İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   39   40   41   42   43   44   45   46   47

Gülarə Balayeva 
 
 
128 
Fənlər  qurularkən  onun  gələcəkdə  müxtəlif  elm  sahələri  üzrə 
biliklərə  yiyələnmə  işinin  əsasını  təşkil  etməsi  başlıca  amil  hesab 
olunmuşdur.  Pedaqoji  araşdırmalarda  tədris  fənləri  xüsusi 
dəyərləndirilmişdir.  Göstərilmişdir  ki,  “Pedaqogikada  tədris 
fənlərini  elmin  əsası  kimi  müəyyən  edirlər.  Ona  görə  ki,  tədris 
fənlərinin  məzmunu  gələcəkdə  müasir  elmə  yiyələnməyə  imkan 
verir.” (145, s.15). Eyni zamanda belə bir qənaət hasil edilmişdir ki, 
“Elmin  əsas  müddəalarının  nisbi  davamlılığı  tədris  fənninin  məz-
mununu,  onun  daimiliyini,  sabitliyini  müəyyənləşdirən  həlledici 
amildir” (145, s. 115). 
Tədqiqatlardan  alınan  nəticələrdə  belə  qərara  gəlinmişdir  ki, 
hər  bir  elmdə  az  və  ya  çox  dərəcədə  müddəların,  əsas  və  ikinci 
dərəcəli səbəb və nəticələri məntiqi dinamik qarşılıqlı əlaqəsi möv-
cud olur. Bu müddəalar ilkin və elmi biliklər sisteminin formalaş-
masında xüsusi əhəmiyyət daşıyır (145, s.116). 
Ümumiyyətlə,  ibtidai  siniflərdə  tədris  fənlərinin  mahiyyəti 
barədə  belə  bir  ümumiləşdirmə  aparılır:  ibtidai  siniflərdə  tədris 
fənləri uşaqlarda formalaşmalı olan nəzəri biliklərin, praktik bacarıq 
və vərdişlərin məcmusunu əks etdirir (145, s.117). 
M.M.Skatkin, V.V.Krayevski “Tədris fənni adətən məktəbdə 
öyrənilən  müvafiq  elmin  əsaslarını  müəyyən  edir”  müddəasını 
təkzib  edərək  bildirirlər  ki,  “Təhsilin  məzmunu  elmə  aparıb 
çıxarmır.  Tədris  fənləri  (ədəbiyyat,  xarici  dil  və  s.)  elmin 
məktəbdəki  sadə  proyeksiyasını,  bu  və  ya  digər  elm  sahəsinin 
kiçildilmiş surətini özündə əks etdirmir. O, demək olar ki, yeni bir 
mahiyyət  kəsb  edir.  Belə  ki,  tədris  fənni  tədris  müəssəsində 
öyrənilməsi nəzərdə tutulan və müvafiq elm üzrə didaktik cəhətdən 
işlənən,  tərbiyə  və  inkişaf  imkanı  olan  zəruri  biliklərin,  habelə 
bunların  mənimsənilməsinə  xidmət  edən  bacarıq  və  vərdişlərin 
sistemidir” (153, s.37). Sonuncu  yanaşmada tədris fənni haqqında 
fikirlər ümumiləşdirilir, ona pedaqoji rəng verilir.  
Elmlə fənni eyniləşdirmək olmaz. Ötən əsrin birinci yarısında 
irəli sürülmüş müddəalarda bu iki anlayış arasında eyniyyəti görən 
olsa da, zaman keçdikcə reallıq meydana çıxmağa başlamışdır. Ona 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
129 
görə də tədris fənni və elm sahəsi arasında fərqlərin olması onları 
ayrılıqda  nəzərdən  keçirməyə  imkan  verir.  N.M.Kazımov  və 
Ə.Ş.Həşimovun araşdırmalarında (54, s.90) bu fərqlər xüsusi səriş-
təliklə  aydınlaşdırılmışdır.  Elm  sahələri  ilə  tədris  fənlərinin  siste-
mində, quruluşunda, anlayışlarında fərqlərin olduğu göstərilmişdir. 
İbtidai siniflərdə fənlərin inteqrativ xarakterdə olması, şagir-
din yaş və bilik səviyyəsinə uyğun müəyyənləşdirilməsi son dərəcə 
vacib  şərtdir.  Orada  elm  sahəsinə  aid  olan  anlayışlarla  yanaşı, 
pedaqoji, metodiki, psixoloji məsələlər də əks olunur. Y.Ş.Kərimov 
ibtidai  təhsilin  məzmununun  təkmilləşdirilməsi məsələsindən bəhs 
edərkən belə nəticəyə gəlmişdir ki, “Hər bir fənn uşağa intizamlılıq, 
məsuliyyət,  diqqəti  bir  məsələyə  cəmləşdirmək  kimi  iradi  keyfiy-
yətlər  aşılayır,  onun  təfəkkürünü  inkişaf  etdirir,  onda  müşahidə 
aparmaq, müqayisə və təhlil etmək, ümumiləşdirmək,  nəticə çıxar-
maq bacarığı yaradır” (67, s.146) . 
Bütün  bunlar  onu  göstərir  ki,  ibtidai  siniflərdə  fənlər  bilik, 
bacarıq və vərdişlərə, idrak bacarıqlarının əxlaqi-mənəvi, hissi emo-
sional keyfiyyətlərin formalaşdırılmasına da xidmət göstərməlidir.  
İbtidai  təhsilin  məzmununu  təşkil  edən  fənlərin  müəyyən 
olunması üç məsələnin nəzərə alınması kimi başa düşülür. Onlardan 
birincisi  fənlərin  tərkibinin  müəyyənləşdirilməsi,  ikincisi  hər  bir 
fənnin  konkret  olaraq  əsaslandırılması,  üçüncüsü isə hər bir  fənnə 
aid ümumi nəticələrin müəyyən olunmasıdır. 
Fənlərin  müəyyən  olunması  bir  problem  kimi  təhsilin  bütün 
mərhələ və səviyyələrində vacib şərtlərdən hesab olunur. Bu, ibtidai 
təhsil səviyyəsində özünəməxsusluğu ilə daha çox fərqlənir. 
Əvvəla,  ibtidai  siniflərdə  fənlərin  bu  təhsil  səviyyəsi  üzrə 
ümumi nəticələrə xidmət göstərməsi, onların reallaşdırılması istiqa-
mətinə  yönəldilməsi zəruri  tələb  hesab  edilir.  İkincisi, ibtidai  sinif 
şagirdlərinin yaş və psixoloji xüsusiyyətlərinin nəzərə alınması, fən-
lər, ilk növbədə, ona təlim marağı yaradan vasitə kimi yanaşılması 
daha  çox  inteqrativ  xarakterdə  olması  didaktik  cəhətdən  əhəmiy-
yətli hesab edilir.  


Gülarə Balayeva 
 
 
130 
Üçüncüsü,  ibtidai  siniflərdə  fənlərin  sayı  şagirdlərin  fiziki 
imkanlarına uyğun müəyyənləşdirilməli, onların daha çox oyun və 
istirahətinə imkan yaratmalıdır. 
İbtidai  təhsilin  məzmununa  daxil  olan,  hər  hansı  bir  fənnin 
zərurətini  ifadə  edən  müddəalar  əsaslandırılmış  olmalıdır.  Bu 
zaman onun şagirdi ümumi inkişaf baxımından təmin edən, idrak, 
hissi  və  fiziki  qabiliyyətlərinə  görə  irəlilədən  xüsusiyyətlərinə 
diqqət yetirilməlidir.  
Əsaslandırılma  zamanı  fənnin  praktik  cəhətdən  əhəmiyyəti 
həyati bacarıqların yaradılması baxımından şərh olunmalıdır. 
Araşdırmalar zamanı belə məlum olmuşdur ki, ibtidai təhsilin 
məzmununda  fənnin  əsaslandırılmasının  yer  tutması  onun 
əhəmiyyətli,  lazımlı  bir  fənn  olduğunu  inandırıcı  şəkildə  ifadə 
etməklə, ilk növbədə, onu reallaşdırmağa cəhd edən mütəxəssislərin 
fəaliyyətini istiqamətləndirir. Resurs hazırlayanlar, xüsusən dərslik 
müəllifləri  fənnin  hansı  xarakterik  cəhətlərinə  diqqət  yetirməyi 
məhz fənnin əsaslandırması yolu ilə müəyyənləşdirirlər.  
Hər  hansı  fənn  üzrə  tədris  fəaliyyətinin  müəyyənləşdirərkən  
müəllimlər üçün əsaslandırmalardan daha çox faydalanmaq imkanı 
yaranır. Onlar cari və gündəlik fəaliyyətlərini düzgün və məqsədə-
uyğun şəkildə qurmaq üçün fənnin əsaslandırmasına istinad edirlər. 
Fənnin  tədrisi  prosesində  nələrin  prioritet  olmasını  və  üstün  cəhət 
kimi  nəzərə  alınmasını  ilkin  yanaşmada  əsaslandırmalar  vasitəsilə 
müəyyənləşdirirlər. 
İbtidai  təhsilin  məzmununda  hər  bir  fənnin  əsaslandırılma-
sından sonra ona aid ümumi nəticələrin də verilməsi məqsədəuyğun 
hesab edilir. İbtidai təhsil mərhələsində fənlər üzrə ümumi nəticələr 
mahiyyət  etibarı  ilə  bu  fənnə  aid  milli  standartlardır.  Onlar  zəruri 
tələbatlar kimi ümumiləşdirilərək hökümət tərəfindən təsdiq olunur. 
Hər hansı fənnin məzmununu ifadə edir. Bu məzmun standartları da 
bir sıra xüsusiyyətləri ilə seçilir. 
İlk  növbədə,  standartlar  şagirdlərin  hər  hansı  fəaliyyət 
sahəsində  inkişafını  ifadə  etməklə  onların  səriştəlilik  səviyyəsini 
göstərir.  Fənlər  üzrə  bu  göstəricilər  ümumilikdə  ibtidai  təhsilin 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə