İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   39   40   41   42   43   44   45   46   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
131 
keyfiyyət  göstəricilərini  əks  etdirir.  Bütövlükdə  ibtidai  təhsilin 
keyfiyyətinin idarə olunmasında həmin göstəricilər vasitəyə çevrilir.  
Məktəbdaxili  qiymətləndirmənin  keçirilməsində  əsas  vasitə 
kimi  istifadə  olunan  bu  standartların  xarakteri  onu  daha  yaxından 
öyrənməyi tələb edir. Standartların ibtidai təhsildə mövqeyi, onun 
bilik və fəaliyyətləri ehtiva etməsi, həm başlanğıcda istiqamətverici, 
sonda isə yekunlaşdırıcı rola malik olunmasını göstərir. 
Fənlər  üzrə  məzmun  standartları  inteqrativ  xarakterə  malik 
olmaqla  daha  çox  ümumi  səciyyə  daşıyır.  Onların  nümunəsində 
yalnız bacarıq və qabiliyyətləri müşahidə etmək mümkün olur. Bu 
bacarıq və qabiliyyətlər bir və ya bir neçə  dərsdə deyil, ardıcıl və 
əlaqəli qurulmuş təlim prosesində qazanılır. 
Adətən  belə  nəticələrin  reallaşdırılması  müəllimdən  xüsusi 
bacarıq və peşəkarlıq tələb edir. Onların pedaqoji qabiliyyətlərinin 
meydana çıxmasına şərait yaradır. 
İbtidai təhsilin məzmununun struktur komponentləri, onların 
ardıcıl  düzülməsi  xüsusi  məntiqi  fəaliyyətin  nəticəsi  kimi 
dəyərləndirilir.  Bu  fəaliyyət,  ilk  növbədə,  məzmunun  fəlsəfəsini 
anlamaqdan,  hər  kəsin  onu  özü  üçün  dərk  etməsindən  başlayır. 
Sosioloji araşdırmalar, müzakirə və sorğular keçirməklə cəmiyyətin 
tələbatları  öyrənilir.  Yaradılmış  işçi  qrupları  tərəfindən  vəziyyətə 
uyğun  təhsil  səviyyəsi  üzrə  ümumi  nəticələr  müəyyənləşdirilir. 
Həmin nəticələr inteqrativ mahiyyət daşıdığından nəzəri və praktik 
xarakterdə olan zəruri bacarıqları (səriştələri) meydana qoyur.  
İbtidai  təhsil  üzrə  fənlərin  adı,  məzmunu  mövcud  stan-
dartların  imkanları  fonunda  yaranır.  Müəyyənləşdirilmiş  fənlər 
əsaslandırılır, onların həyati əhəmiyyət kəsb edən tərəfləri qabarıq 
şəkildə ifadə olunur. 
İbtidai  təhsilin  məzmununun  strukturunda  hər  bir  fənnə  aid 
ümumi nəticələrin verilməsi onun ən xarakterik cəhətlərindən hesab 
olunur. Əslində həmin nəticələr fənlər üzrə ümumi standartlar kimi 
qəbul olunur və fənn kurikulumlarında onlar siniflər üzrə standartlar 
kimi konkretləşdirilərək davam etdirilir. 


Gülarə Balayeva 
 
 
132 
Standartların cəmiyyətin sosial tələbatlarına uyğun olmasını, 
fərdi    deyil,  ictimai-kütləvi  xarakter  daşımasını,  obyektiv  fikrin 
məhsulu  olmasını  təmin  etmək  məqsədi  ilə  onu  hazırlamaq  üçün 
tərkibi  müəllim,  şagird,  valideyn,  cəmiyyətin  digər  üzvlərindən 
ibarət  işçi  qrupu  yaradılır.  Onlara  Azərbaycanda  aparılan  təhsil 
quruculuğu  ilə  bağlı  məlumatlar  verilir.  Yeni  təhsil  siyasətinin 
mahiyyəti  açıqlanır.  Yeni  kurikulumlarla  bağlı  fəaliyyətlərini 
planlaşdırmaq üçün müəllimlərə peşəkarlıq bacarıqları aşılanır, yeni 
pedaqoji  texnologiyalarla,  interaktiv  təlim  metodları  ilə  işləmək 
üçün onlara müvafiq tövsiyələr verilir. 
Bütün bunlar aşağıdakı nəticələrə gəlməyə imkan verir. 
1.
 
İbtidai  təhsilin  məzmununun  struktur  cəhətdən  müəyyən 
olunması onun nəzəri pedaqoji əsasda hazırlanmasına təminat verən 
başlıca şərtlərdən biri kimi qəbul edilir. 
2.
 
İbtidai  təhsilin  məzmununun  yeni  strukturunda  bilik  və 
fəaliyyətlər  əsas  yer  tutur  və  onların  reallaşdırılması  üçün  optimal 
sistemin qurulması didaktik cəhətdən faydalı hesab edilir. 
3.
 
İbtidai  təhsilin  məzmununun  struktur  komponenti  kimi 
ümumi  nəticələr  və  fənlər  qəbul  olunmaqla  onların  hazırlanması 
üçün müvafiq iş sistemi müəyyənləşdirilir. 
4.
 
 Müəyyən  iş  sistemində    işçi  qruplarının  yaradılması  və 
maarifləndirilməsi  ön  plana  çəkilir.  Onlara  fəaliyyətlərini  düzgün 
qurmaları üçün tövsiyələr verilir. 
5.
 
Məzmunun  müəyyən  olunması  zamanı  ibtidai  təhsil 
səviyyəsi  üzrə  ümumi  nəticələr  ilkin  olaraq  konkretləşdirilir. 
Məzmun  ibtidai  təhsil  səviyyəsi  üzrə  ümumi  nəticələrdən  fənlər 
üzrə nəticələrə doğru müəyyən olunmuş ardıcıllıqla hazırlanır.  
6.
 
 Fənlərin  müəyyən  olunmasında  şagirdləri  idrak,  hissi-
emosional  və  psixomotor  fəaliyyətlərə  yönəltməklə  onlarda  əqli, 
əxlaqi-mənəvi dəyərlərin və hərəki qabiliyyətlərin formalaşdırılma-
sına  üstünlük  verilir.  Şagirdlərin  bir  şəxsiyyət  kimi  formalaş-
dırılması prioritet istiqamət hesab edilir. 
 
 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
133 
 
 
 
Nəticə 
 
Aparılmış  araşdırmalar  aşağıdakı  nəticələrə  gəlməyə  imkan 
verir. 
1. “Təhsilin məzmunu” əsas pedaqoji anlayışlardan biri kimi 
pedaqoji  tədqiqatların  mərkəzində  dayanmış,  ona  müxtəlif 
münasibətlər  bildirilmişdir.  Onun,  əsasən,  ənənəvi  olaraq    bilik, 
bacarıq  və  vərdişlər  sistemindən  ibarət  olması  barədə  fikirlərin 
olduğu  müəyyən  edilmişdir.  Təhsilin  məzmunu  bilik,  bacarıq  və 
vərdişlər  sistemi  ilə  yanaşı,  şagirdlərin  mənimsədikləri  idraki, 
əxlaqi-mənəvi və fiziki dəyərləri də ehtiva edir. 
2. Sosial hadisə kimi təhsilin məzmununun  formalaşmasında 
aşağıdakı şərtlər əsas rol oynayır: 

 
dünyada  məlumatların  çoxalması,  informasiya  bolluğunun 
yaranması; 

 
təhsilin  demokratik  və  humanist  prinsiplər  əsasında  qurul-
ması; 

 
təhsilin ictimai xarakterə malik olması; 

 
keyfiyyətin qiymətləndirilməsi. 
3. Azərbaycanlı  tədqiqatçılar M. N. Skatkin və  İ. U. Lerner 
tərəfindən müəyyən olunmuş təhsilin məzmununun komponentləri 
ilə  bağlı  fikirlərini  konseptual  əsas  kimi  nəzərə  alaraq  davam 
etdirmiş,  həmin  fikirlərin  ümumi  təhsilin  hər  bir  səviyyəsinə,  o 
cümlədən ibtidai təhsilə də aid olması qənaətinə gəlmişlər. 
İbtidai  təhsilin  məzmununun  formalaşması  ilə  bağlı 
tədqiqatlarda  cəmiyyətin  bütün  sahələrində  gedən  dəyişikliklərin 
ona təsir göstərən vacib amil olduğu aşkar edilmişdir. 
4.  Ümumi  təhsilin  məzmununun  müəyyənləşdirilməsi  prin-
sipləri  ümumpedaqoji  aspektdə  tədqiq  edilmiş,  Azərbaycanda  hə-
min  araşdırmaların nəticələrindən istifadə  olunmuş,  ibtidai təhsilin 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə