İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

Gülarə Balayeva 
 
 
26 
Bəs biliyin növləri hansılardır? Proqram və dərsliklərdə tədris 
prosesinin  özündə  aşağıdakıların  nəzərdə  tutulması  didaktik 
cəhətdən əhəmiyyətli hesab edilir. 
-
 
Əsas anlayışlar və terminlər (onlarsız heç bir biliyin ma-
hiyyətini başa düşmək mümkün deyil). Bu, eyni dərəcədə həm tə-
biət elmlərinin gündəlik fəaliyyəti əks etdirən anlayışlarına, həm də 
elmi anlayışları əhatə edir. 
-
 
Gündəlik  fəaliyyətə  və  elm  sahələrinə  aid  faktlar.  Faktları 
bilmədən  elmin  qanunlarını  başa  düşmək,  öz  ideyalarını  sübut  et-
mək qeyri mümkündür. 
-
 
Gerçəkliyin müxtəlif obyektləri və hadisələri arasında əlaqə 
və munasibətləri aşkara çıxaran əsas qanunlar. 
-
 
Fəaliyyət üsulları, idrak metodları və elmi biliklərin yaran-
ma tarixi haqqında biliklər. 
-
 
Müxtəlif  həyat  hadisələrinə  münasibətlə  bağlı,  cəmiyyətin 
müəyyən etdiyi normalar haqqında biliklər. 
Biliklərin bütün bu növləri biri–birindən onunla fərqlənir ki, 
təlim və tərbiyə prosesində öz funksiyalarını yerinə yetirərkən müx-
təlif rolları ifa edir, müxtəlif təlim üsulları və biliklərin müxtəlif şə-
kildə təşkilini tələb edir. 
Bütün  biliklər  biri–biri  ilə  qarşılıqlı  əlaqədədir  və  onları 
kompleks şəkildə və müxtəlif ardıcıllıqla öyrədilir. 
Təhsilin  məzmununun  ikinci  elementi,  qeyd  edildiyi  kimi, 
fəaliyyət üsullarının həyata keçirilməsi təcrübəsidir. Onlar haqqında 
biliklər  mədəniyyətin  ilk  elementində  cəmlənir  və  belə  biliklərsiz 
fəaliyyətin  heç  bir  üsulunu  şüurlu  icra  etmək  olmaz.  Lakin  bu 
biliklər  də  kifayət  deyildir.  Onların  praktikada  tətbiqi  təcrübəsini 
mənimsəmək  lazımdır.  Bu  təcrübə  bəşəriyyət  tərəfindən  əmək 
prosesində toplanmışdır. Əgər şəxsiyyət təcrübə prosesində onu öz 
sərvətinə, təcrübəsinə çevirməyibsə, onda bu təcrübə şəxsiyyətdən, 
onun çevrəsindən kənar hesab olunur.  
Sonuncusu,  məhz  fəaliyyətin  müxtəlif  üsullarının  həyata 
keçirilməsinin  mənimsənilmiş  təcrübəsidir.  Bacarıq  və  vərdişlər 
indi  bütün  proqramlarda  nəzərdə  tutulmuşdur,  lakin  bütün  tədris 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
27 
fənlərində onların sistemi hələ də müəyyən edilməyib, yəni ümumi 
orta  təhsil  üçün  vacib  və  müvafiq  olan  bütün  əsas  bilik  və 
bacarıqların elmi seçimi bütün proqramlarda həyata keçirilməyib. 
Bacarıq və vərdişlər praktik  və intellektual ola bilər. Belə ki, 
fizika,  kimya,  riyaziyyat,  əmək  fənləri,  təcrübənin  aparılması 
məsələnin  həlli  üsullarına  görə  spesifik  bacarıq  və  vərdişlərə 
malikdir.  Bununla  belə  plan  tutmaq,  əsas  olanı  ikinci  dərəcədən 
seçib  ayırmaq,  tədris  vasitələrindən  səmərəli  istifadə  etmək, 
müqayisə  aparmaq,  əqli  nəticə  çıxarmaq  və  s.  bacarıqlar  bütün 
fənlər üçün ümumidir. 
Bacarıq  və  vərdişlər  içərisində  biliklərin  dərk  edilməsilə 
bilavasitə  bağlı  olanları  və  ya  biliklərin  müstəqil  mənimsənilməsi 
üçün  yalnız şərti olanları vardır. Bunlara, tədris işi ilə bağlı olan–
icmal tutmaq, annotasiya və rəy yazmaq biblioqrafik kartoçkalar və 
ədəbiyyat  siyahısı  tərtib  etmək,  məruzə  hazırlamaq,  plan  tutmaq, 
sorğu  kitabları  ilə  iş,  toplanılmış  material  əsasında  kartoçkalar 
doldurmaq və ya dəftər tutmaq və s. aiddir. 
Bəzi pedaqoqlar belə hesab edirlər ki, vərdişlər yalnız praktik 
fəaliyyətə  aiddir,  intelektual  fəaliyyət  sahəsində  yalnız  bacarıqlar 
ola  bilər,  çünki  hər  bir  intelektual  fəaliyyət  digər  məzmun 
materialında  həyata  keçirilir.  Bu  fikrin  düzgünlüyünə  inanmaq 
çətindir. Hətta yalnız yeni məzmunla deyil, həm də yeni mürəkkəb 
məsələlərin  həlli  ilə  bağlı  olan  yaradıcı  fəaliyyət  belə  bir  sıra 
intelektual  vərdışlərin  formalaşdırılmasını  nəzərdə  tutur.  Onların 
qeyri-iradiliyi  və  avtomatlaşdırılması  problemin  həllinin  müvəf-
fəqiyyətinə təsir göstərir. 
Məsələn, müasir tələblərə görə, məsələ və problemlərin həlli 
zamanı  şagirdlərə  bütün  fənlər  üçün  ümumi  olan  tədqiqatçılıq 
bacarıqları  aşılamaq  zəruridir.  Bunlara  öz  həllini  sübut  etmək, 
məsələnin  şərtindəki  bütün  göstəriciləri  uzlaşdırmaq,  sübutların 
doğruluğunu yoxlamaq, məsələnin həllini sualı ilə uyğunlaşdırmaq 
və s. aiddir. 
Riyaziyyat  və  fizika  müəllimləri  istisna  olunmaqla  digərləri 
buna  diqqət  yetirmirlər,  halbuki  onlar  şagirdlərin  bütün  idrak 


Gülarə Balayeva 
 
 
28 
fəaliyyətində  böyük  rol  oynayırlar.  Bu  vərdişləri  yalnız  onlar 
haqqında məlumat vermək və ya fəaliyyət üsulunu tez-tez nümayiş 
etdirməklə  formalaşdırmaq  kifayət  deyildir.  Yalnız  məsələ  həlli 
prosesində  şagird  axtarış  vərdişlərinə  mükəmməl  yiyələnir  və 
onların zəruriliyinə inanır. 
Məzmunun  üçüncu  elementi  yeni  problemlərin  həllinə 
gerçəkliyin əsaslı şəkildə dəyişdirilməsinə yönələn  yaradıcı fəaliyət 
təcrübəsidir  ki,  bu  həm  də  ilk  iki  növün  məzmunu  ilə  üst-üstə 
düşməyən  spesifik  məzmuna  malikdir.  Əks  halda  bilik  və 
bacarıqların istənilən üsuluna yiyələnən hər kəs yaradıcı fəaliyyətə 
hazırlana bilərdi. “Əgər insanın  yaradıcı qüvvələri  yalnız bilikdən, 
onun  həcmindən  asılı  olsaydı,  o  zaman  hər  bir  müasir  şagird 
Aristoteldən çox bilər və eyni zamanda Aristoteldən daha yaradıcı 
adam ola bilərdi” (129, s.106). Həmçinin digər erudisiya sahibləri 
ilə  müqayisədə  daha  az  bilən,  lakin  ensiklopedik  təhsilli  insana 
nisbətən daha yaradıcı işləyənlər da vardır. 
Deməli, məsələ biliklərin həcmində deyil, bəlkə, yalnız təbii 
qabiliyyətlərdədir. Axı insanlar xarakter baxımdan eyni qabiliyyət-
lərlə doğulmurlar. Bu halda, hər kəsin qabiliyyətlərinin inkişafı ilə 
bağlı narahatçılığa əsas yoxdur. Bəlkə, ona görə ki, bizim cəmiyyət-
də hər kəs oxumaq, radio dinləmək, kino-filmlərə baxmaq, istənilən 
kitabı oxumaq, internetlə məşğul olmaq hamıya yaxşı məlum olan 
bacarıq  və  vərdişlərə  yiyələnmək  üçün  real  imkanlara  malikdir. 
Təəssüf  ki,  bu  da  kifayət  deyildir.  Nə  hazır    formada  qazanılan 
biliklərin həcmi və nə də nümunələr üzrə mənimsənilən bacarıqlar 
insanın  yaradıcı  imkanlarını  təmin  edə  bilməz.  Əgər  insanı  yeni 
bilik  və  bacarıqları  hazır  şəkildə  daim  mənimsəməyə  alışdırsaq, 
onun təbii yaradıcı qabiliyyətləri kütləşə bilər. 
Müstəqil düşünməyə alışmamış və hər şeyi çeynənmiş–hazır 
şəkildə mənimsəyən adam müəyyən müddətdən sonra təbiətin ona 
verdiyi istedadı büruzə verməyə qabil olmur. 
Məzmunun  dördüncü  elementi  ətraf    aləmə  münasibət 
formalarıdır. Yəni emosional-iradi tərbiyəlilik özünəməxsusluğu ilə 
seçilir,  çünki  o  biliklərdə  və  bacarıqlarda  deyil,  ətraf  aləmə, 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə