez  müddətdə  aradan  götürüləcəkdir.  İkinci 
kompüteri hub-a qoşanda görürsən ki, işıqların hər ikisi eyni anda yanıb-sönməyə başlayır. Bir az 
keçdikdən sonra ikisinin də sakitləşdiyini, vuruşmanın dayandığını görürsən. İki kompüteri birbaşa 
qoşmaq    barədə  yazdığım  hissədə  göstərdiyim  formada  hər  kompüterə  bir  ədəd  Localhost  İP 
verirsən. 192.168.1.1 o birisinə 192.168.1.2 və ya 192.168.1.0 ---dan---254 qədər. Artıq siz ikidən 
çox kompüteri qoşa bilərsiniz. Yəni digərləridə eyni formada qoşulacaqdır və sadəcə onlara yeni 
İP ünvanı verəcəksiniz. Əgər İP çətinliyi olsa İP haqqında yazını oxuyun.      
 
 
10.5   Şəbəkə problemlərinin həlli üçün lazımlı məlumatlar (XP və Vista). 
 
İpconfig  əmri  ilə  tanışsınız.  Start  sonra  Run  və  açılan  pəncərəyə  CMD  yazırsınız  və  DOS 
əməliyyat sistemi açılır. Orada ipconfig yazanda kompüterin bağlı olduğu şəbəkədə ona verilən İP 
məlumatları üzə çıxır.  
 
10.5.1  PİNG 
 
Buna bənzər bir neçə əmr var ki DOS vasitəsi ilə şəbəkə problemlərinin həllinə kömək edir. Sənədi 
çap  etmək  üçün  mən  qonşu  otaqda  olan  kompüterə  qoşulmuş  Printerə  çap  əmri  verirəm,  amma 
printerin  səsi  çıxmır,  mən  kompüterin  işlək  vəziyyətdə  və  ya  şəbəkədə  işlək  vəziyyətdə  olub 
olmadığını təyin etmək üçün PİNG əmrindən istifadə edərək həmin kompüterə sadə test paketləri 
göndərirəm.  Bunun  üçün    Start  menyusundan  Run  proqramını  açır,  oraya  cmd  yazıb  DOS 
əməliyyat sisteminə daxil oluram və sonra problem olan kompüterin İP adresini PİNG edirəm.  


 
90 
 
 
Ping etmək istəyəndə mən Ping yazıb boşluq buraxıb printerə qoşulu kompüterin İP ünvanını yazıb 
ENTER düyməsinə basıram. Cavab mənfidir, kompüter şəbəkədə işlək vəziyyətdə deyil. İndi . 
isə öz kompüterimin hub-a qoşulu olub olmadığını aydınlaşdırmaq üçün Localhost ünvanına paket 
göndərərək təyin edəcəyəm ki məndən hub-a məlumat gedir yoxsa yox. 
 
 
 
Bəli nəticə müsbətdir. Göndərdiyim bütün paketlər çatdı və çatdığı haqda məlumat aldım.  
 
10.5.2  Hostname 
 
Sadə  əmrlərdən  biri  kompüterin  şəbəkədəki  adını  göstərir.  Sadəcə  Dos  pəncərəsində  hostname 
yazın. 
 
 
10.5.3  NET 
 
Şəbəkə  üçün  olan  bu  komanda  tək  başına  yazılmır.  DOS-a  NET  yazsan  sənə  əlavə 
funksiyalarınıda çıxardacaqdır. 
 


 
91 
 
 
Bunlar  ona  görə  yazıram  ki,  haradasa  eşitsəniz  NET  əmrinin  təxmini  nə  olduğunu  biləsiniz. 
Aşağıda birlikdə yazılmalı əmrləri necə işlədiyi haqda misal var. 
 
 
 
 
10.6  Dial up modem vasitəsi ilə internetə qoşulma və interneti bölüşmə 
(XP və Vista) 
 
İnternetə  qoşulmaq  üçün  birinci  müəyyən  tənzimləmələri  etmək  lazımdır.  Hal-hazırda  izah 
edəcəyim  qoşulma  növü  əsasən  belə  adlanır  adi  modemlə,  fax(faks)  modemlə  və  ya  dial  up(dayl 
ap) modemlə qoşulma. Ən axırda yazdığım ad onun işləmə texnikasını daha ətraflı izah edir. Dial 
up (nömrə  yığmaq) deməkdir. Bu modem ilə internetə qoşulmaq üçün ilk olaraq kompüter satan 
mağazaya  girin  və  bir  ədəd  56k  fax  modem  alın.  2008-01-27  qiymətlərinə  görə  ən  ucuzu  8 
manatdır. Sonra ikinci məsələ internet kartı. Bu texnologiya yuxarıda dediyim kimi nömrə yığmaq 
vasitəsi  ilə  qoşulur.  Bəs  bu  nömrələr  nədir,  kim  bu  nömrələri  təyin  edir.  İnternet  xidmətinin 
satıcıları olan internet provider-ləri fərqli firmalar olduğuna görə hər biri fərqli ATS-lərdə internet 
paylamaq  üçün  öz  server-lərini  yerləşdiriblər.  Siz  bu  firmalardan  birinin  satdığı  interneti  alanda 
onların  təklif etdikləri nömrələrə zəng edirsiniz. Əlbəttə ki, siz birbaşa o nömrələrə  yığıb  qoşula 
bilməzsiniz.  İlk  olaraq  ATS-dən  internetə  qoşulmaq  üçün  telefon  xəttinizdə  bu  xidməti 
açdırmalısınız.  Sonra  müxtəlif  internet  kartlarından  birinin  kartını  alaraq  o  firmanın  qoyduğu 
üsulla onlarda üzv olursunuz. İnternet kartlarını alan zaman  sizə müxtəlif saat hesablı kartlar təklif 
olunur.  Yəni  5  saat  üzərində  yazan  internet  kartı  alsan.  İnternet-ə  girəndən  sonra  5  saat  ərzində 
internet-dən  istifadə  etmə  vaxtınız  olur.  Əlbəttə  siz  internetdən  çıxan  zaman  sizin  hesabınızda 
istifadə  etmədiyiniz  saatlar  hələ  də  qalır.  Əlbəttə  ki,  çıxmaq  düyməsini  çıxan  zaman  sıxmasanız. 
Hansı  firmanın  kartını  almağı  bilmirsinizsə  o  zaman  ATS-dən  soruşun  onlarda  ən  sürətli  hansı 
firmanın kartı işləyir. Əksər hallarda ATS-lərdə internet provider-lərinin reklamları olur. Məncə bu 
elə  o  deməkdir  ki,  hansı  firma  bu  bölgədə  daha  keyfiyyətli  xidmət  təklif  edir.  Mən  bir  məsələyə 
açıqlıq  gətirməkdə  çətinlik  çəkirəm.  O  məsələ  də  aldığınız  modemin  yüklənməsidir.  Çünki  mən 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə