Dini qruplar və onun növləri plan: Dini qruplar nədir? Onların növləri və xüsusiyyətləri



Yüklə 64,23 Kb.
səhifə1/7
tarix22.12.2023
ölçüsü64,23 Kb.
#154259
  1   2   3   4   5   6   7
Dini qruplar və onun növləri



Dini qruplar və onun növləri


PLAN:
1 . Dini qruplar nədir?
2 . Onların növləri və xüsusiyyətləri
3 . Müasir dini cərəyanlar.


Giriş
Cəmiyyət hər biri özünəməxsus rolları və funksiyaları gerçəkləşdirən alt qruplardan təşkil olunmuşdur. Bu alt qruplara ailələri, qəbilələri, iqtisadi birlikləri və ya siyasi partiyaları, həmkarlar ittifaqlarını, müxtəlif ortaq hədəflər zəminində birləşmiş qeyri-hökümət təşkilatlarını və s. misal göstərmək olar.
Bütün dinlərdə müəyyən inanc əsasları vardır. İnanc əsasları olmayan bir din təsəvvür etmək mümkün deyildir. İstər primitiv qəbilə dinləri, istərsə də beynəlmiləl dinlər (İslam, Xristianlıq, Buddizm və başqa dünya dinləri) olsun, hər birinin müəyyən inanc əsasları üzərində qurulduğunu görürük. Bu inanc əsaslan da birinci növbədə müqəddəs varlığa olan inancdan ibarətdir. Qəbilə dinlərində inanclar sadə və müəyyən miflərdən ibarət ola bilər. Amma beynəlmiləl dinlərdə -İslamda və ya Xristianlıqda olduğu kimi - çox mürəkkəb teoloji sistemlər inkişaf etdirilmişdir. Qısaca deyə bilərik ki, dinlər fövqəl-bəşər qüvvəyə inanmaqla başlayır, ona tabe olmaq və boyun əyməklə kamilliyə çatır.
Dinin inanc və ibadət aspektlərindən başqa bir istiqamətini də, onun ictimai funksiyaları təşkil edir. Çünki dinlər insanları dini qruplar və birliklərdə birləşdirmə potensialına sahibdir. Buna görə də, din sosiologiyasının banilərindən hesab olunan fransız sosioloq Emile Dürkheym dini “müqəddəs şeylərlə əlaqəli inanc və ayinlərdən ibarət olan və ona inananları mənəvi bir birlik və ya dini camaat əhatəsində birləşdirən və həmrəylik yaradan sistem ” kimi müəyyənləşdirmişdir
İslam dininin cəmiyyətin inkişafına şəxsiyyətin formalaşmasına təsir göstərən amilləri aşkarlanmalı, bərabərlik, sosial ədalət, azadlıq, maarifləndirici, əməksevərlik, düzlük təmizlik, sülh, əmin – amanlıq, xeyirxahlıq kimi ictimai funksiyaları izah olunmalıdır.
Müasir dünyada digər dini cərəyanlar və təriqətlərdən olan iudaizm, induizm, sintoizm, konfutçilik və s. şərhinə yer ayrılmalıdır.


Yüklə 64,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə