İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
119 
Bunlar  ümumi  təhsilin  bir  səviyyəsi  kimi,  ibtidai  təhsilin 
bütöv, bir tam halında başa çatmış, formalaşmış struktur olduğunu 
göstərir.  
Üçüncü,  ibtidai  təhsil  səviyyəsində  fənlərin  olması,  onların 
sonrakı  təhsil  səviyyələri  ilə  müqayisədə  daha  çox  inteqrativ 
xarakter  daşıması  mühüm  xüsusiyyətlərdən  biridir.  Adətən  ibtidai 
siniflərə dair fənlərin özündə müxtəlif elmin və onunla bağlı müx-
təlif sahələrin anlayışları ehtiva olunur. Bu yanaşma tərzi didaktika-
da  təhsilin  məzmununun  yaradılmasında  geniş  yayılmışdır.  Lakin 
hazırkı dövrdə ibtidai təhsilin daha geniş, tutumlu fənn blokları for-
masında  təqdim olunması inteqrativlik baxımından  daha  çox  əhə-
miyyət daşıyır. 
Dördüncü, ibtidai təhsilin məzmununun strukturunda üfiqi və 
şaquli inteqrativliyin olması onun mühüm əlamətlərindən biri kimi 
dəyərləndirilir.  Məzmun  struktur  cəhətdən  qurulduqda  fənlər  ara-
sında əlaqələrə, eləcə də hər bir fənnin uyğun anlayışları arasında 
bağlılığın yaradılmasına xüsusi didaktik əhəmiyyəti olan hadisə ki-
mi yanaşılır. 
İnteqrativliyin  nəzərə  alınması,  ilk  növbədə,  idrak  fəallığını 
yüksəldir,  şagirdlərin  təfəkkür  əməliyyatları  aparmasına  imkan 
yaradır.  İnteqrasiya  olan  yerdə  ibtidai  sinif  şagirdləri  daha  çox 
fəallıq  göstərir,  ümumiləşdirmələr  aparır,  oxşar  və  fərqli  cəhətləri 
müqayisə etməklə nəticələrə gəlir, müvafiq hökmlər çıxarırlar.  
Dissertasiyanın əvvəlki hissələrində ibtidai təhsilin məzmunu 
ilə bağlı aparılmış araşdırmaları və əldə olunmuş qənaətləri nəzərə 
almaqla onun strukturu aşağıda verilmiş cədvəldəki kimi ümumləş-
dirilir. 
 


Gülarə Balayeva 
 
 
120 
İbtidai təhsil pilləsi üzrə ümumi təlim nəticələri  
 
Məlumat 
toplamaq 
Analiz-sintez 
etmək 
Tətbiq etmək 
Hesabat 
vermək 
Məlumatı axtarmaq
oxumaq, səhvləri qeyd 
etmək, siyahıya almaq, 
tərcümə etmək, 
kodlaşdırmaq, istisna 
etmək, sözlərə məna 
vermək... 
Məlumatı qruplaşdır-
maq
Verilmiş şərtlərə görə 
elementləri qruplaşdır-
maq, qeyri-adi halları 
görmək, ifadəni forma-
sına görə tanımaq... 
Öncədən görmək: 
Ehtimal etmək, duy-
maq, eksperiment apar-
maq, sınamaq, nəticələ-
ri qismən tapmaq... 
Analiz etmək: 
Tələb olunanı 
seçmək proble-
min həlli çər-çi-
vəsini görmək, 
qəbul edilmiş 
təklifi (tərif, 
qayda, xassə, 
düstur, teo-
rem...) fərqlən-
dirmək ... 
Sintez etmək: 
Qarşılıqlı əlaqə 
yaratmaq, təklif 
və ya strategiya 
müəyyənləşdir-
mək, qrafik, cəd-
vəl və ya fiqur 
hazırlamaq ... 
İcra etmək: 
Müəyyən üsulu 
nəzərdə tutmaq, 
hesablamaq, kal-
kulyatordan 
istifadə etmək, 
bilik və bacarıq-
ları birbaşa tətbiq 
etmək, cədvəl 
doldurmaq, 
cədvəli və ya qra-
fiki tamamlamaq, 
verilənlərə görə 
dəqiqləşdirmə 
aparmaq... 
Qiymətləndirmə: 
Müəyyən ifadə-
nin, nəticənin eh-
timal edilən düz-
günlüyünü, 
dolğunluğunu 
yoxlamaq, tənqid 
etmək, təsvir 
etmək.. 
Qruplaşdırm
aq: 
Tərtib et-
mək, ifadə 
etmək, təsni-
fat vermək... 
Təqdim et-
mək: 
Nəticəni tə-
ləb olunan 
formada, 
təqdim et-
mək, lüğət-
dən istifadə 
etmək, işa-
rələmə və 
ya kodlaş-
dırma apar-
maq.. 
 
İbti-
dai 
təh-
silə 
ayrı-
lan 
vaxt 
(saat) 
1.
 
Ümumi təlim nəticələrinə uyğun 
fənlərin məntiqi əsaslandırılması; 
2.
 
Ümumi təlim nəticələrinə əsasən 
hər bir fənn üzrə nəticələr 
(standartlar). 
Təsviri 
sənət 
Musiqi 
Ana dili 
İnfor-
matika 
 
Həyat 
bilgisi 
Riyaziy
yat
 
İbtidai təhsilin məzmununun 
strukturu. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
121 
İbtidai  təhsilin  məzmununa  aid  verilmiş  bu  cədvəldə  vizual 
olaraq iki mühüm cəhət diqqəti cəlb edir. Onlardan birincisi ibtidai 
təhsilin məzmununun struktur elementləridir. Bu elementlər ikidir: 
ibtidai  təhsil  səviyyəsi  üzrə  ümumi  təlim  nəticələri;  ibtidai  təhsil 
səviyyəsi üzrə fənlər. 
İkincisi  isə  ibtidai  təhsilin  məzmununun  hazırlanmasında 
nəzərə alınan məntiqi ardıcıllıqdır. 
Bu  iki  cəhət  bir-birini  tamamlamaqla  ibtidai  təhsilin 
məzmununun  bütövlüyünü  ifadə  edir.  Onun  ümumi  şəkildə 
müəyyənləşdirilmiş məqsədlərinin həyata keçirilməsini təmin edir.  
İbtidai  təhsil  pilləsi  üzrə  ümumi  təlim  nəticələrinə  nələr 
daxildir? 
Ümumi  fəlsəfi  yanaşmada  nəticələr  fəaliyyətlərin  nəticəsi 
kimi  meydana  çıxır.  Lakin  hər  hansı  yekun,  tamamlanma,  nəticə 
hesab  edilmir.  Fəlsəfi  araşdırmalarda  belə  qənaət  hasil  edilir  ki, 
“nəticə  qarşılıqlı  təsir  nəticəsində  cisim  və  hadisələrin  məruz 
qaldıqları  dəyişikliklərdir”  (39,  s.265).  Təhsil  müstəvisində  bu 
dəyişikliklər  şagirdlərin  inkişafı  ilə  müşayiət  olunur.  Təhsil 
prosesində müxtəlif vasitələrdən istifadə olunması, bir subyekt kimi 
şagirdin  təlim  vasitələri  ilə  qarşılıqlı  təsiri  onların  idraki,  hissi, 
psixomotor  dəyişikliklərə  məruz  qalması  ilə  nəticələnir  və  onların 
şəxsiyyətində ümumi inkişaf müşahidə olunur.  
Bu  nəticələr  bir  sıra  özünəməxsus  cəhətləri  ilə  fərqlənir. 
Əvvəla,  onlar  deklorativ  xarakterli  fakt  və  hadisələrə  deyil, 
şəxsiyyətin  ümumi  inkişafını  müxtəlif  cəhətdən  xarakterizə  edən 
müddəalar kimi çıxış edir. Şagirdlərin keyfiyyət göstəricisinə çev-
rilir. Məsələn, şagirdin yaşına uyğun bədii, elmi-kütləvi və məlumat 
xarakterli mətnlər müəyyən edilmiş qaydada oxumağı; lüğətlərdən, 
məlumat  xarakterli  vəsaitlərdən,  kompyuter  texnikasından  istifadə 
etməyi;  zəruri  riyazi  bilikləri  həyatda  tətbiq  etməyi,  sadə  alqo-
ritmləri  yerinə  yetirməyi  bacarması  onun  oxu,  kommunikativ, 
məntiqi təfəkkürlə bağlı keyfiyyətlərinin inkişafını göstərir.  
Bunlar  nəticələrin  ümumi,  müxtəlif  cəhətləri  özündə  birləş-
dirən  inteqrativ  xarakter  daşıdığına  dəlalət  edir.  Nəticələrin  belə 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə