İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   4   5   6   7   8   9   10   11   ...   168

 
16
Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə.253 nəfər, 1897-ci ildə 331, 
1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır (415, 68-69, 
144-145). 
1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar 
kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.  İndiki 
Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə 
dönmüşdür. Burada 1922-ci ildə 3 nəfər azərbaycanlı, 31 erməni, 1926-cı ildə 76 nəfər azərbaycanlı, 
105 erməni, 1931-ci ildə 202 nəfər azərbaycanlı, 111 erməni, 55 kürd (415, s. 69, 145), 1939 - cu ildə 
442, 1959 - cu ildə 287, 1970-ci ildə 2200 nəfər (427, s.179) azərbaycanlı  və erməni  əhalisi 
yaşamışdır. Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi 
birləşdirilmişdir. Kənddə yaşayan azərbaycanlılar da 1988-ci ildə Ermənistan dövləti tərəfindən 
qovulmuş, deportasiya edilmişdir. 
Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən  əmələ  gəlmişdir. Kənd 
adını  kəndin  ərazisindəki albanlara məxsus ağ  rəngli qaladan götürmüşdür. Mürəkkəb quruluşlu 
toponimdir. 
Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk 
(Qala yeri) qoyulmuşdur. 
Ağdaban - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu 
ərazisində kənd. Bazarçayın sağ sahilində yerləşirdi (427, s.168). 
Toponim türk dilində «hündür, uca, yüksək» mənasında işlənən ağ sözü ilə türk dilində 
«yüksək dağ aşırımı, dağ aşırımı, aşırım, təpə» mənasında işlənən daban sözündən (339, s.168) əmələ 
gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ağdağ - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda dağ. Malışka kəndinin şimal-şərqində yerləşir. Hündürlüyü 1897 m-dir. Oronim qədim türk 
dilində «uca, hündür» mənasında işlənən  ağ  sözü  əsasında  əmələ  gəlmişdir. Mürəkkəb quruluşlu 
oronimdir. 
Ağdamlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. 
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.4). 1897-ci ildə 39 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.46-47). XX  əsrin  əvəllərində - 1905-1906-cı illərdə ermənilərin təcavüzü 
nəticəsində azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir. 
Toponim rəng bildirən ağ sözü ilə -lar cəm  şəkilçisi qəbul etmiş, türk dilində «ev, divar» 
mənasında işlənən dam sözünün (339, s.170-171) birləşməsindən  əmələ  gəlmişdir. Relyef əsasında 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) 
rayonunun Ağdan kəndində çay. Ağstafa çayına tökülür. 
Ağdaş - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
kənd. Axtala və  Şamlıq kəndlərinin yaxınlığında yerləşmişdir. Kənd XIX əsrdə dağıdılaraq  əhalisi 
Axtala və Şamlıq kəndlərinə köçürülmüşdür. İndi xaraba kənddir. 
Toponim «kiçik, xırda» mənasını ifadə edən   sözü ilə (359,I(1), s.96) qədim türk dilində 
«çöl, səhra, açıq yer» mənasında işlənən daş (339, s.539) sözünün birləşməsindən əmələ gəlmişdir və 
«kiçik açıq yerdə, səhrada olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Ağadədə - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda pir. 
Rayondakı Gülücan kəndinin yaxınlığında yerləşir. 
Ağdərə - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayondakı Dərətumb kəndinin yanında, Səlim çayının sağ tərəfində yerləşirdi. 1831-
ci ildə 78 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, 90-91,160). XIX əsrin sonlarında 
ləğv edilmişdir. 
Toponim qədim türk dilində «kiçik, balaca» mənasında işlənən   sözü ilə (359, 1(1), s.96) 
Azərbaycan dilində «iki dağ və ya təpə arasında çuxur», «uzun dərin çuxur» mənasında işlənən dərə 
sözünün birləşməsindən əmələ gəlib «kiçik, balaca dərə yanındakı kənd» mənasını ifadə edir. Relyef 
əsasında yaranan mürəkkəb toponimdir. 


 
17
Ağadərəsi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqadzor 
(dzor erməni dilində dərə deməkdir) formasında işlədilir (415,s.44). 
Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 14 nəfər, 1886-cı ildə 15 nəfər, 
1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, 44-45, 124). XX əsrin əvvəllərində, 1905 - 1906-cı 
illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 
Toponim Azərbaycan dilində «varlı, zadəgan, mülkədar» mənasında işlənən ağa və III şəxsin 
təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı II növ 
təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Katnaxpyur (Südlü 
bulaq) qoyulmuşdur. 
Ağzıbir - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. 
Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.5). 
Kənddə 1831-ci ildə 108 nəfər, 1873 - cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 
696, 1904 - cü ildə 755, 1914 - cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır 
(415,s. 68-69, 144-145). 1918-ci ildə  Kəndin  əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə 
dönə bilmişlər. 
Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır (415, s.145). 1922-26-cı illərdə kənddə 
ermənilər yerləşdirilmiş  və azərbaycanlılar sıxışdırılmışdır. 1926-cı ildə  kənddə 165 nəfər 
azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni (415, 69, 145), 1947-ci ildə 
600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci 
ildə Azərbaycanın Ağdaş rayonuna köçürülmüşdür. O vaxtdan kənddə yalnız ermənilər yaşayır. 
Toponim «tək bir çıxacağı olan yer» «kiçik dağ yolu» mənasında işlənən ağzıbir sözü əsasında 
(359,I(1), s.67; 9, s.39) formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır. 
  
Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır. 
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il tarixli fərmanı ilə  kəndin adı  dəyişdirilib Lçap 
qoyulmuşdur. 
Ağin - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Gümrü  şəhərindən 22-23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə  Ağit kimi (143,s.l30), Qafqazın 5 verstlik xəritəsində  Ağin formasında (348, s.5) qeyd 
edilmişdir. 
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi 
torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-
78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s.177). 
Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən  sözü ilə qədim türk 
dilində «daxma, koma, mağara» mənasında işlənən  in sözünün (299, s.209) birləşməsindən  əmələ 
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. 
Ağıllı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda 
yaylaq. Rayondakı Toxluca kəndinin şimal-şərqində yerləşir. Oronim Azərbaycan dilində «mal-qara, 
qoyun saxlamaq üçün hasarlanınış yer» mənasında işlənən ağıl sözünə (9, s.45; 339, s.38) -lı 
şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Düzəltmə quruluşlu oronimdir. 
Ağyar - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın 
sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur (364, № 736). İlk dəfə XII-XIII 
əsrlərdə adı çəkilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 
1828-29 - cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür (427, s.20). Burada 
ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı 
yaşamışdır (415, 90-91, 160-161). İndi yalnız ermənilər yaşayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə