İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   2   3   4   5   6   7   8   9   ...   47

Gülarə Balayeva 
 
 
14 
Təhsilin  müvafiq  tədris  müəssisələrində  həyata  keçirilməsi, 
müəyyən  müddətdə  davam  etməsi,  təlimlə  üzvi  şəkildə 
əlaqələndirilməsi, tərbiyə və inkişaf imkanlarına malik olması onu 
proses kimi təqdim etməyə əsas verir. 
Təhsilə  dair  aparılan  araşdırmalarda  onun  həm  də  dəyər 
olması  göstərilir.  Xüsusən  XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində 
nəticəyönumlü təhsil yanaşmalarının, yeni kurikulumların yarandığı 
bir  şəraitdə  təhsilin  dəyər  anlamında  işlənməsi  ayrıca  qeyd  edilir. 
Məsələn, Qazaxıstan Respublikasının kurikulumunun əvvəlində bu 
məsələyə xüsusi yer ayrılır. 
Azərbaycanda  yeni  təhsil  quruculuğu  ilə  bağlı  ardıcıl 
tətqiqatlar  aparan  prof.  A.O.Mehrabov  da  təhsil  anlayışına 
münasibət  bildirərkən  təhsildən  bəhs  etmiş,  onun  dəyərləri  ifadə 
etməsini, başqa sözlə, dəyər mənasını bildirməsini əsaslandırır. 
Dəyər  haqqında  sosioloji  və  pedaqoji  fikirlərin  axırında 
yeganə bir məntiq dayanır. Bu, tələbat və maraqların ödənilməsinə 
qadir  olan  keyfiyyətlərdir.  ”Fərd,  sosial  qrup  və  ya  bütövlükdə 
cəmiyyət  üçün  zəruri  olan,  onların  tələbatlarını,  maraq  və 
məqsədlərini  ödəməyə  qadir  olan  hər  şey  dəyərlər  kimi  başa 
düşülür” (110, s. 64). 
Dəyərlər  dövrün  ictimai  quruluşunun  xarakterindən  asılı 
olaraq  dəyişir.  Onlar  cəmiyyətin  ən  etibarlı  atributları  kimi 
qiymətləndirilir.  İnsanları  xarakterizə  etməyə,  onların  inkişafını 
izləməyə  imkan  verir.  Tətqiqatçıların  fikrinə  görə,  dəyərlər 
cəmiyyətin müəyyən mərhələsində, dövründə sabit qalır. 
Zamanın  dəyişməsi  çox  hallarda  dəyərlərin  dəyişməsi  ilə 
müşayiət  olunur.  Bəzi  ümumbəşəri  dəyərlər  cəmiyyətin  bütün 
mərhələlərində sabit qalır. 
Apardığımız  araşdırmalar  təhsil  anlayışı  ilə  bağlı  fikirlərin 
müasir  kontekstə  genişləndiyini,  daha  geniş  semantikaya  malik 
olduğunu göstərir. Təhsil yalnız bilik, bacarıq və vərdişlərlə deyil, 
eyni  zamanda  cəmiyyətin  digər  sosial  hadisə  və  faktları  ilə  bağlı 
məna  daşıyır.  Yeni  anlamda  təhsil  yalnız  nəticə  deyil,  həm  də, 
proses, sistem dəyər anlaşılarını ehtiva edir. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
15 
Təlim də əsas pedaqoji anlayışlardan biridir. Bir sıra pedaqoji 
ədəbiyyatlarda  ona  müəllim  və  şagirdlərin  qarşılıqlı  məqsədyönlü 
fəaliyyəti kimi yanaşılır (118, s.12). Digər ədəbiyyatda təlim proses 
kimi  dəyərləndirilir:  “Təlim  müəllimin  rəhbərliyi  ilə  şagirdlərin 
müəyyən  bilik,  bacarıq  və  vərdişlər  sisteminə  yiyələnməsi,    bu 
zaman  onların  inkişaf  etdirilməsi  və  tərbiyə  olunması  prosesidir” 
(54,  s.11).  Son  dövrlərdə  aparılmış  pedaqoji  araşdırmalarda  belə 
qənaət  hasil  edilmişdir  ki,  “Təlim  müəllim  və  şagirdlərin  xüsusi 
təşkil  olunmuş  prosesdə  məqsədyönlü  və  idarə  olunan  qarşılıqlı 
fəaliyyətidir  (110,  s.17).  Belə  nəticəyə  gəlmək    mümkündür  ki, 
istinad  olunmuş  fikirlərdə  mühüm  pedaqoji  anlayış  kimi  təlimin 
xarakterik xüsusiyyətləri müxtəlif mövqelərdən qiymətləndirilir. O 
gah fəaliyyət, gah da proses kimi izah edilir. Lakin bütün hallarda 
müəllim və şagird əsas amil kimi götürülür. 
“Təhsil təlimin nəticəsidir”...Təhsil təlim olunanın əldə etdiyi 
bilik,  bacarıq  və  vərdişlərin  sistemli  həcmidir  (74,  s.12).  Bu 
fikirlərdə  də  təhsilin  təlimin  nəticəsi  olduğu  vurğulanır.  Bu 
yanaşma  özlüyündə  təhsil  və  təlim  anlayışlarının  semantikasında 
eyniyyətin  olmadığını  aydın  şəkildə  göstərir.  Lakin  təhsilin  bilik, 
bacarıq  və  vərdişlərin  sistemli  həcmi  kimi  təqdim  edilməsi  sual 
doğurur. 
“Təhsilin məzmunu dedikdə, həyata, əməyə hazır olmaq üçün 
məktəblilərin  yiyələnməli  olduqları  bilik,  bacarıq  və  vərdişlər 
sistemi  başa  düşülür”  fikrini  irəli  sürən  M.N.Skatkin  və 
V.V.Krayevski qeyd edirlər ki, bu anlayış özündə dörd komponenti 
birləşdirir:  1)  dünya  (ətraf  aləm)  haqqında  biliklər;  2)  bacarıq  və 
vərdişlər-tipik  stereotip  fəaliyyətin  icrasının  rasional  üsulları;  3) 
yaradıcı  (qeyri-standart)  fəaliyyət  təcrübəsi;  4)  dünyaya  və  bir-
birinə  münasibətlərin  (ruhi,  mənəvi,  estetik)  normaları;  yəni 
tərbiyəlilik normaları (152, s. 94). 
Müəlliflərin  fikrincə,  məzmunun  bu  dörd  komponentin  biri 
digərini  əvəz  etmir    hamısı  eyni  dərəcədə  vacibdir.  Təhsilin 
məzmununun  bu  anlamı  hələ  hamı  tərəfindən  qəbul  edilməsə  də, 
perspektivlidir və diqqəti cəlb edir. 


Gülarə Balayeva 
 
 
16 
Ötən  əsrin  70-80-ci  illərinədək  təhsilin  məzmunu  bilik, 
bacarıq  və  vərdişlərin  məcmusu  hesab  olunurdu.  Pedaqoji 
ensiklopediya,  pedaqogika  və  didaktika    ilə  bağlı  xarici  və  yerli 
tədqiqatlarda  bu  anlayış  məhz  belə  təqdim  olunurdu  və  bu  da 
tamamilə  başa  düşüləndir.  Nə  qədər  ki,  yalnız  bilikli  və  bacarıqlı 
adamlara  sosial  tələbat  üstünlük  təşkil  edirdi,  təhsilin  məzmununa 
yalnız adı çəkilən komponentlər daxil edilirdi. 
İntellektual  inkişafa  sosial  tələbatlar  meydana  gəldikdə 
tədqiqatçılar  bu  məzmunun  qənaətbəxş  olmadığını  hiss  etdilər. 
M.N.Skatkinin dediyi kimi, “Məzmunun tərkibinə nəzəri cəhətdən 
dərhal dərk olunmayan digər elementlər də daxil edildi və o aşağı-
dakı kimi ifadə olundu: təhsilin məzmunu anlayışına məktəblilərin 
əqli  və  fiziki  qabiliyyətlərinin  inkişafını,  dünyagörüşünü,  əxlaqını 
və  buna  müvafiq  olaraq  davranışının  formalaşmasını  təmin  edən, 
onları həyata və əməyə hazırlayan bacarıq və vərdişlər sistemi da-
xildir” (152, s. 34). 
Təhsilin  məzmununun  bu  cür  müəyyənləşdirilməsi  onun 
nəzəri baxımdan dərk edilməsində irəliyə doğru nəzərə çarpan bir 
addım idi, çünki şagird şəxsiyyətinin intellektual, əxlaqi, əqidə  və 
dünyagörüşünün inkişafı daha qabarıq vurğulanırdı. 
Lakin  inkişaf  etməkdə  olan  cəmiyyət  məktəbə  daha  yüksək 
tələblər  verdi  və  təhsilin  məzmununun  işlənib  hazırlanmasını 
didaktikanın  mühüm  vəzifəsi  kimi  irəli  sürdü.  Çünki  məzmunun 
mahiyyəti ilə bağlı  yuxarıda qeyd edilənlər mənalı şəkildə müasir 
tələblərə  cavab  vermirdi.  Bunlarsız  gələcəkdə  məzmunu  tam 
mənası  ilə  dəyişmək  və  yenidən  qurmaq  mümkün  deyildi. 
Doğrudan  da,  bilik  və  bacarıqların  mənilsənilməsi  heç  də  həmişə 
idraki  qüvvələrin,  müstəqilliyin  inkişafına,  tərbiyəliliyin  zəruri 
səviyyəsinə  gətirib  çixarmır.  Nə  üçün    bərabər  təhsilalanların 
hamısında yaradıcı qabiliyyətlər eyni səviyyədə formalaşmır. Bilik 
və bacarıqlarla yanaşı, daha hansı məzmunu mənimsətmək lazımdır 
ki, təlimalanlar yaradıcı və tərbiyəli şəxsiyyətə çevrilsinlər ?  
Təlimin əsas məqsədi bəşəriyyətin tarix boyu topladığı sosial 
təcrübəni  gənc  nəslə  mənimsətməkdən  ibarətdir.  Bu  müddəa 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə