İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   22   23   24   25   26   27   28   29   30

 
79 
10.2.4   IP nəyə görə lazımdır? 
 
Şəbəkəyə bağlı hər kompüter fərqli IP adresə sahib olmalıdır. TCP/IP tənzimləməsinə girəndə ilk 
qarşılaşdığımız "Obtain an IP address automatically" kimi seçilmiş olduğunu görəcəksiniz. Yaxşı, 
bu nə deməkdir? XP və Vista açılan zaman ətrafda IP adresini ala biləcəyi DHCP server var, yoxsa 
yox onu kontrol edir. Əgər DHCP server-i tapsa IP adresini ondan alır və işləyir. Əgər ətrafda, yəni 
şəbəkədə DHCP server yoxdursa, XP, Vistada və sonrakı bütün windows versiyalarında da olacaq 
bir xüsusiyyəti istifadə edir. Özü-özünə IP adresi yaradır və istifadə edir. Əgər heç nə etməsək, bu 
şəkildə  davam  etsə  və  DHCP  server  də  yoxdursa,  yuxarıda  izah  olunduğu  kimi  kompüter  özü-
özünə  IP  adres  yaradaraq  istifadə  edəcəkdir.  Bu  adresin    nə  olduğunu  Start>Run>CMD  ilə 
işlədəcəyimiz  komanda  ilə  DOS  pəncərəsində  IPCONFIG  yazaraq  kompüterin  İP-sini  öyrənə 
bilərik. 
 
 
 
Yuxarıda ipconfig komandasının işləməsi ilə çıxan nəticəni görürsünüz.  
 
Connection-specific DNS Suffix . :  
Autoconfiguration IP Address.. . . :  
Subnet Mask . . . . . . . . . . . . . .: 
Default Gateway . . . . . . . . . . . . :  
169.254.121.160 
255.255.0.0 
 
Autoconfiguration IP Address – yazısının çıxması onu göstərir ki, bu IP adresin kompüterin özü 
tərəfindən  avtomatik  yaradılmışdır.  Göründüyü  kimi,  Vista-ya  və  XP-yə  şəbəkə  kartı  taxılandan 
sonra  nəzəri  olaraq  hər  şeyi  özü  həll  edir.  Lazımi  proqramları  yükləyir,  TCP/IP  üçün  lazımi  IP 
adresi  DHCP  varsa  ondan  almağa  çalışır,  ala  bilmirsə  özü  IP  adres  yaradır.  Sıfırdan  qurulan  bir 
şəbəkədə,  bütün  Windows  kompüterlərinə  şəbəkə  kartını  taxmaq  və  kabel  bağlantılarını 
düzəltməkdən  savayı  bir  şey  etmək  lazım  deyil.  Təbii  ki  kompüter  üzərindən  paylaşdırılacaq 
məlumat  və  printerləri  öz  istəyinizə  görə  təyin  edib  quraşdırmalısınız.  Ancaq  bu  avtomatik  İP 
yaratmağın  da  mənfi  tərəfləri  var.  Birincisi  şəbəkədə  avtomatik    IP  qəbul  etmə  xüsusiyyəti 
olmayan Windows95  və ya NT sistemi olan kompüterlər varsa o zaman İP-ni öz əlinizlə yazmaq 
məcburiyyətində  qalırsınız.  Digər  problem  ise  belədir,  avtomatik  IP  xüsusiyyəti  ilk  Windows  98 
ilə  ortaya  çıxır.  Ancaq  Windows98  –də  bu  xüsusiyyət  açılışda  kompüterin  uzun  bir  müddət 
gözləməsinə  səbəb  olurdu.  XP-də  isə  açılışda  gözləmə  olmur  və  kompüter  açılanda  “iş  stolu” 
(Desktop)  tez  açılırdı,  amma  IP  adresinin  təyin  olunması  hələ  başa  çatmamış  olurdu.  Nəticədə 
şəbəkəni istifadə etməyə başlamaq üçün müəyyən bir müddət keçməsini gözləməli oluruq. 


 
80 
İP-İnternet  Protocol  deməkdir.  İnternet  bilirsiniz  nədir  -  ən  böyük  WAN-dır.  Protokolu  da  izah 
etmişdim, amma yenə bir az xırdalayım. Protokol bəzən şəbəkəyə daxilolma metodu kimi, bəzən 
də  Yerli  Sahə  Şəbəkələrindən,  İnternetdən,  İntranet-dən  məlumatın,  informasiyanın  dəyiş-düyüş 
etmək, yəni göndərmək və qəbul etmək metodudur. Hər protokol özünə uyğun formatda məlumatı 
qəbul  edən  zaman  və  ya  göndərən  zaman  özünəməxsus  metodlardan,  yəni  qaydalar  toplusundan 
istifadə  edir.  Hər  hansı  kompüterin  və  ya  hər  hansı  şəbəkə  cihazının  şəbəkə  üzərindəki  yerini, 
adresini İP-dən istifadə edərək  təyin olunması üçündür. İP-nin 5 (beş) mümkün variantı vardır və 
onlar Class (sinif) adlandırılır: 
 
Class A 
1.0.0.1     --------- 126.255.255.254  Hər 127 şəbəkədə 16 milyon komp. təmin edir 
Class B 
128.1.0.1 --------- 191.255.255.254  Hər 16000 şəbəkədə 65000 komp. təmin edir 
Class C 
192.0.1.1 --------- 223.255.254.254  2 milion şəbəkədə 254 komp. təmin edir 
Class D 
224.0.0.0 --------- 239.255.255.255  Ayrılmış  multicast qruplar 
Class E 
240.0.0.0 --------- 254.255.255.254  Ayrılmış 
 
Direct,  Multicast  və  Broadcast  adresləri  haqqında  danışmışdıq.  Direct  adreslə  ən  asan  əlaqə 
formasıdır. Birbaşa göndərmə ilə məşğul olur. Yəni müəyyən İP ünvanına müəyyən bir məlumat 
göndərir. Multicast müəyyən edilmiş və ya təyin olunmuş İP ünvanlarına məlumatı göndərir. Ən 
az  işlədilən  adres  növüdür.  Bu  növ  şəbəkəni  yüklədiyi  üçün  ondan  çox  da  istifadə  edilmir. 
Broadcast  bir  kompüterdən  bütün  kompüterlərə  məlumat  göndərilməsi  üçün  nəzərdə  tutulub. 
Broadcast    xüsusi  bir  şəbəkə  adresidir.  255.255.255.255  adresi  broadcast  adresidir.  Bu  adresə 
göndərilən  bütün  məlumatlar  o  anda  o  şəbəkəyə  fiziki  şəkildə  bağlı  olan  bütün  istifadəçilərə 
(kompüterlərə) gedir. Ancaq broadcast keçirtməyən router və ya switch-lər bu paketləri keçirtməyə 
mane ola bilər. Bir şəbəkəyə broadcast ilə bir məlumat paketi göndərildiyində bütün client-lər bu 
broadcast  paketini  alır.  Həmin  şəbəkələr  üzərində  yerləşən  kompüterlər(client-lər)    bir-birləri  ilə 
ethernet kimi bilinən şəbəkə kartları ilə əlaqə qururlar. Bu istifadə olunan ethernet kartlarının oxşar 
olmayan  MAC  adresi  vardır.  Bu  ethernet  kartları  istehsal  olarkən  verilən  dəyişməyən,  eynisi 
olmayan  nömrələrdir.  IP  adres  bir  kompüter  istifadəçisi  tərəfindən  verilmiş  olan  32  bitlik 
məlumatdır.  Bu  məlumat  əsasən  rəqəmlərdən  ibarət  olur.  Bu  rəqəmlər  bərabər  olur,  sizin  MAC 
adresinizə və şəbəkədə uyğun sırada özünə yer tapır. Sənin kompüterinə də göndərilən paketlərdə 
şəbəkə  mühitində  MAC  adresinə  bərabər  olan  İP  adresinə  gəlir.  Ipv4  və  Ipv6  iki  növ  IP  adres 
mövcuddur. Bu IP adresləri bir-birlərindən nöqtə ilə ayrılırlar. Məsələn: 194.27.200.20 IP adresi, 
dörd hissədən ibarətdir  və hər bir hissə 8 bit kimi (onluq rəqəmlərlə) hesablanır.  IP adreslər hər 
zaman Ipv4 standartına görə 4 hissədən ibarət olur, amma bu Ipv6-da bir az fərqlidir. Bizə hələlik 
sadə kompüter şəbəkəsi  qurmaq lazım  olduğuna  görə  İP mövzusundan çox  yazmayacağam.  Sadə 
ev şəbəkəsi üçün nə qədər bilmək kifayət edəcəksə o qədər izah olunsa bəs edər məncə. 
 
İP forması : 123. 45 . 35 .122  
İkili say sistemində : 11001010. 00101010 . 00100101 . 11010010  
IP adresləri isə öz aralarında iki hissədən ibarət olurlar. Bu hissələrə NetID və HostID adı verilib. 
 
NetID: Kompüterin bağlı olduğu şəbəkənin IP adresi bilinən bölümə NetID(Network İD) deyilir.  
HostID:  Şəbəkə  içərisindəki  kompüterin  bir-birindən  fərqlənməsini  təmin  edən  IP  adresdir.  
 
Subnet  kompüterinizin  öz  şəbəkənizdən  çıxdığı,  zaman  yəni  məlumat  paketini  digər  hub-da 
yerləşən  kompüterə  göndərdiyinizdə  sizin  böyük  şəbəkələrdə  hansı  hub-a  qoşulmuş  olmağınızı 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə