İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

Gülarə Balayeva 
 
 
68 
Göründüyü  kimi,  həm  ana  dilindən,  həm  də  riyaziyyatdan 
fənnin  əsaslandırılması  zamanı  zəruri  bilik  və  bacarıqlara  diqqət 
yönəldilmiş, onları sadalamaqla fənlərin vacibliyi ifadə edilmişdir. 
Əslində  isə  fənnin  əsaslandırılması  zamanı  ona  aid  bilik  və 
bacarıqlardan həyatın hansı sahələrində istifadə olunması, şagirdin 
praktik  olaraq  onu  harada  tətbiq  etməsi  müəyyənləşdirilməli  və 
onlara  istinad  olunmalıdır.  Bu,  fənnin  zəruriliyini  ifadə  etməklə 
onun daha inandırıcı təqdim olunmasına kömək edə bilər. 
Heç  şübhəsiz,  burada  bir  təhsil  pilləsi  səviyyəsində  ümumi 
yanaşma  tərzindən  istifadə  olunur.  Bu  yanaşma  ümumi  milli 
səviyyədə  fənnin  müəyyən  pillə  üçün  əhəmiyyətlilik  dərəcəsini 
ifadə edir. Yuxarıda qeyd olunduğu kimi, ibtidai təhsilin məzmunu 
nəticələr formasında ifadə edilir. Bunlar təhsil pilləsinin sonu üçün 
müəyyən  olunmuş  nəticələrdir.  İlkin  yanaşmada  həmin  nəticələr 
inteqrativ  xarakter  daşıyır  və  ibtidai  təhsilin  sonunda  milli 
standartlar səviyyəsində təqdim olunur. 
İbtidai təhsilin yeni məzmununda ümumi nəticələr fənlər üzrə 
də müəyyənləşdirilir. Hər bir fənn əsaslandırıldıqdan sonra ona aid 
ümumi  nəticələr  təqdim  olunur.  Məsələn,  ana  dili  və  riyaziyyat 
fənləri üzrə aşağıdakı nəticələr müəyyən olunmuşdur:  
Ana dili üzrə:  
“Şagird:  

  sərbəst,  düzgün,  surətli,  şüurlu,  ifadəli  oxuyur  və  savadlı 
yazır; 

dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir; 

 oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir; 

  ayrı-ayrı  məntlərdən  əsas  faktları  seçib  qruplaşdırır;  kiçik 
həcmli mətnlər qurur. 

  Azərbaycan  xalqının  dili,  əxlaqi-mənəvi  dəyərləri,  milli 
adət-ənənələri,  tarixi,  mədəniyyəti,  incəsənəti  haqqında  qazandığı 
ilkin məlumatları sadə formada təqdim edir; 

  lüğətlərdən,  məlumat  kitablarından  istifadə  edir”  (14, 
s.134). 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
69 
Riyaziyyat  üzrə:  
“Şagird:  

 milyon dairəsində natural ədədlər və sıfır üzərində dörd he-
sab  əməlini  yerinə  yetirir,  say  sistemində  rəqəmlərin  ədədlərdə 
mövqeyini və xüsusi çəkisini (mərtəbə vahidləri) müəyyənləşdirir; 

  hesab  əməllərində  naməlum  komponenti  məlum  kompo-
nentlə ifadə edir, kəmiyyətlərdən (pul, çəki, uzunluq, sahə, zaman) 
həyatı məsələlərin həllində istifadə edir; 

 sadə müstəvi fiqurların və fəza cisimlərinin xüsusiyyətlərini 
müəyyənləşdirir və təsvir edir; 

 ədədi məlumatları toplayıb qeyd edir, sistemləşdirir, nüma-
yiş etdirir və şərh edir” (14, s.135).  
Göründüyü kimi, bu fənlər üzrə nəticələrdə də təhsil pilləsinin 
səviyyəsi  baxımından  konkret  olmayan  nəticələr  vardır.  Məsələn, 
“sərbəst, düzgün,  sürətli, şüurlu ifadəli oxuyur”, “dialoqa girir, sa-
vadlı yazır”, “sadə müstəvi fiqurların və fəza cisimlərinin xüsusiy-
yətlərini  müəyyənləşdirir  və  təsvir  edir”,  “ədədi  məlumatları  top-
layıb qeyd edir, nümayiş etdirir və şərh edir” və s. Bunlar elə tələb-
lərdir  ki,  onlar  daha  ümumi  xarakter  daşıyır  və  konkretləşd-
irilməsinə ehtiyac olduğu aydın görünür.  
Araşdırmalar  qənaətə  gəlməyə  imkan  verir  ki,  “Azərbaycan 
Respublikasında  Ümumi  Təhsilin  Konsepsiyası  (Milli  Kurikulu-
mu)”  sənədində  ümumi  ibtidai  təhsilin  bölməsində  nəticələr  ayrı-
ayrı fənlər üzrə sahələrə aid anlayışların nəzəri və praktik cəhətdən 
formalaşmasına  yönəldilmişdir.  Şagirdlərin  intellekt  səviyyəsinin 
yüksədilməsinə,  idrak  fəaliyyətinə  dair  bacarıqların  formalaşdırıl-
masına zəif diqqət  yetirilmişdir.  Bütün bunlar  aşağıdakı  nəticələrə 
gəlməyə imkan vermişdir. 
1) ibtidai təhsilin məzmunun yaradılması sahəsində Azərbay-
canda  zəngin  təcrübə  toplanmışdır.  İbtidai  təhsilin  dördillik,  sonra 
üçillik, daha sonra dördillik, olması ona, 6 və 5 yaşdan başlaması 
təhsilin  məzmunun  nəzəri-pedaqoji  cəhətdən  araşdırılmasını,  tək-
milləşdirilməsini bir zərurət kimi qarşıya qoymuşdur.   


Gülarə Balayeva 
 
 
70 
2) Azərbaycanda təhsil islahatının həyata keçirildiyi müddət-
də təhsilin standartları iki dəfə hazırlanmış təsdiq olunaraq istifadə-
yə verilmişdir. Birinici dəfə 1999-cu ildə “Azərbaycan Respublika-
sında ümumi orta təhsilin dövlət standartlarının” tərkib hissəsi kimi 
hazırlanmışdır.  İkinci  dəfə  2006-ci  ildə  “Azərbaycan  Respublika-
sında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədinin 
hissəsi kimi işlənmişdir. 
3) ”Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsi-
yası  (Milli  Kurikulumu)”  sənədində  verilmiş  ibtidai  təhsilin  məz-
mununda  ibtidai  təhsilin  məqsədləri,  ümumi  təlim  nəticələri,  bu 
pillə  üzrə  fənlər,  onların  əsaslandırılması,  ümumi  nəticələr  əhatə 
edilmişdir. 
4) bəzi məqsəd və nəticələrin arasında uyğunsuzluğun olması, 
nəticələrin  ibtidai  təhsil  səviyyəsi  baxımından  qeyri-konkretliyi, 
şagirdlərin  intellekt  səviyyəsinin,  idrak  fəallığının  inkişaf  etdiril-
məsi  ilə  zəif  əlaqəliliyi  ibtidai  təhsilin  məzmununun  bilavasitə  el-
mi–nəzəri  problemlərinin  müasir  səviyyədə  həll  olunmaması  ilə 
bağlıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə