İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 
52 
6.8.1  10BaseT
 
10BaseT  star-bus  topoloji  istifadə  edən  ethernet  kabelləmə  sistemidir.  İstifadə  edilən  kabeli 
çıxmaq şərti ilə ethernet paket quruluşu və çalışma məntiqi 10Base2 və 10Base5 ilə eynidir.  
10  maksimum  sürəti  10  Mbit  olduğunu  göstərir,  Base  baseband  olduğunu  bildirir.    Ancaq  IEEE 
burada da kiçik bir dəyişiklik etmişdir. T hərfi təxmin etdiyiniz kimi maksimum kabel uzunluğunu 
deyil, istifadə olunan kabel tipini bildirir: Twisted Pair. Hub ilə bir PC arasında və ya hub ilə hub 
arasındakı kabel uzunluğunu 100m-i qədərdir. 
 
 
6.8.2  HUB 
 
10BaseT-nin  star-bus  topolojidə  çalışdığını  söyləmişdik.  Fiziki  star  istifadə  etdiyinə  görə  bütün 
kompüterlərdən  ortadakı  bir  qutuya  ayrı-ayrı  kabellər  getməsi  lazımdır.  Bu  qutuya  "toplanma 
mərkəzi"  mənasını  verən  HUB  deyilir.  Hub-lar  öz  içlərində  ethernetin  çalışma  məntiqini,  yəni 
məntiqi  bus  quruluşunu  özündə  birləşdirir.  Hub-ın  etdiyi  sadəcə,  bir  portundan  gələn  siqnalın 
surətlərini  yaradıb, digər bütün portlara  yollamaqdır. Bu  yönü ilə hub üçün bir çox portu olan və 
hər  portuna  bir  kompüter  bağlana  bilən  bir  repeater  (təkrarlayan)  deyə  bilərik.  Hub-lar  eyni 
repeater kimi OSI Modelinin 1-ci layında, yəni fiziki layda çalışırlar. 
Hub-lar 4, 8, 12, 16, 24, 32 və ya daha çox porta sahib ola bilərlər. Əslində bir hub nəzəri olaraq 
1024-ə  qədər  porta  sahib  ola  bilir.  Amma  belə  hub-lar  yerinə  çox  daha  az  porta  sahib  hub-lar 
istehsal  olunur.  Siz  öncə  ehtiyacınız  olan  qədər  porta  sahib  hub  alırsınız,  daha  sonra  ehtiyac 
artdıqca  başqa  hub-lar  alıb  bir-birinə  bağlaya  bilərsiniz.  Ancaq  hub-ları  bağlayarkən  5-4-3 
qaydasına diqqət etməlisiniz. Əlavə olaraq bir-birinə bağlı hub-lar (repeater-dən  yada salın) eyni 
toqquşma  sahəsinə  sahib  olurlar.  Siz  hub-ları  bir-birinə  bağladıqca  əslində  toqquşma  sahəsini 
böyütməkdə davam edirsiniz və şəbəkənin kompüter sayına görə məlumat ötürmə qabiliyyətinin də 
düşməsinə səbəb olursunuz. 10BaseT hublar və ya əsasən deyildiyi kimi 10Mbit hublar çox vaxt 
bir  də  BNC  konnektoruna  sahibdir.  Beləcə  10Base2  şəbəkənizi  10BaseT  şəbəkəsinə  bağlaya 
bilərsiniz. Bu portu iki hub-ı bir-birinə bağlamaq üçün də istifadə etməniz də mümkündür. 
 
 
 
 
Yuxarıdakı şəkildə hub-ın arxadan görünüşü göstərilir. Ən solda adapter girişini görürsünüz. Sonra 
4 UTP girişi var, buna 4 girişli (portlu) hub deyilir, o birisində 8 girişli olduğunu görürsünüz. Bir 
dənə  giriş  digər  hub-lara  UTP  kabel  ilə  bağlanmaq  üçün  istifadə  olunan  uplink  portu  var.  Ən 
sağda  isə  10Base2  şəbəkəsinə  bağlamaq  üçün  və  ya  digər  bir  hub-la  bağlantı  üçün  istifadə 
olunmaq üçün yerləşdirilən BNC konnektorudur. Altda bir hub-ın öndən görünüşü var. 
 


 
53 
 
 
Gördüyünüz  kimi  sağ  tərəfdə  taxılan  UTP  kabellər    hub-a  taxılan  kimi  sol  tərəfdəki  işıqlar    öz 
sıralarına taxılan kabellərdən xəbər verirlər. Onlar kabelin işlədiyini göstərirlər və bu o deməkdir 
ki,  artıq  əlaqə  yaranmışdır.  Ancaq  kabelin  digər  ucundakı  PC  işlək  vəziyyətdə  olmalıdır.  Yəni 
qarşıdakı  PC-nin  açıq  olduğunu  və  kompüterin  kabellə  siqnal  göndərməsinin  canlandırılmasını 
görürük.  Bu işığın  yanması  kabelin tamamən sağlam olduğuna zəmanət vermir, buna hər zaman 
diqqət  edin.  Bu  işıq  bu  portda  məlumat  ötürmə  olduğunda  yanıb-sönür.  Alt  sıradakı  işıqlar 
Collision,  yəni  bu  portda  toqquşma  olduğunu  göstərir.  Bildiyiniz  kimi  toqquşma  ethernet 
şəbəkələrində  normal  bir  vəziyyətdədir.  Amma  çox  tez-tez  baş  verirsə  şəbəkəyə  çox  yük 
düşdüyünü və ya başqa bir problem olmasını göstərir. 
 
 
 
İşıqlar  hub  modelinə  görə  dəyişsə  də,  kabelin  taxılı  və  PC-nin  açıq  olduğunu,  portun  istifadə 
olunduğunu və toqquşma göstərən işıqlar hər hub-da vardır. Toqquşma/collison  işığının  yanması 
normaldır, amma çox müddət yanırsa, eyni anda bütün portlar istifadə olunur deməkdir. Şəbəkənin 
performansı  çox  düşmüş  vəziyyətdədir,  amma  hələ  yaşayır.  Əgər  bağlı  kompüterlər  şəbəkəni 
istifadə  etdiyində  hələ  də  toqquşma  işığı  anlaşılmaz  bir  şəkildə  yanırsa,  kabellərdə  və  ya  şəbəkə 
kartlarından  birində  bir  problem  ola  bilər  və  mənasız  bir  trafik  yaradaraq  şəbəkəni  boğur  da  ola 
bilər.  10BaseT  şəbəkələrində  istifadə  edə  biləcəyimiz  digər  bir  cihaz  switch-dir,  onu  da 
öyrənəcəyik. 
 
6.8.3  10BASET və UTP 
UTP  kabel  10BaseT-nin  istifadə  etdiyi  kabel  tipidir.  UTP  kabellər  öz  içində  ötürə  biləcəkləri 
məlumat  həcminə  görə  kateqoriyalara  ayrılmışdır.  10BaseT  10Mbit  sürətində  çalışır,  CAT3  və 
ondan  yuxarı  kabellər  istifadə  oluna  bilər.  Kabellər  ilə  bağlı  bölmədə  bu  kabel  haqqında  ətraflı 
məlumat ala bilərsiniz. 
 


 
54 
 
 
10BaseT  iki  tel  cütünü  istifadə  edir.  Yəni  4  tel  istifadə  edir.  Ancaq  ilk  zamanlardan  bəri  kabel 
çəkmədə kabelin içindəki 4 tel cütü də, yəni 8 tel konnektora taxılırdı. Buradakı məqsəd gələcəkdə 
çıxa  biləcək  və  daha  çox  tel  bağlantısı  istəyən  ethernet  tiplərinə  hazır  olmaq,  təkrar  kabelləmə 
ehtiyacın olmamağı üçün belə düşünülmüşdü. Koaksial kabelə görə elektromaqnitik mühit təsirinə 
daha az qarşı qoya bilən olmasına baxmayaraq, UTP ulduz topoloji üçün lazımı qədər zəmanətli və 
ucuz  bir  yol  idi.  UTP  kabelləmədə  RJ-45/(Registered  Jak)  kodlu  konnektor/jak  istifadə  olunur. 
Altdakı şəkildə sağda RJ-45-i, solda isə telefonlarda gördüyümüz və daha kiçik ölçüdə olan 4 pinli 
RJ-11 kodlu jakı görürsünüz. 
 
 
 
 
6.8.4 10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi 
 
RJ-45 jak içində kabel tellərinə təmas edəcək pinlər vardır. Bu pinlər vasitəsi ilə şəbəkə kartı hər 
teldən fərqli bir siqnal yollayır.  
 
 
RJ-45 jak üzərindəki  pinlər, jakın pinləri sizə  baxacaq şəkildə  tutulduğunda soldan 
sağa 1-dən 8-ə qədər sırası qəbul edilir. 
  
 
10BaseT bu pinlərdən 1 və 2-ni məlumat göndərilməsində(TX), 3 və 6-nı isə məlumat alınmasında 
(RX) istifadə edir. 
 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə