İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   2   3   4   5   6   7   8   9   10   ...   168

 
14
azərbaycanlı yaşamışdır (415, s. 76-77). XX əsrin  əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar 
köçürülərək kənd ləğv edilmişdir. İndi xarabalığa çevrilmiş kənddir. 
Toponim «hörmətli, ağsaqqal» mənasında işlənən ağ sözü ilə Ağa şəxs adının birləşməsindən 
əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ağbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda 
bulaq. Suyu içməyə yararlı olduğu üçün Ağbulaq adlandırılmışdır. 
Ağbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
kənd. Rayon mərkəzindən 15 km qərbdə, Bazarçayın sağ qolu olan Kəşin çayının sol sahilində 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində «Ağbulaq qışlağı» formasında (348, s.4) qeyd edilmişdir. 
Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə  məruz qalaraq deportasiya 
olunmuşdur.  İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik 
torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 66 nəfər, 1931-ci ildə 88 nəfər (415, s.28-29, 112-
113), 1939 - cu ildə 146 nəfər, 1959 - cu ildə 187 nəfər, 1970-ci ildə 335 nəfər (427, s.166) yalnız 
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında Ermənistan dövləti tərəfindən Kəndin 
sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq 
hidroterminindən  əmələ  gəlmişdir. Kəndin adı  ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. 
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ağbulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda 
kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd 
edilmişdir. Toponimin Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə 
bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Lusaxbyur qoyulmuşdur. 
Ağbulaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. «İrəvan  əyalətinin icmal 
dəftəri»ndə (143, s.119), Qafqazın 5 verstlik xəritəsində (348, s.4) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 136, 1873 - cü ildə 422, 1886-cı ildə 575, 1908-ci ildə 940, 1914 - cü ildə 
982, 1919 - cu ildə 1329 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.30-31,114-115). 1919 - cu ilin 
fevral-mart aylarında Kəndin  əhalisi ermənilər tərəfindən qovulmuşdur.  İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıtmışlar. 
Kənddə 1922-ci ildə 1053, 1926-cı ildə 1113, 1931-ci ildə 1392 (415, 31, 115), 1939 - cu ildə 
1504, 1959 - cu ildə 1141, 1970-ci ildə 1563, 1979 - cu ildə 1450 nəfər (427, s.166) yalnız 
azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən gecə saat 
1-3 radələrində  kəndin  əhalisi vəhşicəsinə tarixi-etnik torpaqlarından qovulmuşdur.  İndi burada 
ermənilər yaşayır. 
Toponim «içməyə yararlı, keyfiyyətli su» mənasında işlənən   sözü ilə bulaq hidroniminin 
birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Ermənistan Respublikası prezidentinin 19.IV.1991-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib 
Axperek qoyulmuşdur. 
Ağbulaq - Qafan rayonunda bulaq. «Keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü 
ilə bulaq sözünün birləşməsindən  əmələ  gəlmişdir. Suyu içməyə yararlı olduğu üçün Ağbulaq 
adlandırılmışdır. 
Ağbulaq - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd 
olmuşdur. Kənd Vedi çayının sahilində yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir 
(348, s.4). 
Kənddə 1897-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). XX əsrin  əvvəllərində, 
1905-1906-cı illərdə azərbaycanlılar qovularaq kənd ləğv edilmişdir. Toponim «keyfiyyətli» 
mənasında işlənən ağ və bulaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Ağdağ - İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Oronim 
qədim Azərbaycan dilində «uca, hündür» mənasını bildirən ağ sözü ilə (158, s.36, 134) «düzənlikdən 
ətəkləri, yamacları  və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik» 
mənasında işlənən dağ sözünün (196, s.37) birləşməsindən  əmələ  gəlmişdir. Quruluşca mürəkkəb 
oronimdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur. 


 
15
Ağdağ - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. «Hündür, 
uca» mənasında işlənən ağ sözü ilə dağ sözünün birləşməsindən  əmələ  gəlmişdir. Oronimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Ağadədə - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda pir.  
Ağadi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda dərə. Ağstafa çayının sahilində yerləşir. 
Ağakiçik - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 15 km şimal-şərqdə, Mastara çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.3) qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində,  əsasən, Ahaqçi kimi qeyd edilir (415, 
s.34; 427, s.147). Kənddə 1873 - cü ildə 160 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 301 nəfər, 1904 
- cü ildə 359 nəfər, 1914 - cü ildə 383 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır (415, 34-
35, 116-117). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi - azərbaycanlılar qırğınlarla 
tarixi-etnik torpaqlarından deportasiya olunmuş, 1915-1916-cı illərdə Türkiyənin Sasun və Taron 
vilayətlərindən köçürülən ermənilər 1918-ci ildə burada yerləşdirilmişdir (85, s. 111). İndi ermənilər 
yaşayır. 
Toponim ağa və kiçik sözlərindən əmələ gəlib, «Kiçik ağaya mənsub kənd» mənasında ifadə 
edir. 
Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovasar qoyulmuşdur. 
Ağasıbəyli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Nəsil 
adı əsasında əmələ gələn patronim toponimdir. Sadə quruluşlu toponimdir. 
Ağaplı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində  kənd. Kənd rayon mərkəzindən 23 km şimal-şərqdə yerləşirdi (427, s.160). Qafqazın 5 
verstlik xəritəsində (348, s.3) qeyd edilmişdir. Toponim nəsil adı əsasında əmələ gəlmişdir. Patronim 
toponimidir. Quruluşca sadə toponimdir. 
Ağbaba - Qars vilayətinin Qars qəzasında, indiki Ermənistanın  şimal-qərbində nahiyə. 
Amasiya və  Qızılqoç rayonlarını  əhatə edirdi. Sahəsi 585,9 km
2
dir. Ağbaba nahiyəsində (fəaliyyət 
göstərdiyi dövrdə) 8574 nəfər (I.X.1929) adam yaşamışdır ki, bunun da əksəriyyətini (90%ni) 
azərbaycanlılar təşkil edirdi. 1930 - cu ildə Ağbaba nahiyəsi ləğv edilmiş, onun əsasında Amasiya və 
Qızılqoç (Qukasyan) rayonları yaradılmışdır. 
Toponim ağbaba quş adı əsasında yaranmışdır. Zootoponimdir. Quruluşca sadə toponimdir. 
Ağbaba - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ağbaba dağının 
ətəyində, Qarabulaq kəndindən 1 km cənubda yerləşmişdir. İndi xaraba kənddir. Kəndin xarabalıqları 
qalır. 
Toponim ağbaba quş adı əsasında formalaşmışdır. Zootoponimdir. Quruluşca sadə toponimdir. 
Ağbaba - Qars vilayətinin Qars qəzasında, Ağbaba - Şörəyöl bölgəsində, indi Qızılqoç 
(Qukasyan) rayonu ərazisində dağ. 
Ağbaş - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
qışlaq. Rayon mərkəzindən 17 km məsafədə yerləşmişdir. 1930 - cu illərdə ləğv edilmişdir. 
Toponim ağbaş türk tayfasının (92, s.24) adı  əsasında formalaşmışdır. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Ağvan - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 30 km şimalda yerləşir. Erməni mənbələrində alban etnonimi ağvan formasında 
işlənir. Toponim ağvan (alban) etnonimi əsasında  əmələ  gələn etnotoponimdir. Quruluşca sadə 
toponimdir. 
Ağvəng - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğenadzor) 
rayonunda qala. Kənddən 1 km şimal-qərbdə yerləşir. Ağvəng burada «kiçik vəng» mənasındadır. 
«Ağ» sözü qədim türk dilində həm də kiçik mənasında, vəng isə «abidə, möhkəm abidə» mənasında 
işlənir (211, s.208, 237). 
Ağqaya - Kiçik Qafqaz sıra dağlarında dağ. Göyçə (Sevan) gölünün şərqində yerləşir. 
Hündürlüyü 3334 m-dir. Oronim qədim Azərbaycan dilində «uca» mənasında işlənən ağ sözü ilə qaya 
sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Ağqala - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda 
kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.5). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə