İÇİNDƏKİLƏR


Repeater-lər kabel zədələrinin təsirini azalda bilir



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə17/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 
47 
 
3. Repeater-lər kabel zədələrinin təsirini azalda bilir. 
 
Repeater-in  birləşdirdiyi  seqmentlərdən  birində  kabel 
zədəsi  ortaya  çıxsa,  sadəcə  o  seqment  çökür.  Digər 
seqment  ən  azından  öz  seqmenti  daxilində  çalışmağa 
davam  edəcəkdir.  Solda  A,B  və  C-nin  tamamı  ilə  əl 
çatmaz olduğuna diqqət edin. 
 
4. Repeater-lər fərqli kabel tipləri istifadə olunan şəbəkələri birləşdirə bilər.
 
 
Yuxarıdakı  repeater  şəkillərinə  baxsanız  iki  bağlantı 
nöqtəsində  də  iki  fərqli  kabel  girişi  olduğunu 
görəcəksiniz.  Bu  girişlər  10Base5  və  10Base2 
şəbəkələri repeater ilə birləşdirilə bilər deməkdir. 
  
 
Gördüyünüz kimi Repeater-lər olduqca istifadəyə yararlı cihazlar imiş. 10Base5 və 10Base2 fərqli 
kabellər  və  ləvazimatlar  istifadə  etsə  də  ethernet  paket  quruluşları  eyni  olduğu  üçün  asanca  bir-
birinə bağlana bilirdilər. Eyni hal günümüzdə də mövcuddur. Hub-ların çoxunda bir dənə 10Base2 
girişi vardır. Beləcə 10BaseT və 10Base2 şəbəkələri birləşdirilə bilərlər. Ethernetin zaman içində 
kabel  tipləri(RG-8>RG-58>UTP)  hətta  fiziki  topolojisi(Bus>Star)  dəyişsə  də,  məntiqi 
topoloji(Bus) və ethernet paket quruluşu, yəni kabel üzərindən gedən siqnal eyni qaldığı üçün hər 
zaman əvvəlki ethernet şəbəkə texnologiyalarını  dəstəkləyəcəkdir. 
 
5.  Repeater-lər  bir  seqmentdəki  trafiki  eynən  digər  seqmentə  çatdırır,  yəni  trafiki  idarə 
etmir. 
Repeater-lər  ağıllı  cihazlar  deyildir.  Bir  portdan  gələn  siqnalı  məlumat  paketinin  içərisini  və  ya 
kimə  getdiyinə  baxmadan  digər  porta,  yəni  digər  seqmentə  ötürür.  Bu  məqam  ethernet  ilə  bağlı 
bilinməsi lazım olan ən önəmli mövzunu, yəni collision domain(toqquşma sahəsi) anlayışını ortaya 
çıxardır. Biz  collision domain toqquşma sahəsi  nə demək olduğu haqqında məlumatımız olsa da 
onun repeater ilə bağlı məqamlarını öyrənməliyik. 
Öncə ethernetin məlumat göndərmə üçün istifadə etdiyi CSMA/CD texnologiyasını xatırlayaq. Bir 
ethernet şəbəkəsində hər node məlumat göndərilməsinə başlamadan öncə kabel boşmu, yəni o anda 
başqa birisi məlumat axtarışı edirmi, yoxsa kontrol edir. Əgər kabel üzərində başqa bir kompüterin 
siqnalı  varsa  gözləyir.  Kabelin  boş  olduğu  anda  paketi  kabelə  qoyur.  Bu  məlumat  paketi  bütün 
kompüterlərə  gedir.  Şəbəkə  üzərindəki  hər  kompüter  bu  məlumat  paketini  oxuyur.  Məlumat 
paketində  qəbul  edənin  adresi  göstərilmişdir.  Bu  vəziyyətdə  eyni  anda  sadəcə  bir  kompüterin 
məlumat  göndərə  bildiyini  görürük.  Digər  kompüterlər  gözləmə  vəziyyətində  qalırlar.  Şəbəkə 
üzərindəki  kompüter  sayı  artdıqca,  kompüter  başına  düşən  məlumat  ötürmə  imkanı  da  düşür. 


 
48 
Çünki  kompüter  sayı  artdıqca,  daha  çox  kompüterin  kabelə  çatma  ehtimalı  və  məşğul  etmə 
ehtimalı  vardır.  Bir  kompüter  məlumat  paketi  yolladığında  bütün  kompüterlərə  gedir,  bütün  bu 
kompüterlər collison domain toqquşma sahəsi mənasını verirlər. 
 
 
Yuxarıda solda iki seqment görürük. Seqment 1 ayrı bir toqquşma sahəsi, Seqment 2 ayrı. Əslində 
bunlar arasında heç bir bağlantı yoxdur.  İki fərqli şəbəkədir və biri digərinə çata bilmir. Seqment 1 
içində A C-yə bir məlumat yollamaq istədiyində, məlumat paketini kabelə buraxır, məlumat paketi 
B və C-yə çatır, B paketin özünə gəlmədiyini anlayır və silir. C isə paket ilə məşğul olur. Ancaq bu 
proses  sırasında  B-də,  C-də  məşğul  vəziyyətdə  olur,  bütün  şəbəkə  məşğul  vəziyyətdədir.  Yəni  3 
kompüterdən  ibarət  olan  bir  toqquşma  sahəsi  mövcuddur.  Sağ  tərəfə  baxsaq,  bu  seqmentləri 
repeater ilə bağlanılıb. A yenə C-yə bir məlumat yollamaq istəsə, məlumat paketinə C-nin adresini 
yazıb, kabelə buraxır, bu paket B və C-yə gedir. Eyni zamanda paket repeater-ə də gedir. Repeater 
bu siqnala baxmadan o biri seqmentə ötürür. Belə halda məlumat paketi D, E və F-yə də gedir və 
bu  3  kompüteri  də  məşğul  edir.  Yəni  A,B,C,D,E  və  F-dən  ibarət  olan  bir  collison  domain 
toqquşma sahəsi yaranır.  
 
 
Ethernet  şəbəkələrində  toqquşma  sahəsindəki  kompüter 
sayı  artdıqca  performans  düşür.  Bütün  maşınlar  məlumat 
göndərməyə  çalışdığı  anda  şəbəkənin  sahib  olduğu  cəmi 
məlumat ötürmə ölçüsü (10Mbit/100Mbit, hər nə qədər isə) 
kompüter sayına bölünmüş olur. 
 
Collision  domain/toqquşma  sahəsi  bir  node-un  yaratdığı  bütün  trafikə  yaydığı  seqmentlər  qrupu 
kimi izah oluna bilər.  
Repeater-lərə  axmaq  cihazlar  deyərək  haqsızlıq  etməyək,  nə  etsinlər  onlar  sadəcə  OSI-nin  1-ci 
layında, yəni fiziki layda çalışmaq üçün istehsal olunmuş cihazlardır. Gələn siqnalı sadəcə 1 və 0 
kimi anlayırlar, amma məlumat paketi olduğunu və məlumat paketinin üzərində alıcı MAC adresi 
olduğunu  dolayı  yolla  paketin  o  seqmentə  keçib-keçməməli  olduğunu  anlaya  bilmirlər.  Yəni 
birinci  seqment  daxilində  məlumat  göndərilməsinin  ikinci  seqmentə  aidiyyatı  olmadığını  anlamır 
və buna görə də repeater ikinci seqmentdə də toqquşma sahəsinin yaranmasına səbəb olur.  
 
 


 
49 
Repeater-lərin istifadə yerlərini sadalasaq: 
 
Şəbəkənin maksimum məsafəsini artırır 
 
Şəbəkədəki maksimum kompüter sayını artırır 
 
Kabel zədələnməsinə qarşı qismən qoruyur 
 
Fərqli kabel tipləri istifadə edən şəbəkələri bağlaya bilir 
Repeater-lər  ilə  bağlı  son  olaraq  iki  şey  bildirmək  lazımdır.  Eyni  şəbəkədə  dörddən  çox  repeater 
istifadə  oluna  bilməz.  Bu  gün  UTP  kabelləmə  ilə  yayılmış  istifadə  etdiyimiz  hub-lar  əslində  hər 
kompüter üçün ayrı portu olan və koaksial yerinə UTP kabel üçün istehsal olunmuş repeater-lərdir. 
Yəni yuxarıda sayılan bütün xüsusiyyətlər hub-larda da vardır. 
 
 
6.7.2 Bridge(Körpü) 
 
Bridge-lər iki və ya daha çox şəbəkə arasındakı trafiki, məlumat paketlərindəki MAC adresinə 
baxaraq ötürür və ya dayandırır.  
 
Ethernet bridge ilk taxıldıqında eynən repeater kimi çalışır. A kompüteri C-yə məlumat yolladıqda, 
paket B və C-yə eyni zamanda bridge-ə çatır. Repeater məntiqi ilə bu paketin D,E və F-yə çatması 
lazımdı. Bridge hələ ki A-nı, B-ni tanımır və gələn paketi baxmadan keçirir. Ancaq paketi oxuyur 
və  şəbəkədəki  kompüterlərin  MAC  adreslərini  və  daxil olduqları toqquşma  sahəsini qeyd etməyə 
başlayır.  A-nın  "Toqquşma  sahəsi  1"  daxilindəki  kompüter  olduğunu  anlamışdır.  A  C-yə  paket 
göndərəndə, bu paket  A və C-yə, eyni zamanda Bridge-ə çatır. Brige-də baxır ki, bu paket C-yə 
göndərilmiş  bir  paketdir,  A-da    C-də  "Toqquşma  sahəsi  1"-də  yerləşir,  paketin  özü  də  birinci 
sahədə yaranıbdır, ona görə də paketi "Toqquşma sahəsi 2"-yə  keçirtmir.  
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə