İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   2   3   4   5   6   7   8   9   ...   168

 
4
adını çəkmişlər. Bu fundamental əsər Azərbaycan mənşəli coğrafi adlara tarixi dayaqdır. B.Budaqov 
və Q.Qeybullayev izahlı lüğətdə bir daha sübut etmişlər ki, azərbaycanlılar indiki Ermənistan ərazisinə 
gəlmə deyil, aborigen olmuşlar. 
İbrahim Bayramovun «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» adlı əsəri B.Budaqov və 
Q.Qeybullayev ənənəsinin yeni davamı kimi qiymətləndirilməlidir. 
İbrahim  Bayramov müqayisəli tədqiqat üsulu ilə Ermənistanda olan coğrafi adları yenidən 
qələmə almış, onları linqvistik baxımdan həm də yeni zəngin dil materialları ilə izah etmiş, onların 
kəmiyyət göstəricilərini vermişdir. 
İbrahim  Bayramov bu kitabında Ermənistanda olan Azərbaycan mənşəli coğrafi adları bir 
daha linqvistik süzgəcdən keçirmiş  və bu toponimlərin tədqiqinin gələcəkdə  də vacibliyini 
göstərmişdir. 
Ermənistanda (Qərbi Azərbaycanda) olmuş Azərbaycan toponimlərində zəngin tarixi, coğrafi, 
linqvistik, folklor, arxaik sözlər, terminlər baxımından zəngin materialların olmasını  nəzərə alaraq, 
onları ardı-arası  kəsilmədən tədqiq etmək gələcək nəslin də qarşısında duran mühüm elmi problem 
olaraq qalır. 
BUDAQ BUDAQOV, akademik 


 
5
GİRİŞ 
 
Toponimlər canlı  sənədlərdir. Elin, obanın tarixinin araşdırılmasında toponimlər  əvəzedilməz 
mənbədir. Toponimlər vasitəsilə xalqın təşəkkülü, tarixi və soykökünü elmi şəkildə öyrənmək 
mümkündür. 
Hər bir el, oba xalq tərəfindən verilən adı ilə tanınır və bu adla da tarixdə yaşayır. Xalqın 
tarixinə dair ən xırda cizgiləri belə özündə qoruyub saxlayan, zamanın sınağından çıxan yurd adları 
(toponimlər) dilin ən qədim qatlarını mühafizə edib gələcək nəslə çatdırır. 
Bu baxımdan da, yer-yurd adlarının (Toponimlərin) tədqiqi dövrün ən vacib problemlərindən 
biridir.  İndiyə  qədər  Şimali Azərbaycan toponimləri elmi şəkildə araşdırılmış  və  dəyərli tədqiqat 
əsərləri yazılmışdır. Tanınmış tədqiqatçilardan A.Qurbanov, B.Budaqov, A.Axundov, Ə.Hüseynzadə, 
S.Mollazadə, R.Yüzbaşov, K.Əliyev, T.Əhmədov, Q.Məşədiyev, Q.Qeybullayev, F.Xalıqov, 
A.Hacıyev və başqa onomaloqlar qiymətli tədqiqat işləri aparmışlar. Bu əsərlər xüsusi elmi əhəmiyyət 
kəsb edirr 
Qeyd edək ki, qədim Oğuz yurdu olan indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır. Bu 
torpaqlar Azərbaycandan mərhələ-mərhələ qoparılaraq qondarma erməni respublikası yaradılmış və bu 
gün xalqımız üçün yad, əlçatmaz, ün yetməz bir yerə çevrilmişdir. Həmin vaxtdan da ermənilər yer 
adlarımızı dəyişdirərək erməni mənşəli adlarla əvəz etmiş, Azərbaycan türklərinin bu ərazidəki izlərini 
tarixdən silməyə çalışmışlar. Bizim məqsədimiz Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli 
yer-yurd adlarını tarixi-linqvistik baxımdan tədqiq etməkdir. Bu tədqiqat əsəri məhz belə bir məqsədə 
xidmət edir. 
Məlum olduğu kimi, indi Ermənistan adlanan ərazi Azərbaycanın tarixi torpaqları olmaqla 
yanaşı, Azərbaycan türklərinin tarixi etnik torpaqları olmuşdur. Ermənilər bu əraziyə kütləvi surətdə 
1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülmüş, ruslara arxalanaraq ərazinin köklü sakinləri 
olan Azərbaycan türklərini sıxışdırmağa, tarixi etnik vətənlərindən deportasiya etməyə başlamışlar. 
Azərbaycanlılar ta qədimdən XX əsrin 80-cı illərinin sonu, 90-cı illərin əvvəllərinə qədər indiki 
Ermənistan  ərazisində yaşamışlar. Bu torpaq Azərbaycan türklərinin ata-baba yurdlarıdır. Onlar 
zaman-zaman erməni təcavüzünə  məruz qalaraq deportasiyaya olunmuşlar. Təkcə XX əsrdə dörd 
dəfə(1905-1906, 1918-1920, 1948-1953,1988-1991) azərbaycanlılar indiki Ermənistan  ərazisindən – 
tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş, soyqırımına məruz qalmışlar. «Türksüz 
Ermənistan» uğrunda mübarizə aparan ermənilər və onların ideoloqları, eləcə  də yaxın və uzaq 
xaricdəki havadarları etnik təmizləmə  əməliyyatını 1991-ci il avqustun 8-də başa çatdırdılar. Həmin 
gün Meğri rayonunun ən böyük kəndlərindən biri - Nüvədi kəndi soyqırımına məruz qalaraq kəndin 
köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olundular. Beləliklə, indi 
Ermənistan adlanan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmadı. Halbuki 1828-ci ildə 
İrəvan şəhərində 7331 nəfər azərbaycanlı, 2369 erməni, İrəvan xanlığının Zəngibasar mahalında 5413 
nəfər azərbaycanlı, 603 erməni, Gərnibasar mahalında 4176 nəfər azərbaycanlı, 145 erməni, Vedibasar 
mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni, Saatlı mahalında 1004 nəfər azərbaycanlı, Seyidli və 
Axsaxlı mahalında 1754 azərbaycanlı,28 erməni, Sərdarabad mahalında 1837 nəfər azərbaycanlı, 3214 
erməni, Dərəçiçək mahalında 1300 nəfər azərbaycanlı, 552 erməni, Göyçə mahalında 5607 nəfər 
azərbaycanlı, 90 erməni, Naxçıvan xanlığının Dərələyəz mahalında 4583 nəfər azərbaycanlı, 288 
erməni yaşamışdır (386, s.543-621). 
Türkmənçay müqaviləsindən sonra, 1828-1830 - cu illərdə İran və Türkiyədən İrəvan şəhərinə 
1763, Qırxbulaq mahalına 1274, Zəngibasar mahalına 2360, Gərnibasar mahalına 5359, Vedibasar 
mahalına 1069, Sərdarabad mahalına 377, Karpibasar mahalına 3073,Abaran mahalına 8875. 
Dərəçiçək mahalına 6798, Göyçə mahalına 8557, Dərələyəz mahalına 2773 erməni köçürülüb 
yerləşdirilmişdir (386, s.543-622). Bununla da Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən - 
tarixi-etnik torpaqlarından deportasiyası üçün real zəmin yaradıldı. 
1905-1906-cı ildə baş verən erməni azərbaycanlı müharibəsi, 1914 - cü ildə başlanan I dünya 
müharibəsi və 1918-ci ildə indiki Ermənistanda daşnakların hakimiyyətə  gəlməsi nəticəsində 
azərbaycanlılar ermənilərin soyqırımına məruz qalmışlar. Təkcə 1919-1920-ci illərdə Abaran 
rayonundan 3691, Allahverdi (indiki Tumanyan) rayonundan 1666, Axta (indiki Razdan) rayonundan 
8053, Ağbaba (indiki Amasiya, Axuryan və Qukasyan rayonları) rayonundan 13645, Əştərək 
rayonundan 11313, Basarkeçər (indiki Vardenis) rayonundan 26238, Gorus rayonundan 1429, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə