KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
1
GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
Yurq Kaufmann • Daniel Steudler
FİG Komissiya 7-in İşci Qrupu 1 ilə
İyul 1998
KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
2
KADASTR 2014
Yurq Kaufmann, Daniel Steudler
Yurq Kaufmann, Sədr, İşçi Qrupu 7.1 (Müasir Kadastr Sistemləri), 7-ci komissiya,
Beynəlxalq Yerölçmə Cəmiyyəti, sahib Kaufmann Consulting, Concepts and Project
Management for Geomatics, Im
Hauffeld, CH-8455 Rüdlingen, Switzerland
Elektron ünvan: jkcons@swissonline.ch
Daniel Steudler, Katib, İşçi Qrupu 7.1 (Müasir Kadastr Sistemləri), Komissiya 7, Beynəlxalq
Yerölçmə Cəmiyyəti və İsveçrənin Kadastrın Plana alınma Federal Assosiasiyası,
Einsteinstrasse 2, CH-3003
Berne, Switzerland
Elektron ünvan: Daniel.Steudler@ein2.brp.admin.ch
Dərc edilmişdir:
Kuhn Druck AG, CH-8212 Neuhausen am Rheinfall, Switzerland
İsveçrədə çap edilmişdir
Qrafik Tərtibat
Werbegrafik Bruno Teucher, CH–8055 Rüdlingen, Switzerland
Azərbaycan dilinə tərcümə
Gülməmmədli Babək Vaqif oğlu
Redaktə
Məmmədov Loğman İslam oğlu
Təşəkkür
Bir çox dostların köməyi olmadan bu bukletin dərc edilməsi mümkün olmazdı.
Bu ilk növbədə ön söz yazmağa həvəslə razılıq verən professor, doktor Yan P. oldu, Uilliamson,
Melburn Universiteti, Avstraliya, Xanım Uendi Uels, Yeni Brunsvik Universiteti,
Kanada, İngilis dilində mətni redaktə edib və mətnin rahat oxunuşunun təkmilləşdirilməsi
üçün qiymətli məsləhətlər vermişdi. Cənab Bruno Teuçer, qrafik dizayner, Rudlinqen,
İsveçrə, bukletin qrafiki tərtibatını işləmişdir. Nəhayət, kitabçanın çapını qeodeziya
avadanlıqlarının istehsalçısı “Leica Geosystems LTD“ konserni maliyyələşdirmişdir.
Bütün bu köməkliyə görə ürəkdən təşəkkürümüzü bildiririk.
Yurq Kaufmann,
Daniel Steudler
KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ
3
Ön söz
Mənim üçün, 7-ci Komissiyanın 7.1 işçi qrupunun sədri və
katibi, Yurq Kaufmann və Daniel Steudler tərəfindən yazılmış çox gözəl “KADASTR 2014”
əsərinə ön söz yazmaq çox xoşdu. Bu əsər gələcək dünya kadastr sistemi haqqında aydın
təsəvvür yaradır. O həmçinin, mövcud kadastr sistemlərinin güclü və zəif tərəflərini çox gözəl
təqdim edir. Mən inanıram ki, bu əsər ümumdünya kadastr sistemlərinin inkişafı və islahatı üçün
özünə məxsus ölçü mənbəyi və kadastr üzrə ixtisaslaşan tələbələr üçün əhəmiyyətli bilik
mənbəyi olacaqdır.
1994-cü ildə Komissiya 7 Yurq və Danielə çətin tapşırıq vermişdi – yaxın 20 ilin müasir
kadastrının görünüşünü hazırlamaq. Onlar bu tapşırığı öz üzərlərinə məsuliyyət və ciddililiklə
götürmüş və plan düzəldərək özləri yaratdığı tapşırıqları yerinə yetirirdilər. 1995-ci ildə Delftdə,
Hollandiya, 7-ci komissiyanın illik iclasının bir hissəsi olaraq keçirilən “Müasir kadastr və
yeniliklər” seminarı, onların işci qrupunun sual dairəsini və innovasiyalarını təyin etmişdir.
Nəticə olaraq, Budapeştdə və Penanqda keçirilən illik komissiya iclasları onların işini
dəqiqləşdirmiş və genişləndirmişdir.
İşci qrupunun nəticələri mənim gözlədiyimdən də artıq oldu. Tətqiqatların nəticələri və nəşrlər
dəyərli sənədlər olaraq uzun illər bütün dünyada kadastr islahatlarına təsir göstərəcəkdir. İşci
qrupu tərəfindən düzəldilmiş kadastr görüntüləri dövlətin cəmiyyətdə dəyişən rolunu və
bəşəriyyətin torpağa münasibətini dəyişməsini, kadastr islahatlarına texnoloqiyaların drammatik
təsirini, cəmiyyətdə yerölçənin dəyişən rolunu və kadastr mexanizmində özəl sektorun artan
rolunu tamamilə təstiq edir.
Bu möhtəşəm əsərlə yanaşı işci qrupu “Avstralian Surveyor”(Avstraliya yerölçəni)
jurnalında “ Kadastr sistemlərinin əsasları” (tom 42, №3, 87- 106, 1997) başlığı altında
məqalə dərc etmişdir. Analiz üzrə tətqiqatlar bütün dünya üzrə çoxlu kadastr sistemlərinin
inkişafında əhəmiyyətli rol oynamışlar.
7-ci komissiyanın sədri olaraq mən əla işlərinə görə Yurqa və Danielə və onlara kömək edən işci
qrupunun üzvlərinə öz minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm. Onlar fəxr edə
bilərlər ki, torpaq ehtiyatlarının idarəedilməsi işində böyük rolları olmuşdur.
Yan Uilyamson
Sədr
7-ci komissiya (Kadastr və torpaq idarəedilməsi)
Beynəlxalq yerölçmə ittifaqı.