İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   39   40   41   42   43   44   45   46   47

Gülarə Balayeva 
 
 
134 
məzmununun  müəyyənləşdirilməsi  xüsusi  tədqiqat  obyektinə 
çevrilmişdir. 
  5. İbtidai təhsilin məzmununun yaradılması sahəsində Azər-
baycanda  zəngin  təcrübə  toplanmışdır.  İbtidai  təhsilin  dördillik, 
sonra üçillik, daha sonra yenə də dördillik olması, ona 5 və 6 yaş-
dan  başlanılması  onun  məzmununa  baxılmasını,  təkmilləşdirilmə-
sini bir zərurət kimi qarşıya qoymuşdur. 
6. İbtidai təhsilin məqsədləri ümumi təlim nəticələri, bu pillə 
üzrə  fənlər,  onların  əsaslandırıldığı,  ümumi  nəticələrin  əhatə  edil-
diyi  “Azərbaycan  Respublikasında  Ümumi  Təhsilin  Konsepsiyası 
(Kurikulumu)” sənədində nəticələr arasında uyğunsuzluğun olması, 
nəticələrin  ibtidai  təhsilin  səviyyəsi  baxımından  qeyri-konkretliyi, 
şagirdlərin intellekt səviyyəsi idrak fəallığının inkişaf etdirilməsi ilə 
zəif əlaqəliliyi ibtidai təhsilin məzmununun bilavasitə nəzəri-peda-
qoji  problemlərinin  qlobal  dünyanın  genişləndiyi  və  infor-
masiyaların sürətlə artdığı müasir dövrdə tələbata uyğun həll olun-
ması ilə bağlıdır. 
  7. Azərbaycanda ibtidai təhsilin məzmununun müəyyənləş-
dirilməsi  üçün  aşağıdakı  prinsiplərin  nəzərə  alınması  məqsədə-
uyğundur. 

 
   milliliklə bəşəriliyin vəhdətininin nəzərə alınması; 

 
İtnteqrativlik; 

 
şəxsiyyətyönümlülük; 

 
tələbyönümlülük; 

 
nəticəyönümlülük; 

 
şagirdyönümlülük. 
8.  İbtidai  təhsilin  məzmununun  funksiyalarını    müəyyənləş-
dirmək  təlim-tərbiyə  prosesinin idarə  olunmasında  əhəmiyyətli  rol 
oynayır, məktəb işinin planlaşdırılmasından başlayaraq onun yerinə 
yetirilməsinə  qədərki  bütün  mərhələlərində  özünün  daxili 
potensialı, imkanları ilə iştirak edir. 
İbtidai təhsilin məzmununu nəzəri və praktik əsasda müəyyən 
etmək onun fəaliyyətinin qurulması baxımından  əhəmiyyət daşıyır. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
135 
9.  İbtidai  təhsilin  məzmununun  funksiyaları  bilavasitə  onun 
məqsədləri ilə bağlı olub məzmun standartlarında reallaşır. 
10.  Tədqiqat  ibtidai  təhsilin  məzmununun  aşağıdakı  funksi-
yalara malik olması barədə qərara gəlməyə imkan verir. 

 
İbtidai təhsilin məqsədlərinin həyata keçirilməsi funksiyası. 

 
Cəmiyyətin ayrı-ayrı adamlarının cari və perspektiv tələbat-
larının əks etdirilməsi funksiyası. 

 
Kriteriyalı qiymətləndirmə funsiyası. 

 
İbtidai təhsil hüququnun təmin edilməsi funksiyası. 

 
İbtidai təhsilin humanistləşdirilməsi funksiyası. 

 
İdarəetmə funksiyası. 

 
İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi funksiyası. 

 
Məzmunun  zəruri  minimumunun  müəyyənləşdirilməsi 
funksiyası. 
11.  İbtidai  təhsilin  məzmununun  yeni  strukturunda  bilik  və 
fəaliyyətlər  əsas  yer  tutur,  onların  reallaşdırılması  üçün  optimal 
sistemin qurulması didaktik cəhətdən faydalı hesab edilir. 
12.  İbtidai  təhsilin  məzmununun  strukturu  hazırlanarkən 
aşağıdakı didaktik tələblərin diqqət mərkəzində saxlanılması məq-
sədəmüvafiq hesab edilir. 
Birinci,  ibtidai təhsilin məzmununun strukturu  hazırlanarkən 
məktəbəqədər təhsilin məzmun xüsusiyyətlərinin, ilk növbədə, bilik 
və fəaliyyətlərin ardıcıl olaraq davam və inkişaf etdirilməsi nəzərdə 
tutulur,  ibtidai  təhsillə  məktəbəqədər  təhsil  arasında  əlaqələr  daha 
çox  davametdirici  xarakter  daşıyır  və  varislik  mühüm  cəhət  kimi 
gözlənilir. 
İkinci, ibtidai təhsil ümumi təhsilin səviyyələrindən biri kimi 
başlanğıca  və  sonluğa  malikdir.  Onun  hökümət  tərəfindən  milli 
səviyyədə qəbul edilmiş özünəməxsus nəticələri olur. Bu nəticələr 
ölçülə bildiyindən mahiyyət etibarı ilə milli standartlar hesab edilir. 
Üçüncü,  ibtidai  təhsil  səviyyəsində  fənlər  sonrakı  təhsil 
səviyyələri ilə müqayisədə daha çox inteqrativ xarakter daşıyır. 


Gülarə Balayeva 
 
 
136 
Dördüncü, ibtidai təhsilin məzmununun strukturunda üfüqi və 
şaquli inteqrativliyin olması onun mühüm əlamətlərindən biri kimi 
nəzərə alınır. 
13.  İbtidai  təhsilin  məzmununun  struktur  komponenti  kimi 
ümumi  nəticələr  və  fənlər  qəbul  olunmaqla  onların  hazırlanması 
üçün  müvafiq  iş  sistemində  işçi  qruplarının  yaradılması, 
maarifləndirilməsi,  müvafiq  problemin  həllinə  yönəldilməsi  ön 
plana çəkilir. 
14.  Məzmunun  müəyyən  olunması  zamanı  təhsil  səviyyəsi 
üzrə  ilkin  olaraq  məqsədlər  və  ümumi  nəticələr  konkretləşdirilir. 
Məzmun  ibtidai  təhsil  səviyyəsi  üzrə  ümumi  nəticələrdən  fənlər 
üzrə nəticələrə doğru müəyyən olunmuş ardıcıllıqla hazırlanır. 
15.  Fənlərin  məzmununun  müəyyən  olunmasında  şagirdləri 
idrak,  hissi-emosional  və  psixomotor  fəaliyyətlərə  yönəltməklə 
onların  məzmununda  əqli,  əxlaqi-mənəvi  dəyərlərin  və  hərəki 
qabiliyyətlərin  formalaşdırılmasına  üstünlük verilir.  Şagirdlərin  bir 
şəxsiyyət kimi formalaşdırılması prioritet istiqamət hesab edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
137 
 
İstifadə olunmuş ədəbiyyat 
 
1.
 
Abbasov  A.N.,  Əlizadə  H.Ə.  Pedaqogika.  Pedaqoji  ali 
məktəblər üçün dərs vəsaiti. Bakı: Renessans, 2000, 202 s. 
2.
 
Abbasov  A.N.  Pedaqogika.  Müxtəsər  konspekt  və  sxemlər. 
Bakı: Mütərcim, 2007, 80 s.  
3.
 
Abbasov  Ə.M.  Təhsil  islahatı  və  kurikulumların  hazırlanması 
problemi // Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. 2005, 
№1, s.45-50. 
4.
 
Abbasov Ə.M. Yeni fənn kurikulumlarının səciyyəvi cəhətləri 
// Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. 2007, №1, s.19-
24. 
5.
 
Abbasov  Ə.M.,  Süleymanova  A.Y.  Məktəb  kurikulumunun 
hazırlanması  //  Təhsil  Problemləri  İnstitutunun  Elmi  əsərləri. 
2007, №4, s. 20-25. 
6.
 
Abbasov Ə.M., Sultanova İ.H. Taksanomiyadan standartlara // 
Təhsil Problemləri İnstitutunun Emi əsərləri. 2008, №4, s. 8-11. 
7.
 
Abbasov Ə.M. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri // 
Kurikulum. Bakı, 2008, № 1, s. 31-37. 
8.
 
Abbasov  Ə.M.  Ümumtəhsil  kurikulumlarının  növləri  // 
Kurikulum. Bakı, 2008, № 3, s. 7-12. 
9.
 
Abbasov Ə.M. Ümumtəhsil kurikulumlarının hazırlanması üzrə 
tədqiqatların nəticələri barədə // Təhsil Problemləri İnstitutunun 
Elmi əsərləri. 2009, №1, s. 9-11.
 
10.
 
Ağayev  Ə.A.,  Talıbov  Y.P.,  İsayev  İ.N.,  Eminov  A.İ. 
Pedaqogika. Dərs vəsaiti. Bakı: Adiloğlu, 2006, 184 s. 
11.
 
Ağamalıyev  R.A.  Azərbaycan  təhsili  XXI  əsrə  doğru: 
idarəetmə, prioritetlər, islahatlar. Bakı: Təhsil, 1998, 376 s.  
12.
 
Alışov  M.  Həndəsi  biliklərin  bünövrəsi  ibtidai  siniflərdə 
qoyulur // İbtidai məktəb və məktəbəqədər tərbiyə, Bakı, 2007, 
№ 1, s. 52-54. 
 
13.
 
Azərbaycan  Respublikasının  Konstitusiyası.  Bakı.  Qanun, 
2005, 64 s. 
 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə