İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

Gülarə Balayeva 
 
 
116 
dəyişilməsi  ilə  nəticələnmişdir.  Son  dövrün  araşdırmalarında 
gələcəyin  məktəbi  haqqında  belə  qərara  gəlinir  ki,  “İnsanın 
müəyyən  cizgilərinin,  zəruri  kompetensiyalarının  formalaşmasına 
yönəlmiş  məzmun  məktəb  təhsilində  əsas  yer  tutacaq.  Bu  zaman 
təlim məşğələrinin əsasında xüsusi qurulmuş pedoqoji situasiyalar, 
şagird  fəaliyyəti  qoyulacaq  ki,  həmin  fəaliyyət  prosesində 
şəxsiyyətin tələb olunan keyfiyyətləri tərbiyə olunacaq” (151, s.7). 
Bu keyfiyyətlərin sırasında öz üzərinə  məsuliyyət götürmək, qərar 
qəbul edib fəaliyyət göstərmək, kollektivdə işləmək (lider və aparıcı 
şəxs kimi) ünsiyyətdə olmaq, əks fikirləri aşkar etmək, fərziyyələr 
irəli  sürmək,  tənqid  etmək,  başqalarına  kömək  göstərmək,  mühitə 
uyğunlaşmaq, izah etmək, sübut etmək, öyrətməyi bacarmaq və s. 
xüsusi olaraq göstərilir (151, s.8). 
Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycan-
da da təhsil islahatları məktəbin  yenidən qurulmasına, şagirdin bir 
şəxsiyyət kimi  formalaşdırılmasına  yönəlmişdir.  Bütün  bunlar isə, 
ilk növbədə, kiçikyaşlı məktəblilərin təhsilinin yenidən qurulmasını, 
ibtidai  təhsilin  məzmununda  islahatların  aparılmasını  ciddi  bir 
vəzifə  kimi  qarşıya  qoyur.  Bu  problemlərin  həll  olunması  ücün 
pedaqoji prinsip və funksiyalara uyğun olaraq onun yeni strukturu-
nun  yaradılması  ibtidai  təhsilin  məqsədlərinin  həyata  keçirilməsi 
baxımından əhəmiyyətli hesab edilir.  
İbtidai təhsilin məzmununun yeni strukturunu formalaşdırar-
kən  komponentlərinin  müəyyən  olunması  məqsəd  və  vəzifələrin 
düzgün reallaşdırılmasına dəlalət edir. 
Biz öz tədqiqatımızda ibtidai təhsilin məzmununun strukturu-
nu  müəyyənləşdirmək  üçün,  ilk  növbədə,  zəruri  komponentləri 
konkretləşdirməyi  nəzərdə  tutduğumuzdan    bu  barədə  mövcud 
fikirləri nəzərə almağa çalışdıq. 
Ümumi  təhsilin  strukturunun  komponentləri  barəsində 
aparılmış  araşdırmalarda  qəbul  olunmuş  və  ötən  əsrin  70-ci 
illərindən  bu  vaxta  qədər  pedaqoq  alimlərin  istinad  etdiyi  fikir 
ondan  ibarətdir  ki,  ümumi  təhsilin  məzmununun  struktur 
komponentləri  bilik,  fəaliyyət  üsulları,  yaxud  bacarıqlar,  yaradıcı 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
117 
fəaliyyət  təcrübəsi  və  kommunikativ  fəaliyyət  təcrübəsindən 
ibarətdir. M.V.Rıjakovun qənaətinə görə, bu məsələ  İ.Y.Lerner və 
V.V.Krayevskinin  redaktorluğu  ilə  hazırlanmış  “Ümumi  orta 
təhsilin  məzmununun  nəzəri  əsasları”  (1983)  adlı  kitabda  tam 
şəkildə şərh edilmişdir (151, s.7) bu müddəa irəli sürülərkən ümumi 
təhsilin bütün səviyyələrinə aid edilmişdir.  
Araşdırmalar göstərir ki, ibtidai təhsilin məzmununda biliyin, 
bacarığın,  yaradıcı  fəaliyyət  təcrübəsinin,  eləcə  də  kommunikativ 
fəaliyyət təcrübəsinin komponentləri kimi nəzərə alınması mahiyyət 
etibarı ilə məqsədəuyğundur. Lakin nəzərə alınsa ki, bilik insanların 
təbiət və cəmiyyətin qanunlarını, gerçəkliyini cisim və hadisələrini 
dərk  etməsinin  məhsuludur.  Birliklər  dəyişməz  qalmır,  insanların 
tarixi təcrübəsinin gedişində daim inkişaf edir, dəqiqləşir, dərinləşir, 
əsaslı  şəkildə  dəyişir,  yenidən  qurulur.  Fəaliyyət  üsulları,  yaradıcı 
fəaliyyət,  komminikativ  fəaliyyət  isə  onun  əsasında  yaradılmaqla 
müəyyən prosesin əmələ gəlməsinə səbəb olur. Başqa sözlə, prosesi 
ifadə edir. Müxtəlif biliklərin (konseptual, prosedural, kontekstual) 
ümumiləşdirilən  bir  anlayış  kimi  ifadə  edilməsinə  baxmayaraq, 
fəaliyyətlərin  bölünməsi  və  hissələrə  ayrılmasının  səbəbi  aydın 
olmur.  
Araşdırılmalar  onu  göstərir  ki,  fəaliyyət  üsulları,  yaradıcı 
fəaliyyət  və  kommunikativ  fəaliyyət,  mahiyyət  etibarı  ilə  fəaliy-
yətləri  əks  etdirdiyindən  və  idrak,  hissi  emosional,  psixomativ 
olmaqla şəxsiyyətin müxtəlif tərəfdən inkişafını təmin etməklə özü-
nəməxsus keyfiyyətlərə malikdir. Bununla yanaşı, fəaliyyətlə  bağ-
lılıq  onları  ümumiləşdirməyə,  bir  səviyyədə,    eyni  tipli  anlayışlar 
kimi, adlandırmağa, ifadə etməyə imkan verir.  
Bütün bunları nəzərə almaqla biz öz araşdırmamızda ibtidai 
təhsilin  məzmununun  aşağıdakı  komponentlərdən  ibarət  olunması 
qənaətinə gəlirik 

 
bilik: 

 
fəaliyyət: 
Əgər  bilik  zəruri  komponent  kimi  qeyd  olunursa,  deməli, 
konkret olaraq biliklərin mənimsənilməsi didaktik əhəmiyyət daşı-


Gülarə Balayeva 
 
 
118 
yır və onun reallaşdırılması bir vəzifə kimi tələb olunur. Yaxud fəa-
liyyətlər  (idraki,  hissi-emosional,  psixomotor)  mühüm  komponent 
kimi  diqqət  mərkəzində  saxlanılırsa,  deməli,  onların  da  şagirdlərə 
aşılanması zəruri hesab edilir. 
 Məzmunun əsas elementlərindən biri kimi standartların yara-
dılması  istiqamətində  iş  apararkən  yuxarıda  göstərilmiş  kompo-
nentlər əsas götürülür. Həm biliklərin, həm də fəaliyyətlərin xarak-
terinə istinad olunur. Şagirdlərin ümumi inkişafını ifadə edən gös-
təricilər onlara əsasən hazırlanır.  
İbtidai  təhsilin  məzmununun  strukturu  hazırlanarkən  aşağı-
dakı bir sıra didaktik tələblərin diqqət mərkəzində saxlanılması da 
məqsədəuyğun hesab edilir. 
Birinci,  ibtidai təhsilin məzmununun strukturu  hazırlanarkən 
məktəbəqədər təhsilin məzmun xüsusiyyətləri, ilk növbədə, bilik və 
fəaliyyətlərin  ardıcıl  olaraq  davam  və  inkişaf  etdirilməsi  nəzərə 
alınır.  İbtidai  təhsillə  məktəbəqədər  təhsil  arasında  əlaqələr  daha 
çox  davametdirici  xarakter  daşıyır  və  varislik  mühüm  cəhət  kimi 
gözlənilir.  
İbtidai təhsilin məzmunu ilə orta təhsilin məzmunu arasındakı 
əlaqələr qismən dəyişir. Bu zaman hazırlıq funksiyası daha qabarıq 
nəzərə çarpır. İbtidai təhsil özünün məzmun strukturunda orta təhsil 
zamanı inkişaf etməli olan xüsusiyyətləri ümumiləşdirir. Ona görə 
də  ibtidai  təhsilin  məzmunu  ilə  orta  təhsilin  məzmunu  arasında 
əlaqələr perspektivlilik baxımından yeni mahiyyət kəsb edir.  
İkinci, ibtidai təhsil ümumi təhsilin səviyyələrindən biri kimi, 
başlanğıca  və  sonluğa  malikdir.  Onun  hökumət  tərəfindən  milli 
səviyyədə qəbul olunmuş özünəməxsus ümumi nəticələri olur. Bu 
nəticələr  ölçülə  bildiyindən  mahiyyət  etibarı  ilə  milli  standartlar 
hesab  edilir.  İbtidai  təhsilin  sonunda  şagirdlərin  hazırlıq  səviyyəsi 
həmin  ümumi  nəticələrə  əsasən  tərtib  olunmuş  qiymətləndirmə 
vasitələri  ilə  dəyərləndirilir.  Şagirdlərin  ümumi  təhsilin  növbəti 
səviyyəsinə  keçmələri  bu  qiymətləndirmənin  nəticələrinə  əsasən 
aparılır. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə