İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə16/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 
43 
 
 
 
10Base2  daha  rahat  qurulduğuna  görə  və  ucuz  başa  gəldiyinə  görə  10Base5-in    yerini  tez  bir 
zamanda aldı.  Bağlantılar Thinnet-də təməl olaraq üç bağlantı  elementi vardır.  Birincisi,  kabelin 
ucuna  taxılan  BNC  uc,  iki  yöndən  gələn  kabelləri  birləşdirən  T  konnektor(birləşdirici)  və  kabel 
sonlarına taxılan sonluqlar (terminator) vardı.  Kabel ən başa bir sonluq taxılaraq başlar, harada bir 
kompüter  bağlantısı  lazım  olursa,  kabel  kəsilir,  kabelin  iki  ucuna  BNC  uc  taxılır,  bu  uclar  da  T 
konnektorla  birləşdirilir.  T  konnektor  şəbəkə  kartına  taxılır.  Beləcə  kabel  bütün  sistemləri 
dolaşdıqdan sonra ən sona təkrar bir sonluğa taxılır. Altda  buna bir misal var. Terminatorlardan 
birinin sonluğu torpağa basdırılmış olmalıdır.  
 
 
   
 
 
Sonluq sağ tərəfdəki şəkil kimi də taxıla bilər, amma əsasən T konnektor istifadə olunur. 
    
    
 


 
44 
Thinnet-dən  istifadə  bütün  bu  konnektorlar  BNC  konnektor  kimi  tanınır.  BNC-nin  Bayonet  Nut 
Connector,  Bayonet  Navy  Connector,  Bayonet  Neil  Cofflin(konnektoru  yaradıcısı  kimi  bilinən 
adam), British Navy Connector və ya Bayonet Nut Coupling –dən gəldiyinə dair rəvayətlər var, siz 
qısaca BNC(bi en si) deyə bilərsiniz. 
Kabelə BNC ucu taxmaq üçün xüsusi bir sıxma alətinə ehtiyacınız ola bilər. Konnektorun içindəki 
iynənin içi deşikdir. Koaksialın içindəki sim bu deşiyə soxulur və iynə sıxma aləti ilə sıxılır. Daha 
sonra da koaksialın metal qoruma qatına tam təmas edəcək şəkildə konnektorun çöl tərəfi sıxılır. 
Heç  bir  şəkildə  koaksialın  ortasından  keçən  sim  çöldəki  metal  örtüyə  təmas  etməməlidir.  Əks 
halda qısa qapanma olur və şəbəkə çalışmır.  
 
 
 
 
 Düzgün bağlantı 
Sıxma aləti 
 İçdəki uc konnektorun çölünə 
dəyməməlidir 
 
Addım-addım necə  düzəldiyinə baxaq: 
 
 
 
 
Sıxacağımız çöl həlqə, ilk 
başda koaksiala keçirilməlidir 
 
Kabelin ucunu açırıq. 
 
Halqa keçirildi. 
 
 
 
 
Və ortadakı uca iynə taxıldı. 
İynəni sıxırıq. 
 
İynəni konnetorun içinə 
salırıq.  Çöldəki incə tel 
parçaları (koaksın metal 
örtüyü) konnetorun iynəni 
saldığımız borusunun çölündə 
qalacaq. 
Sonra arxadakı halqanı sonuna 
qədər konnektora doğru 
itələyib sıxırıq. 


 
45 
Beləcə metal örtük konnetorun tamamına bağlandı, ortadakı sim isə yalnızca  konnektorun içindəki 
iynəyə  bağlıdır.  Altda  belə  bir  misal  görə  bilərsiniz,  bağlantının  üstü  geniş  plastik  qapaqlar  ilə 
örtülür. 
 
 
 10Base2-nin qısa məlumatı: 
 
 
10Mbs sürətində 
 
Baseband 
 
Seqment, yəni kompüterləri dolaşan kabel ən çox 185m ola bilər 
 
Eyni seqmentə 30-dan çox kompüter bağlana bilməz 
 
Hər bir maşın arasında ən az 0.5m məsafə buraxılmalıdır 
 
10Base5-dən çox ucuz 
 
Thinnet, Thin ethernet və ya Cheapernet kimi də bilinir 
 
Koaksial  kabelli  ethernet  üçün  istifadə  olunan  iki  cihazdan  bəhs  etmək  istəyirəm:  Repeater  və 
Bridge.  Günümüzün  UTP  kabel  istifadə  edən  modern  şəbəkələrində  bu  cihazlar  yerlərini  hub  və 
switch-lərə  vermişdir.  Günümüzdə  ki,  şəbəkələrin  çalışma  prinsiplərini  daha  yaxşı  anlamaq  üçün 
bu iki cihazı tanımaq lazımdır. 
 
 
6.7
 
İlk koaksial Ethernet texnologiyalarında istifadə olunan cihazlar. 
 
İndi  koaksial kabelli ethernet zamanında istifadə olunan iki cihazdan bəhs edəcəyik: Repeater və 
Bridge.  UTP  kabel  istifadə  edən  modern  şəbəkələrdə  bu  cihazların  yerlərini  hub  və  switch-lərə 
tutublar.  Hazırda  şəbəkələrin  çalışma  prinsiplərini  daha  yaxşı  anlamaq  üçün  bu  iki  cihazı 
tanımağımız vacibdir. 
 
6.7.1 Repeater(Təkrarlayan) 
 
10Base5  və  10Base2  standartlarının  kabel  uzunluğu  və  kompüter  sayı  ilə  bağlı  olan  hədd  bəzən 
yetərli olmur, ona görə bu cür texnologiyalardan repeater-dən istifadə etmək lazım gəlir. Əgər daha 
uzun məsafələrdən daha çox kompüterlə işləmək istənilərsə və  ya şəbəkəni kabel zədəli olsa belə 
daha  dayanıqlı  hala  gətirmək  istəyirsinizsə,  ya  da  fərqli  kabel  sistemləri  (məsələn:  10Base5  ilə 
10Base2)  birləşdirilmək  istəsəniz  repeater  istifadə  etməlisiniz.  Repater  və  ya  təkrarlayan  bir 
ethernet seqmentindən aldığı bütün paketləri təkrarlayır və digər seqmentə yollayır. Repeater gələn 
elektrik siqnallarını alır və binary koda, yəni 1 və 0-lara çevirir. Sonra da digər seqmentə yollayır. 
Bu yönü ilə repater-in bəsit bir amplifikator, yəni yüksəldici olmadığını anlayırıq. Çünki ampilər 
gələn  siqnalın  nə  olduğuna  baxmadan  sadəcə  gücünü  yüksəldir.  Yolda  zədələnmiş  bir  siqnal 
ampiden  keçəndə  zədəsi  daha  da  artır.  Bu  kompüter  şəbəkələrində  istifadə  olunan  ampi  kimi  bir 
cihaz  yoxdur,  sadəcə  repeaterin  nə  edib-etmədiyini  aydınlaşdırmaq  istədim.  Repeater  isə  gələn 


 
46 
siqnalı  öncə  1  və  0-a  çevirdiyi  üçün  yol  boyunca  zəifləmiş  siqnalı  təkrar  təmiz  1  və  0  halına 
çevrilmiş formada digər seqmentə ötürür. Aşağıda bəzi repeater-ləri görürsünüz. 
 
 
 
 
 
 
 
Yuxarıdakı aparatlar Repeater-lərin 4 əsas faydası vardır:
 
 
1. Şəbəkə kabelinin çata biləcəyi maksimum məsafəni uzadırlar. 
 
Bir  10Base2  seqmenti  ən  çox  185m  ola  bilər.  Ancaq 
araya  bir  repeater  qoysanız  bu  məsafəni  iki  dəfə 
artırmış olarsınız. 
  
 
2. Şəbəkədəki maksimum node sayını artırır. 
 
Bir  10Base2  seqmentinə  maksimum  30  kompüter 
bağlana  bilər.  Araya  repeater  qoysanız  iki  seqmenti 
birləşdirmiş olarsınız. Nəticədə şəbəkədən 60 kompüter 
istifadə edə bilər. 
  
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə