İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 
58 
8.Gigabit Ethernet 
 
IEEE  1998-ci  ildə  gigabit  etherneti,  yəni  1000Mbit/saniyə  məlumat  ötürə  bilən  etherneti 
yaranmışdı.  Gigabit  ethernet  özünə  uyğun  switch-lərlə  çalışır.  Fərqli  gigabit  ethernet  növləri 
vardır.  
 
8.1 1000BaseT 
 
1000BaseT  Cat5  kabel  üzərindən  8  teli  də  istifadə  edir.  Belə  yüksək  bir  sürətdə  istifadə  olunan 
kabelə  çox  məsuliyyətli  yanaşılır.  CAT5  dəstəklənməsinə  baxmayaraq  CAT5e  və  CAT6  tövsiyə 
edilir.  10BaseT  kimi  kabel  uzunluğu  100m  ola  bilər.  RJ-45  istifadə  edən  1000BaseT  görünüşü 
kimi əvvəlki versiyalarla eynidir. IEEE 802.3ab standartı kimi bilinir.  
Ümumiliklə  switch-lər  arası  backbone  kimi  istifadə  olunan  1000BaseT  ən  yayılmış  vəziyyətdə 
olan gigabit ethernet tipidir. 
 
8.2 1000BaseCX 
 
1000BaseCX  twinaxial(koaksialın  içində  iki  damar  olan)  kabel  deyilən  fərqli  tipdə  bir  kabel 
istifadə edir. 150 ohm olan kabelin maksimum uzunluğu yalnızca 25 metrə ola bilər. IEEE 802.3z 
standartı kimi tanınan bu ethernet tipi, gigabit ethernet bazarında hələki özünə yer tapmamışdır. 
 
8.3 1000BaseSX 
 
1000BaseSX  multimode  fiber  optik  kablo  ilə  500m  çatan  məsafələrdə  gigabit  sürətini  göstərir. 
1000BaseSX  850nm(nanometrə)  dalğa  boyunda  LED-lər  ilə  işığı  fiber  kabel  üzərindən  ötürür. 
802.3z standartı altında təyin olunan bu ethernet 100BaseFX ilə eyni çöl görünüşə sahibdir, yəni 
eyni SC konnektorları istifadə edir. 
 
 
8.4 1000BaseLX 
 
Single Mode laser istifadə edərək fiber optik üzərindən 5Km kimi məsafələrə qədər gigabit sürəti 
ilə  təmin  edir.  Gələcəyin  gigabit  backbone  həlli  kimi  görülməkdədir.  1000BaseSX  ilə  eyni  çöl 
görünüşə sahib bu standart da IEEE 802.3z kimi tanınır. 
 
 
9. Switch(elektrik açarı) 
 
İstər  10BaseT  istərsə  də  100BaseT  istifadə  edin,  şəbəkəyə  daxil  etdiyiniz  hər  kompüter  şəbəkə 
performasını  qismən  aşağı  salacaqdır.  100BaseT  şəbəkəsinin  maksimum  məlumat  ötürmə 
qabiliyyətini  10Mbit-dən  100Mbit-ə  çıxmağına  baxmayaraq  ethernet  məntiqi  quruluşu  eyni  qalır. 
CSMA/CD texnologiyası eyni anda sadəcə bir kompüterin şəbəkəni istifadə etməsinə icazə verir. 
Hub-ları  bir-birinə  bağladığınızda,  hub  əslində  çox  portlu  bir  repeater  olduğu  üçün  şəbəkədəki 
bütün kompüterlər eyni toqquşma sahəsi(collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin 
işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. 


 
59 
 
 
 
Yuxarıda bir-birinə bağlı dörd hub görürsünüz. Ən üstdəki hub ayrıca BNC portu ilə bir 10Base2 
seqmentinə bağlıdır. Gördüyünüz kimi 10Base2 seqmentində bir kompüter hub-lardan birinə bağlı 
bir  kompüterə  məlumat  yolladığı  anda  bu  məlumat  paketi  istisnasız  bütün  kompüterlərə  gedir. 
Yəni bütün şəbəkə məşğul vəziyyətdədir. 
Ethernetin quruluş etibarı ilə bəzən iki kompüter eyni anda kabeli istifadə etməyə çalışa bilər və 
toqquşma (collision) adlandırdığımız vəziyyət ortaya çıxar. 
 
 
 
Burada göy rəng və mavi rəng eyni vaxtda hub-a məlumat göndərmə istədiyini göstərir. Bu zaman 
toqquşma  baş  verir.  Bu  problemə  çarəni  10Base2  və  10Base5  şəbəkələrində  bridge  adlanan 
cihazların  istifadə  olunduğunu  görmüşdük.  UTP  kabel  istifadə  edən  10BaseT  və  100BaseT 
şəbəkələrində isə switch adı verilən cihazlar istifadə olunur. Bu cihazlar lori desək bir çox portu 
olan  və  hər  portuna  bir  kompüter/hub  bağlanan  bridge-lər  kimi  izah  oluna  bilər.  Amma  Switch 
adlandırdığımız cihazlar görünüş formasına görə hub-lardan çox da fərqlənmirlər.  
 
 
 
Switch  OSI  2-ci  layında,  yəni  Data  Link  Layer  (Məlumat  bağlantı  layı)-da  çalışır.  Portuna  bağlı 
kompüter  və  ya  kompüterlərin  MAC  adreslərini  tanıyır.  Bir  portundan  gələn  məlumat  paketini 


 
60 
hub-lar  kimi  bütün  portlara  yaymaq  yerinə  sadəcə  məlumat  paketi  üzərində  yazan  "alıcı  MAC 
adresinə"  sahib  portuna  yollayır.  Beləcə  digər  portlara  bağlı  kompüterlər  özlərinə  göndərilməmiş 
bu paketi almamış olurlar. Nəticədə collison/toqquşma baş vermir. Switch-lər eyni anda birdən çox 
portu arasında belə sərbəst məlumat ötürməsi edə bilir. Switch-ə bağlı hər kompüter öz toqquşama 
sahəsi  içində  çalışır  və  özü  ilə  switch  arasında  10  və  ya  100Mbit  sərbəst  bir  məlumat  ötürmə 
qabiliyyətinə sahib olur. 
 
  
 
 
  
 
 
Yuxarıda  şəkildə  göstərildiyi  kimi  bütün  portlar  digər  portlarla  birbaşa  məlumat  mübadiləsi  edə 
bilir və öz aralarında CSMA\CD texnologiyasından istifadə edirlər. 
 
 
 
9.1 Half-duplex və Full-Duplex işləmə 
 
Half-duplex  məlumatı  göndərərkən  birinci  göndərir  və  sonra  məlumat  gəlir.  Eyni  anda  məlumat 
gedib  gələ  bilmir.  Full-duplex-də  isə  eyni  anda  məlumat  gedişi  və  gəlişi  olur.  Yəni  half  tək 
yönlüdür full cüt yönlü. Həm 10BaseT, həm də 100BaseT şəbəkələrində məlumat ötürülməsi ayrı 
tel  cütündən,  qəbul  edilməsi  ayrı  tel  cütündən  həyata  keçirilir.  Buna  baxmayaraq  əgər  sistemlər 
hub  ilə  bağlıdırsa  eyni  anda  məlumat  ötürə  və  qəbul  edə  bilməzlər,  yəni  half-duplex  işləyirlər. 
Çünki CSMA/CD texnikası səbəbi ilə eyni toqquşma sahəsi içindəki müəyyən bir anda yalnız tək 
bir  kompüter  kabeli  istifadə  edə  bilər.  Ancaq  switch  istifadə  olunduğunda  hər  kompüter  özü  ilə 
switch  arasında  ayrı  bir  toqquşma  sahəsinə  sahib  olduğuna  görə  toqquşma  sahəsi  problem 
olmayacaqdır.  Bu  halda  switch-ə  bağlı  hər  kompüter  eyni  anda  həm  göndərə,  həm  də  qəbul  edə 
bilər.  Full-duplex  işlədiyində  şəbəkənin  nəzəri  olaraq  məlumat  ötürmə  miqdarı  iki  dəfə  artır 
(10Mbit-->20Mbit, 100Mbit-->200Mbit).
 
 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə