İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   39   40   41   42   43   44   45   46   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
125 
olanı  götürmək  kimi  başa  düşülür.  Bu  mərhələdə  tələb  olunan 
seçilir, problemin həlli çərçivəsi aydınlığı ilə görünür, qəbul edilmiş 
təklif (tərif, qayda, düstur və s.) fərqləndirilir.  
İkinci  mərhələ  fəaliyyət  qurmaqdır.  Bu  mərhələdə  seçilmiş 
materiallara  istinad  olunaraq  tədqiqatçılıq  fəaliyəti  qurmaq  tələb 
olunur. Şagirdlər qarşıya qoyulmuş problemin həll olunması üçün 
strategiya  müəyyənləşdirir,  həmin  strategiya  əsasında  sistemli  iş 
aparırlar.  
Fəaliyyət qurmaq şagirddən tədqiqatçılıq bacarığının olmasını 
tələb  edir.  İlkin  mərhələdə  sadəcə  bacarıq  kimi  nəzərə  çarpan  bu 
fəaliyyət  sonralar  sistemli  təkrarlanaraq  reflektiv  xarakter  alır. 
Qeyri-iradi fəaliyyət kimi yerinə yetirilir. Bu zaman qarşılıqlı əlaqə 
yaratmaq  təklif  və  strategiyalar  müəyyənləşdirmək,  qrafik,  cədvəl 
və ya fiqur hazırlamaq bacarıqları diqqət mərkəzində dayanır.  
Tətbiq  etmək.  Nəticələrdə  ehtiva  olunmuş  öyrənmə  fəaliy-
yətinin dördüncü istiqaməti tətbiq etməkdir. Mahiyyət etibarı ilə bu 
mərhələ şagirdin iki cəhətdən hazırlığının yüksək səviyyədə olma-
sını tələb edir. Əvvəla, şagirdlər öyrəndikləri anlayışları mükəmməl 
bilməli, onların  bütün xüsusiyyətlərini  aydın  təsəvvür  etməlidirlər. 
Eyni  zamanda  həmin  hadisə  və  faktlara  tənqidi  yanaşmağı  bacar-
malı,  onlardan  yaradıcı  şəkildə  istifadə  etməyə  hazır  olmalıdırlar. 
Bundan  əlavə,  onlar  prosedur  biliklərə  də  yiyələnməli,  praktik 
fəaliyyət göstərmək üçün tətbiq bacarıqlarına malik olmalıdırlar.  
Öyrənmə  fəaliyyəti  kimi  tətbiq  etmə  iki  mərhələdə  reallaş-
dırılır. Birinci mərhələdə öyrənilmiş deklorativ və prosedural bilik-
lər tətbiq olunur. İkinci mərhələdə isə icra olunmuş tətbiq fəaliyyəti 
qiymətləndirilir.  
Tətbiq bacarıqlarının icra olunması zamanı müəyyən üsuldan 
istifadə etməyi, hesablamalar aparmağı, konpyuterdən, kalkulyator-
dan və digər təlim vasitələrindən istifadə etməyi, cədvəl doldurma-
ğı, cədvəli və ya qrafiki tamamlamağı, verilənlərə görə dəqiqləşdir-
mələr aparmağı və s. tələb edir. Bu mərhələdə  şagird öyrəndikləri 
əsasında malik olduğu bütün tətbiqi bacarıqlarını nümayiş etdirir.  


Gülarə Balayeva 
 
 
126 
Qiymətləndirmə  mərhələsində  icra  olunmuş  fəaliyyətlərin, 
əldə olunmuş nailiyyətlərin doğruluğu qiymətləndirilir. Bunun üçün 
şagird  istifadə  etdiyi  strategiyalara  tənqidi  yanaşır,  nəticələrin 
gözlənilən  səviyyə  ilə  uyğunluğunu  müqayisə  edir.  Bu  zaman 
müəyyən ifadənin, nəticənin, ehtimal edilənin düzgünlüyünü yoxla-
yır,  gözlənilən  nəticələr  baxımından  saf-çürük  edir.  Prof. 
Ə.Ə.Əlizadənin  təbirincə  demiş  olsaq,  “Refleksiv  qiymətləndirmə 
mərhələsində görülmüş iş təhlil olunur, əldə edilmiş nəticə tapşırı-
ğın məqsədilə müqayisə edilir və görülmüş iş qiymətləndirilir” (30, 
s.82).  
İbtidai  təhsil  üçün  ümumi  təlim  nəticələrinin  ehtiva  etdiyi 
öyrənmə fəaliyyətinin bir mühüm istiqaməti də hesabat verməkdir. 
İlkin  yanaşmada  hesabat  vermə  özünüidarə  mexanizmi  kimi  başa 
düşülür.  Çünki  hər  bir  fəaliyyətin  sonunda  onun  mahiyyət  və 
məzmunu  barədə  ümumiləşdirmələr  aparmaqla  özünə  və 
başqalarına hesabat vermək idaretmə mədəniyyətinin mühüm tərkib 
hissəsidir. Şagirdlər bu mədəniyyətə yiyələnməklə özlərini daha da 
inkişaf etdirmiş olurlar. 
Bundan əlavə, hesabat verməklə şagirdlər fəaliyyətləri barədə 
başqalarını  sadəcə  məlumatlandırmırlar.  Eyni  zamanda  onları 
müəyyən  fakt  və  nümunələr  əsasında  məntiq  və  ardıcıllıqlarla 
əsaslandırırlar.  
Ümumi təlim nəticələrində ehtiva olunan hesabat vermək də 
iki  mərhələdə  reallaşır.  Onlardan  birincisi    qruplaşdırmaqdır. 
Qruplaşdırmaq dedikdə icra olunmuş işləri ümumiləşdirmək, müəy-
yən  formada    qruplaşdırmaq  və  təqdim  olunmaq  üçün    sistemə 
salmaq  nəzərdə  tutulur.  Heç  şübhəsiz,  belə  anda  şagirdlərə 
konstruktiv  bacarıqlar  lazımdır.  Onlar    fəaliyyəti  bütövlükdə 
xarakterizə  edən  informasiyanı  konstruksiya  etməklə  yeni  bir 
sistemə salırlar. Təbii ki, bu zaman tərtib etmək, ifadə etmək, təsnif 
etmək bacarıqlarından istifadə olunur.  
Bu mərhələyə hesabat vermənin hazırlıq mərhələsi də demək 
olar.  Keyfiyyətli  hesabat  vermək  üçün  keyfiyyətli  də  hazırlıq 
aparılmalı, əldə olunmuş informasiyalar qruplaşdırılmalıdır. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
127 
İkinci mərhələ isə, təqdim etmədir. Fəaliyyətlər bu  mərhələ-
də    yekunlaşır.  Təcrübələr    onu  göstərir  ki,    bəzi  məktəblərdə 
təqdim  etmənin  önəminə    o  qədər  də  diqqət  yetirilmir.  Bu  isə 
şagirdlərin  bir  fəaliyyət  kimi  təqdim  etməyə  münasibətinin 
zəifləməsi ilə nəticələnir.  
Təqdim etmək  nəticəni tələb olunan formada təqdim  etmək, 
lüğətdən,  işarələrdən,  kodlaşdırmadan  istifadə  etmək  deməkdir. 
Təqdim  etmək  ümumi  təlim  fəaliyyətində  yekun  mərhələ  hesab 
olunur  və  şagirdlərdən  xüsusi  bacarıq  tələb  edir.  Şagird  təlim 
prosesində    nə  qədər  fəallıq  göstərsə  də,  təqdim  etmə  bacarığında  
çatışmazlıqların  olması  onun  ümumi  təlim  fəaliyyətinin  aşağa 
düşməsinə ciddi təsir göstərir. 
İbtidai təhsilin səviyyəsi üzrə təlim nəticələrinin əhatə etdiyi 
fəaliyyətləri    mərhələləri  üzrə  şərh    etməklə    yuxarıda  verilmiş 
şəklin    bir  hissəsinə  aydınlıq    gətirdik,  onların  mahiyyətini 
açıqladıq. Ən başlıcası bununla ibtidai  təhsil pilləsi  üzrə  ümumi 
nəticələrin  əhatə  etdiyi  keyfiyyət  göstəricilərinin məzmunu  barədə 
təsəvvür yaratdıq. 
İbtidai  təhsilin  məzmununun  strukturunda  xüsusi  yer  tutan  
ümumi təlim nəticələri cəmiyyətin ehtiyac  və tələbatları  əsasında 
hazırlandığından orada daha çox insanın bir şəxsiyyət kimi keyfiy-
yətini  ifadə  edən  xüsusi  bacarıqlar  formasında  ifadə  olunur. 
Cəmiyyətin  belə  bacarıqlara  ehtiyacı  vardır  və  ibtidai  təhsil  
səviyyəsində 
ilkin 
olaraq 
həmin 
bacarıqların  kiçikyaşlı 
məktəblilərdə  formalaşdırılması tələb olunur. 
İbtidai  təhsilin  məzmununun  strukturunda  yer  tutmuş  ikinci 
element tədris fənnidir. Ümumiyyətlə, tədris fənni  ümumi  təhsildə, 
eləcə  də  təhsilin    digər  pillələrində  bir  anlayış  kimi  istifadə  edilir. 
Zaman-zaman  bu    anlayışa    müxtəlif  yanaşmalar  olmuş,  onun 
müəyyənləşdirilməsi, məzmunun hazırlanması fənlərin elmi nəzəri 
əsasları ilə bağlı araşdırmalar müzakirə obyektinə çevrilmişdir. 
Uzun  zaman  tədris  fənlərinə  müvafiq  elmin  əsaslarının 
məktəbdə öyrədilməsi kimi yanaşılmışdır. Bununla yanaşı, fənlərin 
orijinallığı,  onların  strukturunun  sadəliyi  xüsusi  qeyd  edilmişdir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə