İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 
64 
 
Gördüyünüz kimi eyni cihazlar arasında(PC-PC 
və  ya  Hub-Hub)  cross  kabel  istifadə  edilir.  PC-
dən  hub-a  gedəcək  kabel  isə  düz  kabel 
olmalıdır. 
  
 
 
UTP  kabelin  ucuna  taxdığımız  RJ-45  jak 
üzərindəki  pinlər  jakın  pinləri  sizə  baxacaq 
şəkildə  tutulduğunda  soldan  sağa  1-dən  8-ə 
qədər sırası ilə qəbul edilir. 
  
 
10.2  Düz kabel 
 
 
Yanda düz bağlantı görürük.  
  
Diqqət 
etsəniz 
kompüterin 
şəbəkə  kartında  1.  pin  TX+ 
ikən hub tərəfində 1. pin RX+. 
 
 
Kabeli düzəldərkən kabelin iki ucundakı jaklarda, birbaşa bağlantı düzəltsək, yəni 1-ci pin qarşıda 
da 1-ə gedəcək, 2-ci pin 2-yə... gedəcək şəklində düzəltsək düz kabel düzəltmiş olarıq. Beləcə PC-
nin göndərmə edən ucları(TX) hub-ın qəbul etmə uclarına(RX) uyğun gəlmiş olur. PC-nin birbaşa 
hub-a  bağlanmadığı  məkanlarda,  kompüter  ilə  divarda  yerləşən  taxılma  yeri  arasındakı  kabellər, 
divardakı  yerlərindən  patch  panellərə  gedən  kabellər  və  patch  paneldən  hub-a  girən  kabellər 
həmişə  düz kabellərdir. Qısacası,  daima düz bağlantı  düzəltsəniz ancaq bəzi xüsusi vəziyyətlərdə 
çarpaz kabel lazım ola bilər. 
 
 
 


 
65 
10.3 Çarpaz kabel 
 
 
İki  PC-ni,  arada  hub  olmadan  tək  bir 
kabel ilə bağlaya bilərsiniz.  
Amma hər iki tərəfdə də 1 və 2. pinlər 
TX,  3  və  6.  pinlər  RX  olduğuna  görə, 
çarpaz  bağlamalısınız  ki,  TX  və  RX-
lər qarşı-qarşıya gəlsin.  
 
İki  hub  arasında  çarpaz  kabeldə  belə 
olur. Fərqi vardır. 
Kanalların  adı  fərqli  olsa  da  nəticədə 
eyni çarpaz kabel həm PC-PC, həm də 
hub-hub  bağlantısı  üçün  istifadə  oluna 
bilər 
Yəni sizin düzəldəcəyiniz çarpaz kabel 
eynidir. 
 
10.4 Hub-ların bir-birinə bağlanması 
 
Hub-lar ilə bağlı sıx-sıx problem yaradan bir asanlıqdan bəhs etmək lazımdır. Bu gün 16 port bir 
hub alırsınız, bu mənə uzun bir müddət gedir deyirsiniz, amma network-ünüz o qədər tez böyüyür 
ki,  qısa  zamanda  daha  bir  hub  alırsınız.  Bu  hub-ları  da  bir-birinə  bağlamanız  lazımdı.  Yəni  hub-
ların  bir-birinə  bağlanması  çox  sıx  qarşılanılan  bir  vəziyyətdir.  Hub-ın  üzərində  kompüterə 
taxdığımız  portlardan  amma  bu  səfər  çarpaz  kabel  ilə  iki  hub-ı  bağlayırıq.  Hub  istehsalçıları 
istifadəçilərin çarpaz kabel  ilə əziyyət  çəkməməyi üçün belə  bir iş  ediblər, hub-ların  bir çoxunda 
portlardan  ən  böyük  nömrəyə  sahib  olanın  yanında  crossover,  uplink,  out,  MDI/X  kimi  girişlər 
mövcuddur. Bu belə mənaya gəlir: 
"Əgər bu hub ilə başqa bir hub-ı bağlayacaqsan, düz kabel istifadə edə bilərsən. Düz kabelin bir 
ucunu bu porta tax və portun yanında bir düymə varsa ona bas, kabelin digər ucunu isə, digər hub-
ın normal bir portuna tax." 
 
 
 
 
 
Dörd  nömrəli  portun  yanındakı 
düyməyə diqqət edin. 
 


 
66 
 
 
 
İki  hub-ı  düz  kabel  ilə  bağlayarkən, 
kabelin  bir  ucu  1.  hub-ın  uplink 
portuna,  digər  ucu  isə  digər  hub-ın 
normal bir portuna taxılır. 
Üçüncü bir hub daha bağlanılarkən bu 
səfər  2.  hub-ın  uplink  portu  istifadə 
olunacaqdır. 
 
Bəzən bu uplink portu normal portlardan ayrıdır və basmalı olduğunuz düymə yoxdur. 
 
 
 
Əgər iki hub-da da BNC çıxışı varsa koaksial kabel ilə də hub-ları bağlaya bilərsiniz. Təbii ki iki 
ucda sonluq olması lazımdır. 
 
 
10.5 Kabel bağlantı standartları 
 
Kabel  uclarını  düzəldərkən  əməl  etməniz  lazım  olan,  daha  doğrusu  əməl  etsəniz  sizin  və  sizdən 
sonra  şəbəkəyə  müdaxilə  edəcək  adamın  işini  asanlaşdıracaq  standartlar  vardır.  Bu  standartlara 
uyğun  düzəltdiyiniz  kabel  məlumat  kanallarının  eyni  tel  cütünü  istifadə  etməsi  qaydasına  uyğun 
olacaqdır. EIA/TIA adlı quruluş "EIA/TIA -568-A 'Commercial Building Wiring Standard' " adlı 
kabelləmə  ilə  bağlı  standartları  təyin  etmişdir.  Bütün  dünya  istehsalçıları  və  texnikləri  bu 
standartları  izləyirlər.  "EIA/TIA  -568-A"  standartı  içində  kabel  uclarını  düzəldərkən  istifadə  edə 
biləcəyiniz  elektrik  kimi  bir-birinin  tamamı  ilə  eynisi  olan  iki  forma  təklif  olunmuşdur.  T568A 
forması və T568B forması. 
 
Düz kabel 
Düz  kabel  düzəlmək  üçün  iki  ucda  eyni  formada  olmalıdır,  yəni  568A<->568A  və  ya  568B<-
>568B şəklindədir. Kabelin hər iki sonluğunda eyni ardıcıllıq gözlənilməlidir. 
 
Çarpaz Kabel  
Əgər  çarpaz  kabel  düzəltmək  istəyirsinizsə  bir  ucu  568A,  digərini  568B  formasına  görə 
düzəltməlisiniz.  
 
Qeyd: Aşağıda verilən şəkillər vasitəsi ilə qısa vaxtda hansı kabel başlığı necə düzəldilməlidir və 
cihazlar  arasında  əlaqə  yaratmaq  üçün  hansı  kabel  tipdən  (düz  kabel  və  ya  çarpaz  kabel) 
başlıqlardan  istifadə etmək lazım olduğunu yada sala biləcəksiniz. 


 
67 
 
 
Düz kabel düzəldərkən iki formadan birini seçib rəng kodlarını əzbərləsəniz və hər düzəltdiyiniz 
kabeldə bundan istifadə etsəniz, bir kabelin ucu xarab olanda gedib digər ucunu kontrol etmənizə 
lüzum qalmaz. Hansı formanı seçim deyirsənsə, bir çox yerdə 568A<=>568A formasının dünyada 
ən yayılmış şəkildə istifadə formasıdır. Bunun elə də fərqi yoxdur. Əsas düzəldərkən bunları ayıra 
bilməkdir.  Lazım  olanda  ikisini  də  düzəldə  bilməlisiniz.  Mən  yadımda  qalmadığı  üçün 
telefonumda ikisini də qeyd etmişəm.  
 
10.6 Gigabit Ethernet üçün kabel yarat 
 
Yuxarıdakı  kabel  bağlantıları  10BaseT  və  100BaseTX  üçün,  yəni  10Mbit  və  100Mbit  ethernet 
üçün olanlardır. 1000BaseT, yəni UTP kabel üzərindən gigabit ethernet istifadə edəcəksinizsə düz 
bağlantıda bir fərqlilik yoxdur. 568A<-->568A bağlantısını istifadə edə bilərsiniz. Çarpaz kabeldə 
isə vəziyyət dəyişik, gigabit çarpaz üçün altdakı formanı istifadə etməniz lazımdır. 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə