İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 
38 
Gigabit(Qiqabit)  Ethernet 
Tipləri 
Əhatə dairəsi. 
Məsafə 
İstifadə etdiyi kabel 
1000Base-SX 
300 m və yuxarı 
Multimode Fiber ----(MM) 
1000Base-LX 
550 m və yuxarı 
Multimode Fiber----(MM) 
1000Base-LX 
3000 m = 3 km və yuxarı 
Single mode Fiber----(SM) 
 
6.6 İlk koaksial kabelli Ethternet 
 
İlk koaksial kabelli Ethernet şəbəkəsi indiki Ethernetdən həm görünüşünə görə, həm də  bacarığına 
görə fərqlənirdi. Şəbəkələr əsasən bus tipologiyasına görə qurulurdu.  Aşağıdakı şəkillərə baxın, 
onlar  həm  10Base2,  10Base5  və  tipologiyaları  izah  edən  zaman  yardımçı  olacaqdır.  Bunlar  ilk 
şəbəkə qurğularıdır. 
 
BNC  kabel ucu 
T Connector(birləşdirici) 
Terminator (sonluq) 
 
 
Yanda koaksial kabel ucu BNC-i T connector-
un    bir  ucuna  taxılıbdır.  T  connector  digər 
ucunda  Terminator  taxılıdır.  T  connector  orta 
ucu da şəbəkə kartına taxılıdır. Şəbəkə kartına 
taxılı olan uc açıqda olsa da bu problem təşkil 
etmir.  
 
Koaksial  kabelləşmədə  koaksial  kabelin  bir  ucu  torpaq  xəttinə  bağlanmalıdır.  Bunu  edə  bilmək 
üçün yaradılmış , torpağa, yəni kompüterin metal bir nöqtəsinə taxa biləcəyimiz zəncir qoşulmuş 
sonluq olur. 
 
 


 
39 
 
Kabelin bir ucuna yuxarıdakı kimi normal sonluq hansı ki 
torpağa basdırılır, digər forması isə aşağıdakı kimi zəncirli,  
kompüterin metal bir nöqtəsinə bağlı olacaq şəkildə 
taxılmalıdır. 
  
 
 
Yanda kompüterə bağlanmış zəncir formasıdır. 
 
Diqqət sadəcə bir ucdakı sonluq torpaqda olmalıdır, ikisi 
birdən olmaz !!! 
 
10Base5'>6.6.1 10Base5 
Ethernetin  ilk  ortaya  çıxdığı  günlərdə  istifadə  olunan  bu  standart  RG-58  kodlu  qalın  və 
müqavimətli  bir  koaksial  kabel  istifadə  olunurdu.  Standartda  yer  almamağına    baxmayaraq  bu 
kabel daim sarı rəngdə idi. Texniklər arasında Thicknet kimi tanınan koaksial  güclü və qalın bir 
metal qoruyucuya sahib olması səbəbi ilə elektromaqnitik kirliliyin çox olduğu məkanlarda istifadə 
edilmə  üçün  uyğun  idi.  IEEE  ethernet  standartını  ələ  alanda  istifadə  olunan  texnologiyaya  daha 
uyğun  bir  ad  tapdı:  10Base5.  Sonrakı  ethernet  standartlarında  da  yer  alan  bu  adlandırmanı 
incələrsək: 
 
10 şəbəkənin sürətini bildirir, yəni 10 Mega Bit/Saniye və ya 10Mbit/Sec.  
 
Base şəbəkə Baseband(təməl lent) kimi istifadə olunmaqdadır.  
 
Kabelin maksimum uzunluğunu bildirir(500 metr). 
6.6.2 Baseband və Broadband 
Əgər kabeldən tək siqnal ötürülürsə bu Baseband adlanır. Ancaq eyni kabeldən, eyni  anda fərqli 
tezliklər  istifadə  olunur  və    birdən  çox    siqnal  ötürmək  mümkündürsə  ona    Broadband  deyilir. 
Evimizdə olan kabel televiziya buna bir misaldır. Bir kabeldən eyni anda bir neçə kanalın siqnalı 
gəlir. Broadband Frequency Division Multiplexing adı verilən bir texnika ilə  eyni kabel üzərində 
sərbəst  şəkildə  kanallar  yaratmaq  olar.  Hər  bir  kanal  əslində  fərqli  tezlikdəki    bir  siqnalı  daşıyır. 
Kabel  TV  misalından  davam  etsək  televizorumuz  digər  kanalları  təmizləyir  və  bizim  istədiyimiz 
kanalı bizə göstərir. Baseband isə  daha sadə bir quruluşda işləyir. Kabel üzərindən eyni anda tək 
bir siqnal göndərir və alıcı cihaz üçün kabeldə sadəcə üç hal ola bilər, 1,0 və ya kabelin boş olması. 
Baseband-in sadə quruluşunun olması, cihazlarının da sadə və ucuz olmasına təsir edir.  
 


 
40 
 
 
10Base5 seqmenti(bütöv bir kabel, bütöv bir parça, kabel parçası) 500 metrdən uzun ola bilməz. 
Seqment tək parka bütöv kabel deməkdir. 10Base5-də eyni kabel bütün terminalları gəzdiyi üçün 
seqment bu kabeldədir.  Amma hub-lı sistemdə  terminaldan hub-a və  ya  hub-lar arası  kabellər  də 
seqment  adlandırıla bilər. 
 
 
Yuxarıda da gördüyünüz kimi 10Base5-də terminallar birbaşa seqmentə bağlanmır. Ana koaksiala 
Traciever  adı  verilən  bir  cihaz  taxılır  və  bu  cihazdan  çıxan  ikinci  bir  kabel  kompüterin  şəbəkə 
kartına girirdi. Transceiver koaks kabelə 2.5 metrə aralıqlarla taxıla bilərdi. Bu səbəblə Thicknet 
kabeli  sarı olması  ilə eyni  zamanda,  onun üzərinə  2.5 metrdən    bir qara işarə  qoyulurdu.  Beləcə 
texniklər bu nöqtədən sonra trasceiver-i taxa bilirdilər. 
 
 
 
Aşağıdakı şəkildə 2.5m məsafənin necə qorunduğuna fikir verin. 2.5 metrdən bir node olmalıdır. 
 
 
 


 
41 
 
Transciever-in istifadəsi:  
   
 
 
Transciever  ilə  kompüter  arasındakı  kabel  50m-yə  qədər  çıxa  bilirdi.  Buna  bəzən  drop(damcı, 
aşağı  enmə)  kabel  də  deyilirdi.  Çünki    koaksial  kabel  ilə  Thicknet  çəkiləndə  o  əsasən  tavan  ilə 
aparılırdı,  Transciever birləşdiriləndən sonra şəbəkə kartına taxılması üçün ondan çıxan koaksial 
kabeli aşağı endirirdilər və bu enən kabelə drop(enən) kabel deyirdilər. 
 
 
 
 
Şəbəkə kartında drop kabelin girdiyi porta(girişə) AUI adı verilmişdi.  
 
 


 
42 
Yuxarıda  iki  fərqli  ethernet  standartı,  10Base5  və  10Base2  ilə    çalışa  biləcək  şəkildə  istehsal 
olunmuş  bir  şəbəkə  kartı  görürsünüz.  Keçiş  dövründə  uyğunsuzluğu  aradan  qaldırmaq  üçün 
COMBO(combine-sözündən “birləşdirmək”) kartlar çox yayılmış idi. Bir 10Base5 seqmentinə ən 
çox  100  node(düyün,  başlıq)  taxıla  bilərdi.  10Base5  Transceiver-dən  istifadə  etməsi  şəbəkənin 
baha başa gəlməsinə, qalın olmasının çəkilişini çətinləşdirməsinə görə yerini Thinnet 10Base2-yə 
verdi. 10Base5 haqqında qısa məlumat.  
 
 
10 Mbs sürətində 
 
Baseband 
 
RG-8 kabel istifadə edir 
 
Segment ən çox 500m ola bilər 
 
Bir segmentdə 100-dən çox kompüter bağlı ola bilməz 
 
Hər bir cihaz 2.5m və ya 2.5m-nin qatları olan aralıqlarla koaksiala bağlanmalıdır 
 
Thick Ethernet və ya Thicknet olaraq tanınır 
 
6.6.3 10Base2 
 
10Base2  RG-58  kodlu  koaksial  kabel  istifadə  edir.  Bu  kabel  evlərimizdəki  antena  kabeli  ilə 
görünüşü  tamamı  ilə    eynidir.  Ancaq  50  om  ölçüsündədir.  Hal  bu  ki  antena  kabeli  75  om 
ölçüsündədir    və  kompüter  şəbəkələrində  istifadə  olunmur.  10Base2  ilə  işləmək,  yəni  belə  bir 
şəbəkə  qurmaq  10Base5  ilə  müqayisədə  olduqca  asandır.  İlk  olaraq  kabel  incə  formadadır  və 
asanca daşına bilən, bükülə bilən, incə deşiklərdən keçə bilir. Bundan əlavə artıq Transceiver kimi 
bir  ara  cihaza  da  gərək  qalmır.  Koaksial  küçük  konnektorlar(birləşdiricilər)  vasitəsi  ilə  birbaşa 
şəbəkə  kartına  taxılır.  10Base2  ethernet  Thin(zərif,  incə)  Ethernet  və  ya  Thinnet  kimi,  bəzən  də 
Cheapernet  (ucuz  tor,  şəbəkə)  kimi  adlandırılır.  10Base2-nin  yazılışı  formasının  sadələşdirilmiş 
izahlı şəkili ilə tanış olun : 
 
 
10 Mbit sürətində 
 
Baseband 
 
2  ilk  vaxtlarda  200m-lik  maksimum  seqment  uzunluğu  mənasına  gələcəkmiş  kimi  düşünülsə 
də, 10Base2-de tövsiyə edilən maksimum seqment uzunluğu 185 metr idi. Hər halda ilk başda  
yanlış ölçülübmüş, ya da 200 yaxın rəqəm olduğuna görə belə adlandırılıb. 
 
 
Eyni  10Base2  seqmentinə  30  kompüter  taxıla  bilər.  Maşınlar  arasında  ən  az  yarım  metrə(0.5  m) 
məsafə  buraxılmalıdır.  Ancaq  10Base5-də  olduğu  kimi  kompüterlərin  kabelə  sabit  aralıqlarla 
bağlanma məcburiyyəti yoxdur.  
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə