İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
17
təhsilin məzmununun hansı elementlərdən və ya növlərdən ibarət
olmasını aydınlaşdırmağı tələb edir. Əgər onu fəaliyyətin sosial
təcrübəsi prosesində əldə olunanların məcmusu kimi nəzərdən
keçirsək, ”məzmunun dörd elementini dəqiq ayırmaq mümkündür:
1) təbiət, cəmiyyət, texnika və fəailiyyət üsulları haqqında biliklər;
2) fəaliyyətin məlum üsullarının həyata keçirilməsi təcrübəsi; 3)
yaradıcı fəaliyyət təcrübəsi; 4) dünyaya, fəaliyyətə dair emosional
dəyər münasibətləri təcrübəsi” (152, s. 35).
Pedaqoqlardan Ə.Ağayev, Y.Talıbov, İ.İsayev və A.Eminov
təhsilin məzmunu ilə bağlı apardıqları araşdırmalarında belə
qənaətə gəlirlər ki, məkətəblilərin təlim prosesində yiyələnməli
olduqları bilik, bacarıq və vərdişlərin həcmi və xarakteri təhsilin
məzmunu deməkdir” (10, s.41). A.A.Abbasov və H.Ə.Əlizadə də
öz tədqiqatlarında həmin fikrə yaxın bir nəticəyə gəlmişlər:
“Təhsilin məzmunu dedikdə, məktəblilərin təlim prosesində
yiyələndiyi bilik, bacarıq və vərdişlər sisteminin həcmi və xarakteri
başa düşülür” (1, s.39).
Ə.X.Paşayev, F.A.Rüstəmov, T.Dadaşova isə belə qənaətə
gəlmişlər ki, “Təhsilin məzmunu dedikdə müəyyən tədris
müəssisələrində öyrənmək üçün seçilmiş bilik, bacarıq və vərdişlər
sistemi nəzərdə tutulur” (110, s.126; 115, s.153).
Göründüyü kimi, yanaşmalarda təhsilin məzmunu şərh
olunarkən şagirdlərin mənimsəyəcək bilik, bacarıq və vərdişlərin
həcmi və xarakteri xüsusi olaraq vurğulanır. Fərq fikirlərdən hər
ikisində bilik, bacarıq və vərdişlərin sisteminin xüsusiləşdirilməsidir.
Ümumiyyətlə, bilik, bacarıq və vərdişlər pedaqoji anlayışlar
kimi konkret olsalar da, təhsilin məzmununu ifadə etmək
baxımından çox ümumi məna daşıyır. Bilik, bacarıq və vərdişlər
sisteminin xarakteri dedikdə nəyin nəzərdə tutulduğu aydın görünür.
Təhsilin geniş anlayış olduğunu vurğulayan, onun bir sıra növ
və formalarından bəhs edən N.M.Kazımov və Ə.Ş.Həşimov
məzmun probleminə də toxunmuşlar. Ümumi təhsilin ayrı-ayrı
pillələrinin, xüsusən ibtidai təhsilin məzmununun mahiyyətini
açıqlamışlar: “Oxumaq, yazmaq, hesablamaq, vərdişləri və adi