İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 
61 
 
Full-duplex işləyə  bilmək üçün hər iki 
tərəfində  full-duplex-i  dəstəkləməsi  və 
tənzimlənmiş  olmalıdır.  İndiki  vaxtda  
bütün şəbəkə kartları bu halı avtomatik 
olaraq  təyin  edib  half-duplex  və  ya 
full-duplex  kimi  çalışa  bilərlər.  Bəzən 
daha  yaxşı  və  əmin  nəticə  əldə  etmək 
istəyirsinizsə  işi  özünüz  görməlisiniz. 
Yəni  aşağıda  göstərdiyim  şəkildə 
Ethernet  Adapter-nin  Properities-nə 
daxil  olaraq  şəbəkənizi  switch-inizə 
uyğun  qura  bilərsiniz.  100Mbit-lik 
modern  bir  şəbəkə  kartının  windows 
istifadə  etdiyi  tənzimləmələrdə  həm 
10-100,  həm  də  half-duplex/full-
duplex  kimi  işləyə  bildiyini  görürük. 
Auto  Sense  seçildiyində  şəbəkə  kartı 
özünə  ən  uyğun  şəkildə  quracaqdır, 
amma özünüz başa düşərək istədiyiniz 
formanı istəyinizə görə seçə bilərsiniz. 
  
 
Switch-ə  bağlı  hər  uc,  istərsə  tək  bir  kompüter  olsun,  istərsə  də  başqa  bir  hub  olsun,  ayrı  bir 
seqment və ayrı bir toqquşma sahəsi halına gəldiyi üçün 5-4-3 qaydası da kənarda qalmış olur.  
 
9.2  5-4-3 qaydası 
 
Birdən  çox  ethernet  seqmenti  repeater  və  ya  hub  ilə  bir-birinə  bağlanırsa  eyni  toqquşma 
sahəsi/collision  domain-in  üzvü  halına  gəlirlər.  Toqquşma  sahəsi  tək  bir  kompüterin  yaratdığı 
trafik tamamına yayılan bir və ya birdən çox seqment mənasına gəlir. 5-4-3 qaydası deyilən bir sıra 
hədd qoymalar toqquşma sahəsinin ola biləcəyi maksimum böyüklüyü təyin edir.  
Ethernet şəbəkələrinin düzgün işləməsi üçün hər bir ucun öz ötürməsinin digər bir ucun ötürməsi 
ilə  toqquşub  toqquşmadığını  anlaya  bilməsi  lazımdır.  Əgər  bu  təsbit  edilərsə,  yəni  eyni  anda  iki 
kompüter şəbəkəsi istifadə etmək istəmişsə, hər ikisi də bunu təsbit edir və təsadüfü bir gözləmə 
vaxtından sonra ötürməni təkrar yoxlayır. Yadınızdadırsa bu mövzu ilə bağlı ethernet-də müəyyən 
yazılarımız  var.  Ethernet  kartları  göndərilən  məlumat  paketinin  son  bitinə  qədər  hər  biti 
yollayarkən toqquşma olub olmadığını kontrol edirlər. Son biti göndərdikdən sonra bu kontrol da 
bitər.  Normal  halda  məlumat  paketi  yollanmaya  başlandığında  digər  sistemlər  bunu  təsbit  edirlər 
və  sıralarını  gözləyirlər.  Toqquşma  sadəcə  iki  sistem  eyni  anda  məlumat  ötürməsinə  keçdiyinə 
görə yaranır və toqquşma təsbit edilərək paket təkrar yollanır. Ancaq şəbəkə bir-birinə bağlı hub və 
repeater-lər ilə müəyyən bir böyüklüyün üzərinə çıxarsa təsbit edilməyən toqquşmalarda məlumat 
itkisi  yaranır.  Əgər  məlumat  göndərən  bir  kompüter  o  əsnada  toqquşma  olduğunu  təsbit  edə 
bilməzsə, hər şey normal olduğunu fərz edər və bu paketi təkrar yollamaq lazım olduğunu bilməz. 
Əgər  şəbəkə  çox  böyükdürsə  məlumat  paketinin  ilk  biti,  son  bit  göndərən  kompüterdən  ayrılana 
qədər şəbəkədəki bütün sistemlərə çatmaya bilər. Bu halda ilk biti belə qəbul etməmiş olan digər 
bir sistem kabeli istifadə etməyə başlayır və toqquşama  yaranır. Son bit ilk başdakı kompüterdən 


 
62 
ayrıldığı  üçün  bu  kompüter  yolladığı  paketin  yolda  toqquşmaya  qurban  getdiyini  anlaya  bilməz. 
Yəni  təsbit edilməyən bir toqquşama  yaranır. Eyni  toqquşma sahəsi  içində  iki sistem arasında  ən 
çox beş seqment, dörd repeater və üç populated seqment ola bilər. 
 
 
İndi yuxarıdakı misalı təhlil edək. İki kompüter arasında ən uzaq məsafə A və B nəzərdə tutulur. 
Bu misal 5-4-3 qaydasına uyğun gəlir, necə? 
A kompüterindən çıxan siqnal: 
 
 
5 Seqment (1, 2, 3, 4, 5) keçir. 
 
4 Repater və ya Hub keçir. 
 
3 Dənə populated seqment(ən az bir terminal bağlı kabel) keçir(1, 3, 5). 
 
5-4-3 qaydası bütün şəbəkədə ola biləcək hub/repeater və ya seqment sayını deyil, ən uzaq haldakı 
iki kompüter arasında ola biləcəkləri ifadə edir. Altdakı misalda 6 seqment, 6 hub və ya repeater və 
5 dənə də populated seqment mövcuddur, amma hələ 5-4-3 qaydasına uyğundur. 
 
 
 
1 nömrələri  hub həm seqment, həmdə repater/hub kimi sayılırlar. Amma populated seqment kimi 
sayılmırlar çünki ona birbaşa bağlı bir PC yoxdur. Seqmentləri bir-birinə bağlayan, amma özünə 


 
63 
bağlı  bir  kompüter  olmayan  seqmentlər  link  seqmenti  kimi  adlandırılırlar.  Bu  şəbəkə  5-4-3 
qaydasına uyğundur, çünki iki kompüter arasındakı yol heç bir vəziyyətdə 5 seqment, 4 repeater və 
3 populated seqment sayını aşmır. Məsələn A və C arasında  dörd seqment (1, 2, 3, 4), üç hub (2, 
1, 4)  və iki dənə də populated seqment var (1, 4). 
 
 
 
9.2.1 Switch ilə 5-4-3 həddinin aşılması 
 
İndi altdakı misalı təhlil edək.  
 
 
 
C  ilə  D  kompüterləri  arasında  6  seqment  olduğunu  görürük.  Ancaq  Switch-in  hər  portu  öz 
toqquşma sahəsini işarələdiyi üçün, bu misalda switch-ə bağlı iki ayrı şəbəkə/toqquşma sahəsindən 
söz gedir. C kompüteri switch-ə qədər yalnızca 3 seqment keçmək məcburiyyətindədir  və bu da 5-
4-3 qaydasına uyğundur. Məlumat paketi switch-ə çatdıqdan sonra digər tərəfə ötürülməsi switch-
in məsuliyyətindədir. Beləcə yuxarıdakı şəbəkə də 5-4-3 qaydasına uyğun işləməkdədir. 
 
 
10.  Şəbəkə düzəltməyə başlayaq 
 
Artıq şəbəkələr haqqında məlumatımız var. Bu məlumatlar şəbəkənin yaranmasından indiyə qədər 
olan  inkişafını  və  istifadə  olunan  texnologiyalarını  əhatə  edir.  Bu  başlıqda  isə  artıq  real  şəbəkə 
qurmağa başlaya bilərik. Yenə də kabel düzəlməsini xatırlayaraq biliklərimizi tətbiq edəcəyik.  
 
 
10.1  UTP kabellə başla 
 
Kabel düzəldərkən, yəni bir kabelin iki ucuna jak taxarkən, kabeli harada istifadə edəcəyinizdən 
asılı olaraq iki tipdən bəhs edilə bilər. Düz kabel, cross(çapraz) kabel.  
  


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə